Cüdoçularımız tatamiyə çıxırlar

 

 

"Paris-2024"  cüdo turnirinin püşkü atılıb. Yarışda iştirak edəcək Azərbaycan idmançılarının da rəqibləri bəlli olub. Millimiz yarışda 7 kişi 2 qadın cüdoçu ilə mübarizə aparacaq. Paris tatamisində yarışlara bu gün start veriləcək.

 

İdmançılarımızdan dördü püşkatmada səpələnmişlər sırasında olub. Bunlar Balabəy Ağayev (60 kq), Hidayət Heydərov (73 kq), Zelim Tçkayev (81 kq) Zelim Kotsoyevdir (100 kq). Onlardan üçü isə Ağayev, Heydərov Kotsoyev yarışa 1/8 finaldan başlayacaq.

 

Kişilər

 

27 iyul, 60 kq

 

Balabəy Ağayev - Simon Zulu (Zambiya)/Von Jin Kim (Cənubi Koreya) cütünün qalibi

 

28 iyul, 66 kq

 

Yaşar Nəcəfov - Straxinya Bunçiç (Serbiya)

 

29 iyul, 73 kq

 

Hidayət Heydərov - Tohar Bitbul (İsrail)/Reduan Masud Dris (Əlcəzair) cütünün qalibi

 

30 iyul, 81 kq

 

Zelim Tçkayev - Umar Alfa Djalo (Fransa)/Abdelrahman Abdelqani (Misir) cütünün qalibi

 

31 iyul, 90 kq

 

Elcan Hacıyev - Mihael Zqanq (Türkiyə)

 

1 avqust, 100 kq

 

Zelim Kotsoyev - Pyotr Kuçera (Polşa)/ Tomas Briçeno (Çili) cütünün qalibi

 

2 avqust, +100 kq

 

Uşanqi Kokauri - Rafael Silva (Braziliya)

 

 

 

Qadınlar

 

27 iyul, 48 kq

 

Leyla Əliyeva - Xalimajon Kurbanova (Özbəkistan)

 

28 iyul, 52 kq

 

Gültac Məmmədəliyeva - Anjelika Delqado (ABŞ)

 

Qeyd edək ki, cüdo yarışlarında 122 ölkədən 378 idmançı mübarizə aparacaq.

 

Azərbaycan.-2024.- 27 iyul (№ 157).- S.11.