“29 İqlim
Söhbəti: COP29-a gedən
yol"da hər
kəs “dəyişməlidir"
Dünyanın başı
üzərində dolanan
kabusa - iqlim dəyişmələrinə səbəb
olan əsas amilin qlobal istiləşmə və sənayenin sürətli inkişafı
olduğu artıq hər kəsə bəllidir. İqlim dəyişmələri Yer
kürəsində orta
temperaturlar və hava şəraitinin uzunmüddətli dəyişməsidir.
Mütəxəssislərin rəyinə görə, yaxın onilliklərdə
vəziyyətin daha da pisləşməsi gözlənilir. Ona görə də bəşəriyyət bu
bəlanı tam aradan qaldıra bilməsə də, daha qorxunc nəticələri məhdudlaşdırmağa
çalışır.
Əslində, Yer
kürəsinin tarixi boyunca iqlim dəyişmələri
baş verib - təbii və süni səbəblərdən.
Təbii səbəblərdən
baş verən iqlim dəyişmələri
son yüzillikdə antropogen amildən dolayı daha çox fəlakətə
yol açıb. Məlumat üçün
bildirək ki, antropogen amillər insanın ətraf mühitə təsiri nəticəsində baş
verən dəyişmədir.
Bu, landşaft,
iqlim, atmosferin fiziki vəziyyəti və kimyəvi tərkibi, hidrosfer, torpaq və s. dəyişməsi yolu ilə baş verir. Son zamanlarda
iqlim dəyişmələrinə
məhz bu amil səbəb olub. Bu da
əsasən qazıntı
yanacağının - kömür,
neft və qazın evlərdə, sənayedə və nəqliyyatda geniş istifadə edilməsinə
görə baş verir. Qazıntı yanacağı yanan zaman istixana qazlarını, əsasən
də karbon qazını (CO2) atmosferə
buraxır ki, bu da planetdə
normadan artıq istilik yaradır. Sənaye inqilabının əvvəlindən
bəri insanlar böyük miqdarda qazıntı yanacağı
yandırmağa başladılar,
bununla da karbon qazının atmosferdə miqdarı təxminən 50 faiz artdı.
İqlim dəyişdikcə
insanların həyatı
da dəyişir. Məsələn, bir neçə il əvvəl Şərqi Afrikanın bəzi rayonları son 40 ilin ən güclü
quraqlığını yaşamışdı.
Nəticədə 20 milyondan
çox insan aclıq təhlükəsi
ilə üz-üzə
gəlmişdi. 2022-ci ildə
Avropada istilik dalğaları ölüm
hallarının anormal
artmasına səbəb
olmuşdu. Baş verən bu cür
anomal halların aradan qaldırılması
üçün dünya
mübarizə aparır.
2015-ci ildə Parisdə
imzalanan sazişdə
200-ə yaxın ölkə
qlobal istiləşməni
Selsi üzrə 1,5 dərəcə səviyyəsində
saxlamağa çalışacaqlarını
öhdəsinə götürüb.
Bu məqsədə çatmaq üçün
2050-ci ilə qədər
sıfır CO2 emissiyasına
nail olmaq lazımdır. Əksər
ölkələr xalis
sıfır hədəflərə
nail olmağı düşünürlər. Bununla
belə istixana qazlarının səviyyəsi
hələ də sürətlə yüksəlir
və dünyanın
1,5 dərəcədən yuxarı
istiləşməsi ehtimal
olunur - mütəxəssislər
belə deyir.
İqlim
dəyişmələri planetin
bir parçası olan ölkəmizi də təhdid edir. Azərbaycan bu qorxunc kabusla
mübarizədə öndə
gedən ölkələrdəndir.
Ona görə də BMT-nin İqlim Dəyişmələri
üzrə Çərçivə
Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyasının
(COP29) Bakıda keçirilməsi
təsadüfi deyil. Təxminən dörd ay sonra baş
tutacaq COP29-a hazırlıqlar
çərçivəsində müxtəlif tədbirlər
həyata keçirilir,
əlaqədar qurumlar
konfransla bağlı niyyətlərini ortaya qoyurlar. İyulun əvvəlində Bakıda Ətraf Mühit, Sosial və İdarəetmə
(ESG) Sammiti keçirildi.
BMT-nin Azərbaycan nümayəndəliyi və
"PwC Azərbaycan" şirkətinin
birgə təşkilatçılığı
ilə keçirilən
sammit ölkəmizin
2024-cü ilin noyabrında
evsahibliyi edəcəyi
COP29-a həsr olunmuşdu.
İlk dəfə həmin tədbirdə
"29 İqlim söhbəti:
COP29-a gedən yol"
çərçivəsində təşəbbüs qaldırılmış
və "Dayanıqlı
inkişaf naminə dövlət-özəl tərəfdaşlıqları"
mövzusunda fikir mübadiləsi aparılmışdı.
Qeyd edək ki, "29 İqlim
Söhbəti: COP29-a gedən
yol" silsilə proqramı qlobal iqlim böhranı ilə mübarizə aparmaq üçün müxtəlif sektorlar arasında birgə fəaliyyət və dialoqu təşviq etmək məqsədi daşıyır və proqram çərçivəsində
vaxtaşırı tədbirlər
keçirilir.
"29 İqlim Söhbəti:
COP29-a gedən yol"
silsiləsindən növbəti
tədbir iyulun
24-də Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Beynəlxalq Əmək Təşkilatının
(BƏT) birgə təşkilatçılığı
ilə baş tutub. İki gün davam edən seminarda "Azərbaycan Respublikasında
ətraf mühitin dayanıqlığına doğru
genderə həssas ədalətli keçidin
təşviqi" mövzusunda
müzakirələr aparılıb.
Tədbirdə hökumət
rəsmiləri ilə
yanaşı, beynəlxalq
qurumların, sahibkarlar
və həmkarlar
təşkilatlarının nümayəndələri, yerli
və beynəlxalq ekspertlər iştirak ediblər.
Seminarda COP29-a hazırlıq
prosesində ölkələrə
dəstək olmaq üçün BƏT-in
bilik və təcrübə mübadiləsi
vasitəsilə genderə
həssas ədalətli
keçidin təşviqinə
yönələn layihəsinin
önəmi diqqətə
çatdırılıb. BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi
Vladanka Andreyeva, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının
sədr müavini Cavanşir Alxasov, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli
Konfederasiyası prezidentinin
müşaviri Ziya Hacılı, BƏT-in Şərqi Avropa və Mərkəzi Asiya üzrə Regional Ofisinin müəssisələrin
İnkişafı və
"yaşıl iş
yerləri"
üzrə baş
mütəxəssisi Kristina
Martinez çıxış
edərək seminarın
əhatə etdiyi mövzunun vacibliyini, bu mövzuda bilik və təcrübə
mübadilələrinin əhəmiyyətini
vurğulayıblar.
Tədbirdə COP29-a hazırlıq prosesində
sosial tərəfdaşlarla
birgə fəaliyyət,
həmçinin əmək
bazarı ilə bağlı birgə mövqe sənədinin hazırlanması, iqlim dəyişikliyi ilə əlaqədar fəaliyyətlərdə
gender bərabərliyi,
inklüzivliyin təminatına
xüsusi önəm verilməsi, ən yaxşı beynəlxalq təcrübələrin paylaşılması,
bilik və təcrübə mübadilələrinin
həyata keçirilməsi
ilə bağlı panel müzakirələr də aparılıb.
"29 İqlim Söhbəti:
COP29-a gedən yol"
təşəbbüsünə söykənərək deyə
bilərik ki, doğrudur, böyük dəyişmələr hökumətlərdən
və biznes dairələrindən irəli
gəlməlidir, amma fərdlərdən olan kiçik dəyişmələr
də böyük rol oynayar. Bu,
daha az uçmaq,
daha az enerji
sərf etmək, ev izolyasiyasını və enerji səmərəliliyini artırmaq,
elektrik avtomobillərinə
keçmək və ya avtomobilsiz yaşamaq, qaz mərkəzi isitmə sistemini istilik nasosları kimi elektrik sistemləri ilə əvəz etmək kimi vacib və həyati
əhəmiyyətli hərəkətlərdir.
Züleyxa ƏLİYEVA,
Azərbaycan.-2024.-
27 iyul (¹ 157).- S.7.