Ermənistan sülh istəmir

 

 

Qərb regionu yenidən müharibə ocağına çevirmək iddiasındadır

 

 

 

"Son vaxtlar Azərbaycan tərəfindən dəfələrlə Ermənistana xəbərdarlıq edilib. Ermənistana silah-sursatın verilməsi ilə bağlı istər Hindistanla bağlanan müqavilə, istər "Avropa Sülh Fondu" adı ilə 10 milyon avroluq vəsaitin verilməsi, istərsə Fransa ilə hərbiləşmə sahəsində bağlanan sazişlər gərginliyin artırılması Azərbaycan əleyhinə atılan addımlardır. Bununla əlaqədar Ermənistan özü nəticə çıxarmalıdır".

Bu sözləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib. Deputat bildirib ki, "Avropa Sülh Fondu"ndan ayrılmış 10 milyon avro Ermənistanın silahlı qüvvələrində modernləşdirmə prosesi aparmaq üçündür, yəni yeni silahların alınması digər istiqamətlərdə xərclənəcək vəsait kimi nəzərdə tutulub. Avropa İttifaqının Sülh Fondu adı ilə çıxış edilsə , məlum məsələdir ki, bu vəsait sülhün bərqərar olunması üçün deyil. Sadəcə olaraq, Qərbin məqsədi Ermənistandan istifadə edərək Cənubi Qafqazda nüfuz sahibi olmaqdır.

Bir müddət əvvəl Fransa Ermənistan müdafiə nazirlikləri arasında bağlanmış müqavilələrin Hayastana məhz silah-sursatın verilməsi məqsədilə imzalandığını xatırladan A.Nağıyev deyib ki, bütün bunlar Azərbaycana qarşı atılan addımlardır. "Bununla paralel olaraq Rusiyanın Cənubi Qafqazda, xüsusən Ermənistanda nüfuzunun aşağı salınması hədəflənir. Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında üzv olmaqdan imtina edir, eyni zamanda Fransa ilə müqavilələr bağlayır. NATO isə ona silah-sursat, həmçinin dolayı yollarla vəsait ayırır. Rusiya birmənalı olaraq bunun əleyhinədir, bəyanatlarında da bunu rəsmi Moskvaya qarşı atılan addım kimi qiymətləndirir", - deyə deputat bildirib.

O qeyd edib ki, hərbi təxribatların artması, Qərbin Ermənistanı silahlandırması Azərbaycan tərəfindən ciddi izlənilir, təhlillər aparılır. Hər hansı təhdidin qarşısını almaq üçün mütləq şəkildə adekvat addımlar atılır bundan sonra da atılacaq. Ermənistanın öz daxili xarici siyasəti, müstəqilliyi olmadığı üçün Qərbin atdığı addımların ilə nəticələnəcəyini hələ dərk edə bilmir.

A.Nağıyev vurğulayıb ki, Avropa ölkələri həmin sülh fondundan Ukraynanı, digər dövlətləri silahlandırsalar da, fiaskoya uğradıqları üçün indi həm Rusiya əleyhinə, həm Cənubi Qafqazda sülhün pozulması istiqamətində plastdarm kimi Ermənistanı seçməklə ondan vasitə kimi istifadə edirlər: "Müxtəlif bəhanələr gətirə bilərlər, lakin silah-sursatın, hərbi texnikanın artması bir daha münaqişənin yenidən alovlanmasına rəvac verir sülhün bərqərar olmasına ziyan gətirəcək əsas amil kimi nəzərə alınmalıdır. Ümumilikdə Qərbin atdığı addımlar sülhə deyil, yeni müharibə ocaqlarının yaradılmasına xidmət edir".

 

Əsmər QARDAŞXANOVA,

Azərbaycan.-2024.- 28 iyul (№ 158).- S.6.