Ertuğruloğlu:
Azərbaycan, Türkiyə
və ŞKTC bir-birilərini
dəstəkləməli, ümumi
maraqları müdafiə
etməlidir
Azərbaycan, Türkiyə
və Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) öz
hüquqlarını sonuna
qədər müdafiə
etməyə borcludur.
Ölkələrimiz bir-birini
dəstəkləməli, ümumi
maraqları müdafiə
etməlidir.
AZƏRTAC xəbər verir ki, bu
barədə ŞKTC-nin
xarici işlər naziri Tahsin Ertuğruloğlu
cümə axşamı
Lefkoşada İkinci Qarabağ müharibəsi
şəhidlərinin ailələrindən
olan bir qrup yeniyetmə ilə görüşdə
deyib.
Nazir vurğulayıb
ki, türk dövlətlərinin digər
ölkələrə qarşı
heç bir iddiası yoxdur.
“Bizə yad torpaqlar lazım deyil, lakin biz
heç kimin ərazimizə təcavüz
etməsinə yol verməyəcəyik. Bundan
sonra da bir-birimizi dəstəkləyəcəyik”,
- deyə nazir bildirib.
Şimali Kipr diplomatiyasının rəhbəri
daha sonra dünya nizamının dəyişməsi prosesinə
və BMT sisteminin böhranına diqqət çəkib. “Dünya birliyi BMT Təhlükəsizlik
Şurasının beş
daimi üzvündən
qat-qat böyükdür.
Bunun dərk edilməsi tədricən baş verir. Adları çəkilən
5 ölkənin gücü
və təsiri getdikcə azalır”, - deyə Ertuğruloğlu bildirib.
Qeyd edək ki, Zəfər Şəhid Ailələrinə
Dəstək İctimai
Birliyinin rəhbəri
Sevinc Orucovanın rəhbərlik etdiyi 17-22 yaş arası Azərbaycandan olan bir qrup yeniyetmə
Girne Amerikan Universiteti tərəfindən
ŞKTC-də təşkil
olunmuş yay düşərgəsində iştirak
edir.
Azərbaycan.-2024.-
27 iyul (№ 157).- S.3.