Azərbaycan
ilə Serbiya arasında mədəni əlaqələrin geniş
perspektivləri var
İyulun 26-da Azərbaycan
Respublikasının mədəniyyət
naziri Adil Kərimli Azərbaycan və Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə
Hökumətlərarası Komissiyanın 8-ci iclası
ilə əlaqədar
ölkəmizdə səfərdə
olan Serbiyanın mədəniyyət naziri,
Hökumətlərarası Komissiyanın Serbiya tərəfindən həmsədri
Nikola Selakoviçlə
görüşüb.
Nazirlikdən bildirilib
ki, Adil Kərimli Azərbaycan ilə Serbiya arasında əlaqələrin
iki ölkənin rəhbərlərinin səmimi
dostluğa və qarşılıqlı etimada
əsaslanan münasibətləri
zəminində hərtərəfli
inkişaf etdiyini bildirib.
Qeyd olunub ki, iki ölkə
arasında mədəni
əlaqələrin geniş
perspektivləri var. Eyni zamanda, mədəniyyət
sahəsində əməkdaşlıq
üçün hüquqi
baza mövcuddur.
2011-ci ildə Azərbaycan
və Serbiya arasında mədəniyyət
sahəsində əməkdaşlıq
haqqında saziş imzalanıb.
Nazir Nikola Selakoviç səmimi qəbula görə təşəkkürünü bildirib, Hökumətlərarası
Komissiyanın iyulun
25-də keçirilən iclasını
yüksək qiymətləndirib.
Söhbət zamanı
mədəniyyətin müxtəlif
sahələri üzrə
geniş əməkdaşlıq
formatı müzakirə
edilib. Həmçinin
bu ilin noyabr
ayında ölkəmizdə
keçiriləcək BMT-nin
İqlim Dəyişmələri
üzrə Çərçivə
Konvensiyası Tərəflər
Konfransının 29-cu sessiyası
(COP29) çərçivəsində iqlim dəyişikliyinin mədəniyyət sahəsinə
təsiri, habelə ətraf mühitin qorunmasında mədəniyyətin
rolu məsələləri
ilə bağlı müzakirələr aparılacağı
diqqətə çatdırılıb.
Serbiyanın COP29-da iştirakının
məmnunluq doğuracağı
bildirilib.
Nikola Selakoviç
öz növbəsində
Azərbaycanın mədəniyyət
nazirini ölkəsinə
rəsmi səfərə
dəvət edib.
Azərbaycan.-2024.-
27 iyul (№ 157).- S.4.