"Azərbaycan
Qarabağın abadlaşdırılması
istiqamətində çox
böyük işlər
görür"
Azərbaycan Qarabağın
abadlaşdırılması istiqamətində çox
böyük işlər
görür. Bu barədə Trend-ə "Most
Traveled People" (MTP) səyahət
klubunun nümayəndə
heyətinə rəhbərlik
edən Çarlz Vili deyib.
"Artıq üç
ildir ki, Qarabağda turlar keçirirəm və dəfələrlə bura
gəlirəm. Qarabağ
bütünlüklə heyrətamizdir.
Şuşadan Ağdama,
Zəngilan ətrafına
qədər piyada getmişik və indi Cəbrayılda Xudafərin körpüsündəyik.
Burada yollar getdikcə daha da yaxşılaşır.
Demək, Azərbaycan
Qarabağı abadlaşdırmaq
üçün çox
böyük işlər
görür", - deyə
o vurğulayıb.
Qeyd edək ki, son 4 ildə
50-yə yaxın ölkədən
360-dan çox beynəlxalq
səyahətçi böyük
qruplarla Qarabağ və Şərqi Zəngəzurda 10 dəfə
səfərdə olub.
25-27 iyulda bir qrup beynəlxalq səyahətçinin MTP (Most
Traveled People) səyahət
klubunun təşkilatçılığı
ilə Qarabağ və Şərqi Zəngəzura olan növbəti səfəri
sayılır. MTP-nin səfəri bu qəbildən olan sayca 11-ci səfərdir. Heyətə Charles Veley rəhbərlik edir. O, dünya üzrə 4 nəhəng səyyah şəbəkəsindən biri
olan - MTP (Most Traveled People) klubunun təsisçisi və rəhbəridir. Dünya səyyahlarının beynəlxalq
reytinqində adı ilk 10-luqdadır. Bundan əvvəl 4 dəfə işğaldan azad edilmiş ərazilərdə
səfərdə olub,
onlardan 3-də MTP heyətlərinə
başçılıq edib.
Azərbaycan.-2024.-
28 iyul (№ 158).- S.4.