Qarabağa
müntəzəm uçuşlar
başlayıb
Füzuliyə uçuşların həyata
keçirilməsi Azərbaycanda
mülki aviasiyanın
inkişafının yeni
mərhələsidir
İyulun 17-dən etibarən
"Azərbaycan Hava Yolları" Bakıdan Füzuliyə və əks istiqamətdə müntəzəm reyslərə
başlayıb. AZƏRTAC xəbər
verir ki, bununla bağlı Azərbaycanın milli aviadaşıyıcısı AZAL jurnalistlər üçün
Qarabağa press-tur təşkil edib.
AZAL-ın Mətbuatla
iş şöbəsinin
rəhbəri Fərid
Hüseynov bildirib ki, bu, iftixar
hissi doğuran böyük hadisədir. Çünki milli aviadaşıyıcı tarixində
ilk dəfədir ki, Qarabağa müntəzəm uçuşlar
yerinə yetirir. Füzuliyə uçuşların
həyata keçirilməsi
ölkəmizin mülki
aviasiyasının inkişafında
yeni mərhələdir.
Reyslər vətəndaşlarımıza
Qarabağın incisi olan Şuşaya, Laçına və digər ərazilərə
daha sürətli və rahat şəkildə
səfər etmək imkanı yaradacaq. Füzuliyə müntəzəm
uçuşlar Böyük
qayıdış dövlət
proqramının həyata
keçirilməsinə töhfə
verməklə yanaşı,
regionun turizm və iqtisadiyyatının
inkişafı üçün
yeni perspektivlər açacaq.
F.Hüseynov qeyd
edib ki, Bakı-Füzuli-Bakı marşrutu
üzrə reyslər
həftədə iki dəfə olmaqla bazar ertəsi və cümə günləri həyata keçirilir. Uçuş
müddəti 50 dəqiqə
təşkil edir.
AZAL-ın nümayəndəsi
bildirib ki, aviabilet əldə etmək üçün
yolumuzqarabaga.az portalına daxil
olub icazə prosesini keçmək və xüsusi kod əldə etmək lazımdır. Bu kod AZAL-ın
rəsmi saytı və ya tətbiqindən
bilet alarkən təsdiq üçün
tələb olunur. Nəzərə alınmalıdır
ki, Qarabağa giriş xüsusi icazə tələb etdiyinə görə, aviabiletləri yalnız Bakı-Füzuli-Bakı marşrutu
üzrə və yalnız Azərbaycan vətəndaşları əldə
edə bilərlər.
Azərbaycan Respublikasının
Rəqəmsal İnkişaf
və Nəqliyyat Nazirliyinin kollegiyasının
qərarına əsasən,
Bakı-Füzuli/Füzuli-Bakı
istiqamətində təyyarə
biletlərinin qiyməti
bir tərəfə
78 manat məbləğində
müəyyən edilib.
Bu qiymətə 10 kq-a qədər əl yükü və 23 kq-a qədər baqaj daxildir. Sözügedən
istiqamətdə səyahət
edən 2 yaşından
12 yaşınadək uşaqlar
üçün tətbiq
olunan tarifdən 25 faiz, 0-2 yaşında körpələr üçün
isə tətbiq olunan tarifdən 90 faiz güzəştlər
nəzərdə tutulub.
Füzuliyə aviabilet
əldə edərkən
aşağıdakı məqamlara
diqqət yetirilməlidir:
- Qarabağa giriş
xüsusi icazə tələb etdiyinə görə, aviabiletləri
yalnız Azərbaycan
vətəndaşları əldə
edə bilərlər.
- Aviabilet əldə
etmək üçün
ilk növbədə
yolumuzqarabaga.az portalına daxil
olaraq müvafiq bölmədən icazə
prosesini keçmək
və xüsusi kod əldə etmək lazımdır. Daha sonra AZAL saytına və ya mobil tətbiqinə
keçid alaraq həmin kodu və FİN nömrəsini
daxil edib icazəni təsdiq etdikdən sonra bilet əldə etmək mümkündür.
Verilmiş icazə kodunun müddəti 1 aydır. Bu müddət ərzində
aviabilet alıb Qarabağa səfər etmək olar.
Aviabilet yalnız
hər iki istiqamətdə və yalnız Bakı-Füzuli-Bakı
marşrutu üzrə
əldə oluna bilər.
Azərbaycan.-2024.-
28 iyul (№ 158).- S.5.