Ermənistan
Avropa İttifaqının əlində
alətə çevrilib
İkinci Qarabağ
müharibəsində biabırçı
şəkildə məğlub
olan, silahlı qüvvələri darmadağın
edilən erməni ordusunu bərpa etmək üçün neçə ildir Avropa ölkələrinə
əl açaraq maddi yardım və silah dilənir.
Avropa ölkələri
də ciblərini geniş açaraq haylara səxavətlilik göstərir, yardımlar
edir. Düşmənlərimizə
pul verir, silah çatdırır. Əlbəttə ki, öz məkrli və çirkin məqsədlərini həyata
keçirmək məqsədilə.
Bu günlərdə
Avropa İttifaqı Şurası Avropa Sülh Fondundan (EPF) Ermənistan ordusuna 10 milyon avro dəyərində
yardım paketini qəbul edib. 2021-ci ildə yaradılan bu qurumun məqsədi
guya ki, dünyanın müxtəlif
regionlarında sülhə
xidmət etməkdir, əmin-amanlıq yaratmaqdır.
Təbiidir ki, bu medalın üzünün görünən
tərəfidir. Reallıqlar
isə başqa məsələlərdən xəbər
verir. Aydın görünən odur ki, Avropa İttifaqı
tamamilə qərəzli
bir qurumdur. Cənubi Qafqazdakı gedən proseslərə yalnız öz maraqları kontekstindən
yanaşır, Ermənistanı
silahlandıraraq regional
sabitliyin təmin olunmasının qarşısını
almağa çalışır.
Əgər belə olmasaydı, ittifaqa daxil olan ölkələr
Ermənistanı silahlandırmazdı.
Bu yerdə Fransanın adı və mövqeyi xüsusilə qeyd edilməlidir.
Avropa Sülh Fondunun Ermənistana 10 milyon avro dəyərində
yardım paketini təsdiqləməsi də,
əslində, bu ölkəni silahlandırmağa
xidmət edir. Bu, məkrli məqsədə doğru
atılan növbəti
addımdır. Özü
də bu addım Bakı ilə İrəvan arasında birbaşa təmasların intensivləşdiyi
və müəyyən
nəticələrin əldə
edildiyi, regional sülhə mane olan məqamların tədricən aradan qaldırıldığı bir
vaxtda atılır. Həm də bu, humanitar yox,
hərbi yardımdır.
Azərbaycan Xarici
İşlər Nazirliyinin
Avropa Sülh Fondunun Ermənistana ayırdığı vəsaitlə
bağlı yaydığı
bəyanatda rəsmi Bakının mövqeyi çox aydın şəkildə ifadə
olunub. Bəyanatda vurğulanıb ki, Ermənistana ayrılan hərbi yardım bölgədə destruktiv
fəaliyyətə xidmət
edəcək: "Avropa
İttifaqı tərəfindən
bu kimi fəaliyyətlər
açıq şəkildə
birtərəfli və
qərəzli xarakter daşıyır, bölgədə
"bölücü xətlər"
yaratmaq siyasətinin təzahürüdür. Ermənistana
sözügedən hərbi
yardım və belə yardımın gələcəkdə artmasına
çağırışlar Azərbaycan Respublikasının
ərazilərinin bir hissəsini 30 ilə yaxın dövrdə işğal altında saxlayan, hazırda da ərazi bütövlüyümüzə
qarşı iddialardan
əl çəkməyən
Ermənistanın hərbi
potensialını gücləndirməyə
və bölgədə
destruktiv fəaliyyətinə
xidmət edəcək".
Sözsüz ki,
Avropa İttifaqı artıq bu yardımlara
görə Ermənistan
qarşısında öz
şərtlərini qoyub,
tələblərini irəli
sürüb. Əgər
Aİ-nin regionda maraqları olmasa, bu qədər vəsaiti Ermənistana ayırmaz. Təəssüf
doğuran odur ki, bu maraqlar
birbaşa olaraq regional gərginliyə xidmət edir. İstisna deyil ki, Ermənistan Aİ-dən aldığı bu yardımlara güvənərək müxtəlif
yollarla sülh danışıqlarından yayınmağa
çalışacaq.
Heç Avropa İttifaqının ayırdığı
yardım Ermənistana
gəlib çatmamış
haylar Kəlbəcər
və Tovuz istiqamətində təxribatlar
törətməyə başlayıblar.
Yenə də sərhədlərimizdə atəş
səsləri eşidilir.
Bu barədə Azərbaycan Respublikasının
Müdafiə Nazirliyi
məlumat yayıb. Göründüyü kimi,
Ermənistan Avropa İttifaqı qarşısında
götürdüyü öhdəliyə
tez bir zamanda
əməl edib. Silaha əl atmaqla, atəş açmaqla bu qurum qarşısında sadiqliyini bir daha təsdiqləyib. Göründüyü kimi,
Ermənistan Avropa İttifaqının əlində
alətə çevrilib.
Ermənistanın cəbhədə
təxribatlar törətməsi
birinci dəfə deyil. Amerika Birləşmiş Ştatlarının
bu ölkədə keçirdiyi hərbi təlimlər, Fransanın
Ermənistanı müxtəlif
təyinatlı silahlarla
təchiz etməsi və Avropa İttifaqı tərəfindən
"Avropa Sülh Fondu" vasitəsilə İrəvana ilkin mərhələdə on milyon avro dəyərində
hərbi yardımın
göstərilməsi işğalçı
Ermənistanı təxribat
törətməyə ruhlandırır.
Son günlər cəbhədə baş verən hadisələr Ermənistanın Azərbaycana
qarşı növbəti
müharibəyə hazırlaşmasına
dəlalət edir.
Müdafiə Nazirliyi
bir daha xəbərdarlıq edir ki, Ermənistan və onun havadarları
Cənubi Qafqaz regionunda yeni müharibə ocağı
yaratmaq kimi niyyətlərindən çəkinməlidirlər.
Ölkəmizə qarşı
bu kimi təxribat
əməlləri dayandırılmadığı
təqdirdə, Azərbaycan
Respublikası Silahlı
Qüvvələrinin arsenalında
olan bütün vasitələrdən istifadə
etməklə özünü
müdafiə məqsədilə
lazımi cavab tədbirləri görüləcəkdir.
Bildiririk ki, regionda vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət Ermənistanın
hərbi-siyasi rəhbərliyinin
və onun havadarlarının üzərinə
düşəcəkdir.
Son hərəkətlərindən
hiss olunur ki, Ermənistan İkinci Qarabağ müharibəsindəki məğlubiyyətini
unutmağa başlayıb.
Dünənə qədər
İrəvanda, digər
şəhərlərdə keçirilən aksiyalarda
əsgər anaları
övladlarını Azərbaycan
ərazilərində döyüşməyə
göndərmək istəmədiklərini
bildirirdilər. Müharibə
hazırlıqları görən
Ermənistan hakimiyyətinin
nəzərə almadığı
ən vacib məqamlardan biri isə Azərbaycan Ordusunun yenilməz gücüdür. İndiyədək
Azərbaycan Ordusu öz gücünü bir
neçə dəfə
düşmənə göstərib.
Silahlı Qüvvələrimiz
işğalçılara ən
böyük dərsi Vətən müharibəsində
verdi.
Beynəlxalq reytinq
agentliklərinin dəyərləndirmələrinə
görə Silahlı
Qüvvələrimiz dünyanın
50 ən güclü ordusu sırasında yer alıb. Müharibə başa çatsa da, dövlət başçımızın
rəhbərliyi altında
ordu quruculuğunda uğurlu islahatlar həyata keçirilib. İşğaldan azad edilmiş ərazilərdə
müasir tələblərə
cavab verən yeni hərbi hissələr yaradılıb.
Azərbaycan Ordusunun gücü, qüdrəti
əvvəlkindən qat-qat
artıb. Ordumuz düşmənin istənilən
təxribatının qarşısını
almağa qadir və hazırdır.
Prezident İlham
Əliyev Tərtər
rayonunun Talış kəndindən Novruz bayramı münasibətilə
Azərbaycan xalqına
müraciətində ordumuzun
gücündən danışarkən
demişdir: "Heç
kim bizim qabağımızda dura bilmədi, bu gün də dura bilmir, sabah
da dura bilməyəcək.
Əgər kimsə fikirləşir ki, bizə qarşı cızılmış çirkin
planlar həyata keçə bilər, səhv edir. Bizə qarşı hər bir çirkin
plana bizim güclü iradəmiz, güclü siyasətimiz,
müzəffər ordumuz
cavab verəcək".
Vahid MƏHƏRRƏMOV,
Azərbaycan.-2024.-
27 iyul (№ 157).- S.5.