Səyyahlar Qarabağ həqiqətlərini dünyaya olduğu kimi çatdırırlar

 

Prezident İlham Əliyev 2023-ci il sentyabrın 20-də xalqa tarixi müraciəti zamanı demişdir: "İkinci Qarabağ müharibəsi başa çatanda mən demişdim, biz Qarabağı Şərqi Zəngəzuru cənnətə çevirəcəyik çeviririk, hər gələn insan onu görür. Eyni şəraiti biz Xankəndidə, Ağdərədə, Xocavənddə, kəndlərdə yaradacağıq, Əsgəranda yaradacağıq".

 Bu gün işğaldan azad edilən Qarabağ böyük bir tikinti meydançasına, abadlıq quruculuq işlərinin mərkəzinə çevrilib. Bölgədə elektrik stansiyaları, körpülər, tunellər, su anbarları, yaşayış binaları tikilir, kəndlər, şəhərlər salınır. Özü bunu heç bir yardım almadan, öz gücümüzə edirik. İllərdir yurd həsrəti ilə yaşayan insanlar doğma torpaqlarına qayıdıb Qarabağın quruculuğunda fəal iştirak edirlər. Bu, bir həqiqətdir ki, indi Qarabağa gələn dövlət başçıları da, admları da, incəsənət xadimləri , səyyahlar da Qarabağda aparılan abadlıq-quruculuq işlərini, yaradılan gözəllikləri görüb heyranlıqlarını gizlədə bilmirlər. Bu baxımdan ABŞ-dən olan səyyah Dayana Peçenikin (Diane Pechenick) mətbuata açıqladığı fikirlər olduqca maraqlıdır: "Bu, Azərbaycana ikinci, Qarabağa isə ilk səfərimdir. Bura çox gözəl yerdir, mən bura yenidən gələrdim. Qarabağa səfərimiz zamanı çoxlu dağıntılar gördük, eyni zamanda irimiqyaslı bərpa işlərinin şahidi olduq".

İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərindən bəhs edən səyyah qeyd edib ki, işlər davam etsə , hesab edirəm ki, siz həqiqətən belə qısa müddət ərzində böyük uğur əldə etmisiniz. Amerikalı səyyah Azərbaycanın işğaldan azad edilmiş ərazilərində davam edən mina təhlükəsinə toxunub: "Bu, faciəvi vəziyyətdir, minalardan təmizləmə prosesi onilliklərlə davam edə bilər". Almaniyalı səyyah Yoahim fon Löbenin Şuşa haqqında fikirləri olduqca maraqlıdır. Mədəniyyətimizin paytaxtını müqəddəs Qüds şəhərinə bənzədən səyyah xüsusi olaraq vurğulayıb: "Bu, bənzərsiz bir şəhərdir. Bu şəhərin sizin üçün əhəmiyyəti müqəddəsliyi mənə Qüdsi xatırladır". Səyyah həmçinin deyib ki, Qarabağda Füzuli şəhərinin timsalında şahidi olduğu bərpa işlərinin sürəti onu heyran edib: "Sakinlər artıq ora qayıtmağa başlayıblar bütün infrastruktur cəmi bir-iki ilə tikilib".

Xatırladaq ki, dünyanın 13 ölkəsindən 35 tanınmış səyyah bir neçə gündür ki, Qarabağı Şərqi Zəngəzuru səyahət edirlər. Səfər dünyada məşhur olan dörd nəhəng səyyah klubundan biri - MTP (Most Traveled People) tərəfindən təşkil olunub. Heyətə dünyanın ən böyük səyyahları siyahısında adı ilk onluğa düşmüş Çarlz Vili (Charles Veley) rəhbərlik edir.

Qarabağa səfərləri Füzulidən başlayan səyyahlar iyulun 25-də Şuşa-Xankəndi-Ağdam marşrutu üzrə hərəkət edərək Xocavənddə, Şuşada, Xankəndidə Ağdamda, Şərqi Zəngəzurda olublar. Səyahət davam edir. Qonaqlar bu gün Zəngilan Cəbrayıla (Xudafərin körpüsü) səfər edəcəklər. Üçgünlük səfər çərçivəsində Ermənistanın işğalı altında olduğu illərdə Qarabağ regionunda baş vermiş dağıntılarla, həmçinin rayonda aparılan bərpa işləri ilə tanış olacaqlar.

Onu da qeyd edək ki, bu MTP-nin ölkəmizə təşkil etdiyi ilk səfər deyil, həmin klubun işğaldan azad edilən ərazilərə sayca dördüncü səfəridir. Vətən müharibəsindən ötən dörd il ərzində isə 50-yə yaxın ölkədən 400 nəfərə yaxın beynəlxalq səyahətçi böyük qruplarla Qarabağ Şərqi Zəngəzura on dəfə səfər edib.

Beynəlxalq səyyahların sosial mediada dünyanın ən müxtəlif bölgələrindən xeyli sayda izləyici ordusu var. Bu səfərlər azad edilmiş ərazilərdəki böyük dağıntılar aparılan nəhəng quruculuq-bərpa işləri ilə yerində tanış olmağa imkan yaratmaqla, reallıqların dünyaya nümayişi üçün müstəsna əhəmiyyətə malikdir. Bir neçə gün əvvəl "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" mövzusunda II Şuşa Qlobal Media Forumunda da iştirak edən MTP (Most Traveled People) səyahət klubunun təsisçisi rəhbəri, amerikalı səyyah Çarlz Vili "feyknyus"ları ifşa etməkdə beynəlxalq səyahətçilərin rolundan danışarkən bir sıra xarici media orqanlarında Qarabağ barədə təqdim olunan saxta məlumatlarla yerində gördükləri arasında kəskin fərq olduğunu qeyd edib.

44 günlük Vətən müharibəsində Ermənistanı ağır məğlubiyyətə uğradıb, işğalçı dövlətin himayədarlarını "mat" vəziyyətinə salan Azərbaycan, dünya informasiya məkanında da "feyk" xəbərlərlə beynəlxalq ictimayyəti çaşdıranlara ciddi dərs verməkdədir.

 

Elşən QƏNİYEV,

Azərbaycan.-2024.- 27 iyul (№ 157).- S.9.