Dördüncü
“Yüksəliş” müsabiqəsinin qalibləri
mükafatlandırılıb
ADA
Universitetində dördüncü “Yüksəliş”
müsabiqəsinin qalibləri mükafatlandırılıb.
AZƏRTAC xəbər
verir ki, tədbirdə müsabiqənin Təşkilat Komitəsinin
sədri, Prezident Administrasiyasının Humanitar siyasət,
diaspor, multikulturalizm və dini məsələlər
şöbəsinin müdiri Fərəh Əliyeva, ADA
Universitetinin rektoru Hafiz Paşayev, “Yüksəliş”
müsabiqəsinin İşçi Qrupunun rəhbəri, gənclər
və idman nazirinin müavini Fərhad Hacıyev və digər
rəsmi şəxslər iştirak edib.
Çıxışlar
zamanı qeyd olunub ki, müsabiqə çərçivəsində
qazanılan təcrübə, bilik və əlaqələr,
eləcə də bir illik mentorluq proqramı qaliblərin
peşəkar həyatlarına mühüm təsir göstərəcək.
Daha sonra isə
Təşkilat Komitəsinin sədri, üzvləri və mərasimin
xüsusi qonaqları builki qalibləri diplomla təltif edib,
xatirə şəkli çəkdiriblər.
Qeyd edək
ki, qalibləri 1 il ərzində mentorlardan - dövlət
qurumlarının rəhbərlərindən və iri şirkətlərin
top-menecerlərindən fərdi karyera məsləhətləri
almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20
000 manat dəyərində pul mükafatı gözləyir.
Xatırladaq
ki, builki müsabiqədə 25 nəfər qalib olub.
Məlumat
üçün bildirək ki, “Yüksəliş” müsabiqəsi
Azərbaycan Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixində
imzaladığı Sərəncamla təsis olunub.
Azərbaycan.-2024.-
27 iyul (¹ 157).- S.4.