Dünya
səyyahları Füzulidə
minaların zərərsizləşdirilməsini
izləyiblər
Dünyanın ən
nəhəng dörd səyyah klublarından biri olan ABŞ-ın MTP (Most Travelled People) klubunun təsisçisi Çarlz
Vilinin (Charles Veley) rəhbərlik etdiyi 13 ölkədən olan səyyahlar Füzuli rayonunda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər.
Füzuli
rayonuna gələn səyyahlar işğaldan azad edilən
Horadiz kəndi ərazisində ANAMA tərəfindən
aparılan minatəmizləmə işləri ilə
tanış olublar. Onlara məlumat verilib ki, hazırda olduqları ərazi əsasən tank əleyhinə minaların
üstünlük təşkil
etdiyi bir sahədir və axtarış vaxtı ərazidə partlamamış
silah-sursatlar da aşkarlanır. Həmçinin
qeyd edilib ki, işğal zamanı ərazilər tank əleyhinə minalarla bərabər piyada əleyhinə minalarla və digər partlayıcı qurğularla həddən çox çirkləndirilib
və aşkarlanan piyada əleyhinə minaların əsas tərkib hissəsi Ermənistan istehsalıdır.
Bildirilib ki, ərazidə təmizləmə
işləri mexaniki, əl ilə və təlim keçmiş itlər vasitəsilə olmaqla üç üsulla aparılır. Daha sonra ərazidə aşkarlanan tank əleyhinə minaların
partladılma yolu ilə zərərsizləşdirilməsi
prosesi həyata keçirilib
Azərbaycan.-2024.-
28 iyul (№ 158).- S.4.