Polşalı
səyyah Xudafərin körpüsünün UNESCO-nun
İrs Siyahısına
salınmasını vacib
sayır
Çox şadam
ki, Xudafərin körpüsünü görə
bildim. Bunu "Report"a Cəbrayılda polşalı
səyyah Bartoş
Kozik deyib. "Biz buranı
ziyarət etməyi bacaran ilk turistlərdənik.
Ümid edirəm ki, bütün dünya bizim kimi buranı
gəlib görə biləcək. Həmçinin
Xudafərin körpüsünün
UNESCO-nun Ümumdünya İrs
Siyahısına daxil edilməsini də görmək istərdim",
- o bildirib.
Xatırladaq ki, 35 nəfərdən
ibarət beynəlxalq
səyyahdan ibarət nümayəndə heyəti
Azərbaycanın işğaldan
azad edilmiş ərazilərində səfərdədir.
Dünən onlar Cəbrayıl rayonundakı
Xudafərin körpüsündə
olublar.
Səfər dünyaca məşhur MTP
(Most Traveled People) səyyar klubu tərəfindən təşkil edilib.
Azərbaycan.-2024.- 28 iyul
(№ 158).- S.4.