Keçinin əcəli çatanda...

 

 

Felyeton

 

 

 

Deyir,  keçinin əcəli çatanda  buynuzunu çobanın çomağına sürtər!

 

Otuz ildən çoxdur ki, Ermənistan özünü  məşhur  "O olmasın, bu olsun" filmindəki  ərköyün keçi kimi  aparır.

 

Özünə yox, arxasındakı  "qoçu"lara - ABŞ-, Fransaya, Avropa İttifaqına  digərlərinə güvənir.

 

44 günlük Zəfər müharibəsində qüdrətli Azərbaycan Ordusu bu keçinin qulağını möhkəmcə buraraq mıqqıltısını  dünyaya yaydı!

 

Sonradan yenə cızıqdan çıxmaq istəyini görərək, uzanmış qulağını 2-3 dəfə yüngülvari dartdı!

 

Keçi bir az ağıllanan kimi oldu, hətta "Qarabağ Azərbaycandır!"  deyərək  həqiqəti boynuna aldı!

 

Amma keçi keçidir ...

 

Dərin ağlı olsa, keçilik etməz ki...

 

Əslində, qədər ağıldan kəm olsa da, heç zaman unutmamalıdır ki,  "dəmir yumruq"  var o  işə  düşəndə heç kim  dadına çata bilməyəcəkdir!

 

***

 

Keçinin yaddaşını  təzələməkdən ötrü  bəzi məqamları ona  xatırlatmaq istərdik.

 

Ermənistan kimlərinsə köməyi ilə Azərbaycan torpaqlarını işğal etmişdi lovğalanaraq özünü  "qalib dövlət",  "qalib millət" adlandırırdı.

 

O qədər qudurmuşdu ki  (qudurtmuşdular ki),  BMT-ni saya salırdı, beynəlxalq hüququ, sülh çağırışlarını.

 

Gözünə  döndüyüm  Azərbaycan Ordusu  44 gündə onu  elə ağıllandırdı ki,  təkcə özü yox, bütün  dünya da buna məəttəl qalaraq  "afərin"  dedi!

 

Bir balaca özünə gəlib toxtayan kimi  yenidən çaşdı:

 

 

 

* Gah Azərbaycan Ordusunun  hərbi postuna qumbara tulladı;

 

* Gah ekofəallarımızın  öz mədənlərimizdə  monitorinq keçirmələrinə imkan vermədi;

 

* Gah  Ermənistandan Laçın yolu ilə  mina daşıyaraq  yenidən ərazilərimizdə basdırmağa başladı;

 

* Gah qondarma qurumlarında təzədən  "prezident seçkiləri"  keçirdilər.

 

 

 

Hətta dəfələrlə  atəşkəsi  pozaraq hədlərini aşdılar!

 

"Dəmir yumruğ"un  2023-cü ildəki  iki zərbəsi - 23 mart 19-20 sentyabr əməliyyatları  "axmaq  baş  sahibinə qapaz yedizdirər"  misalının həqiqiliyini hayların yadına saldı!

 

"Dəmir yumruğ"un vur-tut 23 saat çəkən əməliyyatı zamanı:

 

*  Ermənilərin otuz il ərzində yaratdıqları müdafiə mövqeləri, bunkerləri   digər  gizlinləri darmadağın edildi!

 

*  Azərbaycan  ərazilərində  qalmış qanunsuz silahlı  birləşmələr  məsələnin qəlizliyini  görən kimi silah-sursatlarını təhvil verərək, əllərini yuxarı qaldırıb təslim oldular!

 

*  Gündüz  "sadə əməkçi",  ara qarışanda döyüşçüyə çevrilən terrorçular isə silahlarını atıb mülki əhaliyə qoşuldular!

 

*  Azərbaycan vətəndaşlığını qəbul etmək istəməyənlər, çörəyini yeyib suyunu içdikləri dövlətin qanunları ilə yaşamaqdan imtina edənlər şələ-külələrini  yığışdırıb  Ermənistana  üz tutdular!

 

 

 

Azərbaycan Laçın qapısını geniş açaraq bircəsinin  burnunu belə qanatmadan hamısını mehribanlıqla yola saldı...

 

Azərbaycan torpağını  Ermənistana birləşdirmək istəyənlər  torpaqsız-zadsız  özləri Ermənistana birləşdilər...

 

Beynəlxalq hüquq da, ədalət , zəfər təmin olundu!

 

Necə deyərlər, səninki səndə, mənimki məndə!

 

 

 

***

 

 

 

Bütün bunlardan sonra bir qədər sakitləşdilər!

 

Hətta Qazax bölgəsindəki  4 kəndimizi dinməz-söyləməz geriyə qaytarmaqla delimitasiya demarkasiya prosesinə   başladılar.

 

Sonra yenə fitə getdilər...

 

* AŞPA  oradan bir kağız parçası yazdı...

 

* Fransa  "əlidurbinli"  casus dəstəsi göndərdi...

 

* "Böyük bacı"sı ona bir qədər köhnə - kürüş texnika, silah-sursat verdi...

 

* Özü Hindistandan nisyə silahlar aldı...

 

* Dartılmış qulağına kimlərsə  "qorxma" - deyə pıçıldadı...

 

 

 

Yenə ağlını itirərək cızığından çıxmağa başlayır...

 

Həm , deyəsən, unudur:  cızığından çıxanda  Azərbaycan qulağını elə burur ki, zoqqultusu  uzun müddət davam edir!

 

Növbəti dəfə Ermənistanı  yenidən qudurtmaq  istəyirlər:

 

* Avropa  Sülh Fondu  cibinə bir  on milyon  avro basdı!

 

* ABŞ gəlib birgə təlimlər keçirdi.

 

* KTMT-dən çıxacağı ilə hədələdi.

 

 

 

Gördü hələ ki, qulağına əl atan yoxdur, yenidən ürəklənərək Rusiyaya dirsək göstərməyə başladı!

 

Üstəlik, yenidən  iriçaplı silahlardan atəş açmaqla  Azərbaycanla şərti sərhəddə sülh sükutunu pozdu.

 

Kvadrokopter  vasitəsilə  ərazilərimizə uçuşlar keçirərək kəşfiyyat aparmağa cəhd etdi.

 

Əvvəlcə  Rusiya Prezidentinin  mətbuat katibi Dmitri Peskov dolaqvari ifadə ilə başlarını sığalladı:  "Ermənistan suveren ölkədir, bizim üçün qardaş ölkədir,  biz Ermənistanın siyasi  müdrikliyinə ümid edirik".

 

Sözünün mabədində isə  xəbərdarlıqlarını etdi:  "Biz sadəcə olaraq istəmirik ki, onlar Kiyevin bir vaxtlar  seçdiyi  alternativsizliyi  seçsinlər".

 

Bu  diplomatik ifadənin açması belədir ki,  gör Rusiya ordusu  arxasında  NATO-nun durduğu  Ukraynanı  o günə qoyubsa, bapbalaca  Ermənistanın başında necə turp əkər!

 

Ardınca  Azərbaycan  Respublikası Müdafiə Nazirliyi öz xəbərdarlığını bəyanat şəkilində açıqladı:

 

"Azərbaycan Respublikasının Müdafiə Nazirliyi son günlərdə Ermənistanın Kəlbəcər istiqamətində ağır silahlar Tovuz istiqamətində kvadrokopter tətbiq etməklə təxribatlar törətməsi barədə məlumatlar verib.

 

Qeyd edək ki, Ermənistan tərəfindən bu kimi təxribatların törədilməsi birinci hal deyil davamlı xarakter daşıyır. Amerika Birləşmiş Ştatlarının Ermənistanda keçirdiyi hərbi təlimlər, Fransanın Ermənistanı öldürücü silahlarla təchiz etməsi Avropa İttifaqı tərəfindən "Avropa Sülh Fondu" adı altında Ermənistana ilkin mərhələdə on milyon avro dəyərində hərbi yardımın göstərilməsi işğalçı Ermənistanı bu kimi təxribatlar törətməyə həvəsləndirir Azərbaycana qarşı növbəti müharibəyə hazırlaşdırılmasına dəlalət edir.

 

Müdafiə Nazirliyi bir daha xəbərdarlıq edir ki, Ermənistan onun havadarları Cənubi Qafqaz regionunda yeni müharibə ocağı yaratmaq kimi niyyətlərindən çəkinməlidirlər. Ölkəmizə qarşı bu kimi təxribat əməlləri dayandırılmadığı təqdirdə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin arsenalında olan bütün vasitələrdən istifadə etməklə özünü müdafiə məqsədilə lazımi cavab tədbirləri görüləcək.

 

Bildiririk ki, regionda vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin onun havadarlarının üzərinə düşəcək".

 

***

 

Otuz il ərzində Ermənistan kimlərəsə arxalandı  (onların sırasında bu gün arxa çevirdiyi var)  sülhə gəlmədi!

 

Özünə pis oldu:

 

* Beynəlxalq transmilli layihələrdən kənarda qaldı.

 

* Ayaq tutan vətəndaşı xaricə qaçdığından ölkəsi boşaldı.

 

* Əhalisi yoxsullaşdı, dilənçi gününə düşdü.

 

* Yerablur  adlı  "geniş ərazi"  yiyəsi oldu.

 

 

 

Bütün bunları bir daha təkrarlamaq istəyirsə, qoy silahlansın, təlimlər keçirsin,  pul yığsın, atəşkəsi pozsun, dron uçursun.

 

44 günlük müharibənin dərslərini bir daha xatırladırıq:

 

Yenidən  hərbi əməliyyatlara başlasa, qisas almaq istəsə, bu gün onu  qızışdıranların,  təhrik edənlərin  əsgərləri forpost ölkə uğrunda  vuruşub özünü qurban verməyəcəkdir!

 

Azərbaycan Ordusu ilə  təkbətək qalmalı olacaqdır!

 

Nəticəsi olacaq, bunu dünya bilir, özü növbəti dəfə  görəcəkdir!

 

Keçiliyin sonu qəssabın bıçağında tamamlanır!

 

 

Bəxtiyar  SADIQOV

Azərbaycan.-2024.- 27 iyul (¹ 157).- S.5.