Şəkidə keçirilən seminar-müşavirədə Milli Məclisə seçkilərdə polisin xidməti fəaliyyətinə dair məsələlər müzakirə olunub

 

 

Sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) Daxili İşlər Nazirliyi ilə birgə layihəsi çərçivəsində iyulun 26-da Şəki şəhərində keçirilən regional seminar-müşavirədə seçkilərdə polisin xidməti fəaliyyətinə dair məsələlər ətraflı müzakirə olunub.

Seminar-müşavirədə MSK-nın Daxili İşlər Nazirliyinin nümayəndələri, ölkəmizin şimal-qərb bölgəsində, eləcə ətraf şəhər rayonlarda fəaliyyət göstərən 17 seçki dairəsi üzrə dairə seçki komissiyalarının sədrləri, şəhər rayon polis şöbələrinin məsul əməkdaşları iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir MSK-nın üzvü Bəxşeyiş Əsgərov Şəki Şəhər Rayon Polis Şöbəsinin rəis müavini polis polkovnik-leytenantı Tural Məmişovun açılış nitqləri ilə başlayıb. Bildirilib ki, Milli Məclisə seçkilərin ölkə qanunvericiliyinin tələblərinə uyğun təhlükəsiz demokratik şəraitdə keçirilməsində, seçki günü vətəndaşların öz iradəsini sərbəst azad ifadə etməsində ictimai asayişin qorunması mühüm amillərdən biridir.

Qeyd olunub ki, Azərbaycanda hökm sürən sabitliyin, demokratik prinsiplərə əsaslanan seçki qanunvericiliyinin mövcudluğu əvvəlki seçkilər kimi, Milli Məclisə seçkilərin azad, ədalətli şəffaf keçəcəyini, vətəndaşların konstitusion hüquqlarının təmin olunacağını tam əminliklə deməyə əsas verir.

Sonra MSK-nın üzvü Tofiq HəsənovSeçki subyektləri, onların hüquq vəzifələri. Seçki subyektlərinin fəaliyyətinə qanunsuz müdaxilənin yolverilməzliyimövzusunda təqdimatla çıxış edib. Bildirilib ki, MSK Milli Məclisə seçkilər ərəfəsində maarifləndirmə tədbirlərinə xüsusi diqqət ayırır. Belə seminar-müşavirələrin seçki hüququnun həyata keçirilməsində ictimaiyyətin, seçicilərin, bütün seçki subyektlərinin maarifləndirilməsi baxımından xüsusi əhəmiyyəti var.

Seminar-müşavirədə daha sonra Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsində idarə rəisi Sənan ƏliyevSeçki kampaniyası dövründə seçkilərin keçirildiyi gün ictimai qaydanın təmin edilməsi ilə bağlı polis əməkdaşlarının hüquq vəzifələri. Seçkidən sonrakı dövrdə seçki bülletenlərinin digər seçki sənədlərinin dairə Mərkəzi Seçki Komissiyasına gətirilməsi zamanı təhlükəsizlik tədbirlərinin görülməsimövzusunda təqdimatla çıxış edib.

Diqqətə çatdırılıb ki, seçki kampaniyası dövründə seçkilərin keçirildiyi gün dairə məntəqə seçki komissiyaları nümayəndələrinin polisin fəaliyyəti ilə bağlı qaldırdıqları bütün məsələlər operativ qaydada həll olunacaq. Seçki bülletenləri saxlanılan dairə məntəqələrin mühafizəsinin təşkil edilməsi, səsvermədən əvvəl bülletenlərin Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyalarına oradan seçki məntəqələrinə, seçki qurtardıqdan sonra isə seçki məntəqələrindən dairə seçki komissiyalarına oradan Mərkəzi Seçki Komissiyasına gətirilməsi zamanı mühafizənin təmin edilməsi üçün bütün zəruri tədbirlər görüləcək.

Sonda seminar-müşavirə iştirakçılarının sualları cavablandırılıb.

 

Azərbaycan.-2024.- 27 iyul (№ 157).- S.4.