Kənd turizmi insanlar üçün çox sərfəlidir

 

 

Yayın qızmar çağıdır. Ölkəmizdə bu isti yay günlərində istirahət etmək, sərinlənmək  üçün gözəl təbiəti olan çoxlu sayda bölgələr var. Onlardan biri Göygöl rayonudur.

Göygöl rayonu Azərbaycanın qərbində dağlıq dağətəyi zonada yerləşir. Ən yüksək nöqtəsi dəniz səviyyəsindən 3724 metr hündürlükdədir. Bənzərsiz təbiəti, zəngin flora faunası olan rayonda kənd turizmi üçün geniş imkanlar var. Bu baxımdan, son illər burada kənd turizminin inkişaf etdirilməsi məqsədilə geniş infrastruktur layihələri həyata keçirilmişdir.

Rayonun əlverişli coğrafi mövqeyi, gözəl təbiəti, mədəni-tarixi irsi, özünəməxsus mətbəxi, eləcə sakinlərin yüksək qonaqpərvərliyi bu ərazilərə yolu düşənləri məmnun edir. Son illərdə aparılan genişmiqyaslı abadlıq yenidənqurma işləri, xüsusilə dövlət başçısının diqqət qayğısı ilə Göygölün ucqar kəndlərində yenilənən infrastruktur kənd turizmi üçün geniş imkanlar yaratmışdır.

Kənd turizmi ucuz başa gəldiyindən insanlar bu sahəyə daha çox maraq göstərirlər. Odur ki, yay mövsümü yaxınlaşanda rayonun kəndlərində bir boş ev belə tapmaq olmur. Əsasən Göygöl Milli Parkına yaxın ərazilərdə yerləşən Çaykənd, Şəhriyar, Yeni Zod, Aşıqlı, Toğanalı, Mixaylovka digər kəndlərdə istirahət edənlərin sayı daha çox olur. Çünki bu kəndlərdə dincələnlər çox asanlıqla milli parkın ərazisində yerləşən Göygölə səyahət edə bilirlər. Onu da bildirək ki, bu kəndlərə gələn 100 minə yaxın turistin 5 minə qədəri əcnəbi olur.

Ən çox turist qəbul edən kəndlərdən biri Aşıqlıdır. Kəndin 2500 nəfərdən çox əhalisi var. Rayon mərkəzindən cəmi 5 kilometr məsafədə yerləşir hər cür infrastrukturla təmin edilib. Asfalt yol, su, qaz, elektrik təminatı yüksək səviyyədədir. Kəndin ərazisində çoxlu sayda istirahət mərkəzləri fəaliyyət göstərir. Rayon mərkəzindən Hacıkəndə gedən yolun kənarlarında sakinlərin turistlərə təklif etdikləri şəfaverici bitkiləri, təndir çörəklərini, süd məhsullarını, eləcə isti kətələri digər milli yeməkləri turistlər məmnunluqla alırlar.

Xatırladaq ki, kənddə 400-dən çox ev var. Hacıkənd Göygölə gedən yolun üstündə yerləşdiyindən turistlər burada qalmağa daha çox ustünlük verirlər. Evlərin bir günü 20-30 manat civarında dəyişir. Öyrəndik ki, keçən il kənddə 2 mindən atıq turist istirahət edib. Bu il havaların kəskin şəkildə isti keçməsi turistlərin sayını xeyli artırıb.

Kənd sakini Lamiyyə Əliyevanın evində hər il çoxlu sayda turist qalır. O, həyətində 10 nəfərin qalması üçün lazımi şərait yaradıb. Burada yaradılan səliqə-sahman turistləri razı salır.

İkram Məmmədov da yay mövsümündə çoxlu turist qəbul edir. Həyətində bu məqsədlə əlavə 4 otaq tikib. Mövsüm ərzində 67-70 nəfər ailəvi turist qəbul edir. Göygölə yaxın kəndlərdən biri Çaykənddir. Hər il yüzlərlə turist bu kənddə istirahət edir. Kənd sakini Elmir Rəcəbov deyir ki, onun ailə üzvləri bu qonaqlara xüsusi qayğı ilə yanaşırlar. Yeməklərinə, içməklərinə, eləcə gəzməklərinə böyük diqqət göstərirlər.

Aşıqlı kənd nümayəndəliyinə daxil olan Köşkü Üçbulaq kəndlərinə hər yay çoxlu turist gəlir. Üçbulaq kəndində müalicəvi əhəmiyyəti olan "Nurud" suyu çıxır.  Bundan başqa, kənddə turistlərin istəyinə uyğun olaraq onlara təbii ərzaq məhsulları təklif olunur.

Rayonun Toğanalı kəndi isə gölə lap yaxın ərazidə yerləşir. Kənddən cəmi 5 dəqiqəyə Göygölə çatmaq olar. Burada dincələn turistlər "Cənnət məkan", "Ağrı dağı", "Gəncəbasar" sair yeməkxanaların xidmətindən istifadə edirlər. Bu ərazilərdə əsasən Türkiyə, Almaniya, Rusiya, Gürcüstan digər xarici ölkələrdən gələn turistlər dincəlirlər.

Onu da qeyd edək ki, rayon ərazisində çoxlu sayda turistlər üçün maraqlı olan tarixi abidələr var. Rayonda 31 yerli əhəmiyyətli tarixi memarlıq abidəsi mövcuddur ki, bunlardan da 8-i kurqan, nekropol, digərləri isə qədim tikililər körpülərdir. Rayon mərkəzində 1854-cü ildə alman kolonistləri tərəfindən tikilmiş "Lüteran" kilsəsi, XVI əsrə aid iki tağlı körpü, XII əsrə aid körpü, Qabriel kilsəsi, Anahid Məbədi Müqəddəs Məryəm kilsəsi, bundan başqa, Dəmir dövrünə aid kurqanlar Tunc dövrünə aid qəbirlər vardır ki, bütün bunlar turistlərə rayon ərazisindəki kəndlərdə istirahət etməklə yanaşı, buradakı tarixi abidələrlə yaxından tanış olmaq imkanı verir.

Hazırda turizm mövsümü davam edir. Respublikamızın digər bölgələri kimi, Göygöl rayonunun kəndlərinə dincəlməyə gələnlərin sayı durmadan artır. Onları cəlb edən təmiz hava, təbii su ehtiyatı, yaşıllıq, abadlaşdırılmış kənd şəraiti təbiət mənzərələridir.

 

Sabir ƏLİYEV,

Azərbaycan.-2024.- 27 iyul (№ 157).- S.10.