Dünya
səyyahları Xudafərin
körpüsü ilə
yaxından tanış
olublar
Dünyanın ən
nəhəng dörd səyyah klublarından biri olan ABŞ-ın MTP (Most Travelled People) klubunun təsisçisi Çarlz
Vilinin (Charles Veley) rəhbərlik etdiyi 13 ölkədən olan səyyahlar səfərin üçüncü günündə
Cəbrayıl rayonu ərazisində yerləşən
tarixi abidə, Xudafərin körpüsündə
olublar.
AZƏRTAC-ın bölgə
müxbiri xəbər
verir ki, səyyahlar Araz çayı üzərində
yerləşən Xudafərin
körpüsü ilə
yaxından tanış
olublar. Xudafərin körpüsü barədə,
həmçinin Ermənistan
silahlı qüvvələrinin
qədim yurd yerlərimizdə törətdiyi
vəhşiliklər və
cinayət izləri haqqında səyyahlara məlumat verilib.
Bildirilib ki, ümumdünya əhəmiyyətli
tarixi hadisələrlə
bağlılığına, gözəl landşaftla üzvi birliyinə, yüksək memarlıq-mühəndis
həlli və sair xüsusiyyətlərinə
görə Xudafərin
körpüləri Azərbaycan
memarlığının universal
dəyərli abidələridir.
Tarixən İpək
yolunun üzərində
yerləşən körpülərdən
biri 15, digəri 11 aşırımlıdır. XII-XIII əsrlərin yadigarı olan körpülər orta əsrlərdə Azərbaycanda yüksək
sənətkarlığın inkişafından xəbər
verir. Diqqətə çatdırılıb ki,
digər ərazilər
kimi bu yerlər
də dağıntılara
məruz qalıb, işğal illərində
evlər talan, təbiət isə məhv edilib. Burada da bir
çox tarixi dini abidələr ermənilər tərəfindən
təhqir edilib, məscidlər heyvan saxlancı kimi istifadə olunub, qəbirlər qazılaraq
dağıdılıb. Vurğulanıb
ki, məhz işğaldan azad edildikdən sonra Şərqi Zəngəzurda
da həyat canlanmağa başlayıb
və ölkəmiz tərəfindən mühüm
layihələr üzrə
işlər aparılır.
Qeyd edək ki, son 4 ildə
50-yə yaxın ölkədən
360-dan çox beynəlxalq
səyahətçi böyük
qruplarla Qarabağ və Şərqi Zəngəzurda 10 dəfə
səfərdə olublar.
25-27 iyul da bir qrup beynəlxalq
səyahətçinin MTP (Most Traveled People) səyahət klubunun təşkilatçılığı ilə Qarabağ və Şərqi Zəngəzura olan növbəti səfəri
sayılır. MTP-nin səfəri bu qəbildən olan sayca 11-ci səfərdir. Heyətə Çarlz Vili rəhbərlik edir.
Azərbaycan.-2024.-
28 iyul (№ 158).- S.4.