Dünya Azərbaycan həqiqətlərinə şahidlik edir

 

 

Səyyahların Qarabağ Şərqi Zəngəzura səfərləri ölkəmiz üçün çox əhəmiyyətlidir

 

 

 

"Dünya miqyasında 4 böyük səyyah şəbəkəsindən biri olan - MTP (Most Traveled People) səyahət klubunun 35 nəfərlik geniş heyətinin Qarabağa səfəri Azərbaycan üçün çox əhəmiyyətlidir. Əvvəla, bu torpaqların Azərbaycana məxsus olduğunu, ölkəmizin suveren ərazilərində hüquqlarını bərpa etdiyini əyani şəkildə sübut edir. İkincisi isə, erməni vandallarının işğal dövründə torpaqlarımızda törətdikləri vəhşilikləri onlara onların vasitəsilə dünyaya çatdırırıq".

Bu sözləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Aydın Hüseynov deyib. O bildirib ki, indiki qrupa ABŞ, Böyük Britaniya, Almaniya, İsveçrə, Norveç, İsveç, Portuqaliya, Filippin, Polşa, Macarıstan digər ölkələrin səyyahları daxildirlər. Bu o deməkdir ki, xalqımızın başına gətirilən müsibətlər, şəhər kəndlərimizə qarşı həyata keçirilən insanlıqdan uzaq, bəşəriyyətə yad, bu gün dünyanın lənətlədiyi vandalizm aktlarını kimlərin törətdiyi barədə avropalılar, hətta okeanın o tayındakılar məlumat əldə edə biləcəklər. "Səyyahlar səfər zamanı işğaldan azad edilmiş ərazilərdəki böyük dağıntılar aparılan nəhəng quruculuq-bərpa işləri ilə yerində tanış olmağa imkan əldə edirlər ki, bu da həqiqətlərin dünyaya nümayişində müstəsna əhəmiyyət daşıyır", - deyə o əlavə edib.

A.Hüseynov qeyd edib ki, beynəlxalq səyyahların Qarabağa səyahətinin seçildiyi zaman da çox unikaldır. MTP səyahət klubunun təsisçisi rəhbəri, amerikalı səyyah Çarlz Vili bir neçə gün əvvəl "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" mövzusunda II Şuşa Qlobal Media Forumunda da iştirak edib. Forumda "feyk nyus"ları ifşa etməkdə beynəlxalq səyahətçilərin rolunun vacibliyi bir daha  vurğulanıb, xarici media orqanlarında dərc olunan yalan məlumatlarla reallığın qədər fərqli olduğunu səyyahlar da görüblər. Halbuki, Azərbaycan ötən 30 il ərzində dünyaya həqiqətləri çatdırırdı buna adekvat cavab alacağını düşünürdü. Amma ermənilərin xaricdəki havadarları elə media üzərindən, həm dünyanın tanınmış media qurumlarının səhifələrində yalnız yalan informasiyalar yayır dünyanı inandırmağa çalışırdı ki, Qarabağ Ermənistanındır.

Deputat vurğulayıb ki, ötən illərdə Qərb ölkələrində məlumatı yalnız birtərəfli qaydada, yəni erməni mənbələrinə istinad edərək əldə edirdilər: "Bu da həqiqətin kimin tərəfində olduğunu öyrənməkdə çətinlik yaradırdı. Amma Qarabağda, Şərqi Zəngəzurda, Göyçədə, Qərbi Zəngəzurda, Dərələyəzdə, ümumiyyətlə, indi Ermənistan adlandırılan, əslində isə, əzəli Azərbaycan torpağı sayılan yurd yerlərimizdə baş verən dəhşətli hadisələr qədər vaxt keçsə unudulmur, unutdurulmur, tarixin səhifələrinə, yaddaşlara köçürülür. Bu baxımdan xarici qonaqların işğaldan azad edilmiş ərazilərə səfərləri vacibdir, reallığı öyrənmək ermənilərin qanunsuz əməllərinə haqq qazandıranlara sərt tutarlı cavab kimi lazımdır. Bəzi ölkələrin Ermənistan-Azərbaycan münaqişəsində indiyədək tutduğu yanlış yolun, istiqamətin dəyişdirilməsində bunun əhəmiyyəti böyükdür".

 

Əsmər QARDAŞXANOVA,

Azərbaycan.-2024.- 28 iyul (№ 158).- S.4.