Dünya
Azərbaycan həqiqətləri
ilə tanış olur
Beynəlxalq səyahətçilərin səfəri
ölkəmizə yeni
dividendlər qazandırır
"Azərbaycan həqiqətlərinin
dünyaya çatdırılması
üçün atılan
hər bir addım, göstərilən
hər bir səy əhəmiyyətlidir.
Bir çox ölkə səyahətçilərinin,
jurnalistlərin, mötəbər
qonaqların Qarabağ
torpaqlarına səfərlərinin
təşkil edilməsi,
onların baş verən hadisələri öz gözləri ilə görmələri
və bunu şərh etmələri
çox faydalıdır.
Çünki torpaqlarımız
uzun illər erməni işğalı
altında olub, yüzlərlə şəhər
və kəndlərimiz
viran edilib, milli, dini-tarixi abidələrimiz dağıdılıb".
Milli Məclisin
Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev qəzetimizə
açıqlamasında bildirib
ki, belə mənzərəni görmək,
işğaldan azad edildikdən sonra həmin torpaqlarda aparılan möhtəşəm
tikinti işləri ilə tanış olmaq, yəni Azərbaycanın beynəlxalq
nüfuzu üçün
həyata keçirilən
tədbirlər ölkəmizə
yeni dividendlər qazandırır. 13 ölkədən
olan 35 nəfərlik səyahətçilər klubunun
üzvlərinin bir daha ölkəmizə səfəri göstərir
ki, dünya ictimaiyyəti Azərbaycan
həqiqətləri ilə
daha yaxından maraqlanır və vəziyyətlə yerində
tanış olur.
"Bu səyahətçilər
bir neçə dəfə Qarabağa səfər edib və orada törədilən
vəhşilikləri görüblər.
Əlbəttə ki, bu səfər də çox əhəmiyyətlidir. Səyahətçilər
Qarabağ və Şərqi Zəngəzurda
olublar və bu səfərlər zamanı gördükləri,
eşitdikləri hadisələri
öz ölkələri
ilə yanaşı, dünya ictimaiyyətinin də diqqətinə çatdıracaqlar. Səyahətçilər
Ağdamda Şəhidlər
Xiyabanını ziyarət
edib, Ağdam Dram Teatrının dağıdılmış binası
ilə tanış olublar. Eyni zamanda
Cümə məscidinə
baş çəkərək
onun yenidənqurma işləri ilə maraqlanıblar. Səyahətçilər
klubu Şərqi Zəngəzura səfərləri
zamanı da mühüm məlumatlar əldə edəcəklər",
- deyə o əlavə
edib.
Komitə sədri
qeyd edib ki, səyahətçilərin
ölkəmizə gəlməsi
və bu məlumatların dünyaya
çatdırılması Azərbaycanın beynəlxalq
aləmdə qazandığı
nüfuzun nəticəsidir.
Prezident İlham Əliyev başda olmaqla Azərbaycan xalqı bu gün
dünyada sülhün,
əmin-amanlığın, əməkdaşlığın tərəfdarı kimi çıxış edir.
Cənubi Qafqazda sülhün yaradılması
üçün ölkə
rəhbəri bütün
səyləri birləşdirib.
Təəssüf ki, bir çox xarici qüvvələr, xüsusilə bəzi Avropa dövlətləri regionda təhlükəsizliyin
yaranmasına əngəl
törədir və Ermənistanı silahlandırmaqla
yeni münaqişə
ocağı yaratmaq niyyətindədirlər. Səyahətçilər
həqiqətlərin şahidi
olaraq Azərbaycanın
hansı mövqedə
olduğunu dünyaya çatdıracaqlar.
T.Rzayev vurğulayıb
ki, beynəlxalq səyahətçilərin ölkəmizə
hər bir səfəri əhəmiyyətlidir
və təmiz məqsədlər üçün
Azərbaycana gələn
hər bir şəxs burada hörmətlə qarşılanır.
Əsmər QARDAŞXANOVA,
Azərbaycan.-2024.-
27 iyul (№ 157).- S.9.