Ermənistan Qərbin planlarını icra edir

 

 

Rəsmi İrəvanın hərbi təxribatları bu ölkənin yenidən müharibəyə hazırlaşdığını göstərir

 

 

 

"Son günlər Ermənistan Azərbaycanla şərti sərhəddə təxribatları genişləndirib. Məhz bu təxribatlar fonunda "Avropa Sülh Fondu" Ermənistana hərbi dəstək məqsədilə 10 milyon avro verir, o cümlədən ABŞ Ermənistan hərbçiləri ilə birgə hərbi təlimlər keçirir, Ermənistanın Müdafiə Nazirliyində ABŞ generalı oturur".

Bu sözləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Azər Badamov deyib. O bildirib ki, Qərbin monitorinq qrupu adı altında dislokasiya olunmuş hərbçiləri Ermənistanın törətdiyi təxribatları izləyir tapşırıqlarını verirlər. Bütün bu analogiya Ermənistanın sülh əməkdaşlıq niyyətindən uzaq olduğunu Qərbin ssenarisi üzrə oturub-durduğunu göstərir. Qərb Ermənistanı tam nəzarəti altına almağa çalışır, həmçinin bu ölkədə uzun illər mövcud olmuş Rusiyaya qarşı planlar cızmaqda davam edir. Ermənistan isə Qərbin bu planlarını icra edir. Bu ölkə heç vaxt  suverən olmadığından mütləq şəkildə güclü dövlətlərə sığınmağa çalışır. Ermənistan uzun illər  himayədarları hesabına Azərbaycan torpaqlarını işğal altında saxlayıb. Amma Azərbaycan güclənərək 2020-ci ilin sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq əks-hücum əməliyyatlarına başlayaraq torpaqlarını işğaldan azad etdi. "Məhz torpaqlarımızı işğaldan azad etməyimiz Qərb yönümlü siyasi kurs aparan Paşinyana yeni taktika seçməyə imkan verdi. Ona görə Fransadan, Hindistandan öldürücü silahlar alır   Qərbdən maliyyə dəstəklərindən yararlana bilirlər. Təbii ki, bu da uzun illər düşmən münasibətdə olmuş son bir ildə normallaşmaya gedən münasibətlərimizin yenidən gərginləşməsinə yol açır. Burada sual meydana gəlir. Ermənistan sülh istəyirmi? Bu gün Ermənistanın hərəkətləri heç sülhə münasibətlərin normallaşmasına aparmır. Əslində, iki ölkə arasında sülhün meydana gəlməsi üçün çətin həll olunmayan məsələlər yoxdur. Çünki Azərbaycanın tələbi beynəlxalq hüquqa əsaslanır dayanıqlı sülhün əldə olunması üçün vacibdir", - deyə o əlavə edib.

Deputat qeyd edib ki, Azərbaycanın tələbi Ermənistanın konstitusiyasında ölkəmizə qarşı olan ərazi iddialarından rəsmi şəkildə əl çəkilməsidir. Bu müddəanı konstitusiyada saxlaması Ermənistana gələcəkdə heç verməyəcək. Sadəcə onlara yenidən revanşizm üçün əsas verə bilər. Əgər Ermənistan Azərbaycanla münasibətlərini normallaşdırmaqla bağlı səsləndirdiyi fikirlərdə səmimidirsə, gələcəkdə təhlükə yarada biləcək heç gündəmdə qalmamalıdır. O cümlədən Minsk qrupunun ləğv edilməsi ilə bağlı bir yerdə razılaşaraq ATƏT-ə müraciət olunması ilə bağlı tələbimiz aktualdır. Minsk qrupu onsuz da arxivə göndərilmiş bir missiyadır, çünki bu qrup üzərinə götürdüyü vəzifəni illər ərzində icra etmədi. O cümlədən bu gün keçmiş Minsk qrupuna daxil olan üç dövlət öz aralarında problemlər yaşayır bir qrupda təmsil oluna bilməyəcəklərini özləri bəyan ediblər.

A.Badamov vurğulayıb ki, Azərbaycan Ermənistan birgə ATƏT-ə müraciət etməli bu qrupun rəsmi olaraq ləğv olunmasını tələb etməlidirlər: "Təəssüf ki, Ermənistan Azərbaycanın bu ədalətli tələblərini icra etmək əvəzinə silahlanır öldürücü silahlarla şərti sərhəddə təxribatları intensivləşdirir. Bütün bunlar onu deməyə əsas verir ki, Ermənistan sülh istəmir yenidən müharibəyə hazırlaşır. İkinci Qarabağ müharibəsində 44 gündə ərazilərimizi işğaldan azad etdik. Bu gün isə Ermənistan silahlandığı kimi, Azərbaycan Ordusunun da hərbi gücü artır. Əgər biz 44 gündə 10 min kvadrat kilometr ərazimizi işğaldan azad edə bilmişiksə, indi bir həftə ərzində İrəvanda ola bilərik".

Deputat bildirib ki, Vətən müharibəsindən sonra Azərbaycan Ordusunda yenidən islahatlar aparılıb, kadrların peşəkarlıq səviyyəsi artırılıb, yeni Komando hərbi birləşmələri yaradılıb, daha müasir silahlar alınıb. Bu gün ordumuz qarşısına qoyulan hər bir hərbi tapşırığı qısa zaman kəsiyində, uğurla icra etmək iqtidarındadır. Bu baxımdan, yenidən müharibə başlanarsa, Ermənistan bir dövlət kimi böyük faciə ilə qarşılaşacaq.

 Müsahibimiz sonda Azərbaycanın heç vaxt müharibəni dəstəkləmədiyini, sülh təşəbbüsləri ilə çıxış etdiyini, amma Ermənistan müharibə istəyərsə, onlara daha müasir bir müharibəni yenidən yaşatmağa hazır olduğunu vurğulayıb.

 

Əsmər QARDAŞXANOVA,

Azərbaycan.-2024.- 27 iyul (№ 157).- S.5.