Kəlbəcər
rayonuna ilk dəfə infotur təşkil edilib
Azərbaycan Respublikası
Qaçqınların və
Məcburi Köçkünlərin
İşləri üzrə
Dövlət Komitəsinin
və Kəlbəcər
rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin
birgə təşkilatçılığı
ilə heykəltaraş
və rəssamlardan ibarət yaradıcı qrup üçün Kəlbəcər rayonu ərazisinə ilk dəfə infotur təşkil edilib.
Dövlət
Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib
ki, infotur iştirakçılarına Prezident İlham
Əliyevin rəhbərliyi ilə rayonda aparılan bərpa-quruculuq
işləri, yerli əhalinin doğma yurda geri
qayıdışa hazırlanması ilə bağlı həyata
keçirilən tədbirlər haqqında ətraflı məlumat
verilib. İncəsənət ustalarına Kəlbəcərin
füsunkar təbiəti
ilə yerində tanış olmaq, buradakı əsrarəngiz
mənzərələri əyani
şəkildə görmək
imkanı yaradılıb.
Onlar, həmçinin
bu ərazilərdə
ermənilərin törətdikləri
vəhşiliklərin izlərini,
dağıdılıb talan
edilmiş yurd yerlərimizi müşahidə
edib, hazırda təsərrüfat məqsədi
üçün rayon
ərazisinə gəlmiş
yerli sakinlərlə həmsöhbət olublar.
Fırça və tişə ustaları təbiət mənzərələrini
birbaşa naturadan çəkmək fürsətindən
də yararlanıb, kağız və kətan üzərində
cizgilər işləyib,
foto və videoçəkilişlər aparıblar.
Yaradıcı qrupun
üzvləri səfər
çərçivəsində Kəlbəcər şəhərini,
qədim alban məbədi Xudavəng monastırını ziyarət
edib, Sərsəng su anbarının yerləşdiyi ərazidə
olublar. Onlar səfərin məhsuldar və faydalı olduğunu qeyd ediblər.
Xatırladaq ki,
Böyük Qayıdışa
dair I Dövlət Proqramının Tədbirlər
Planının 3.1.2-ci bəndinin
icrası çərçivəsində
Qaçqınların və
Məcburi Köçkünlərin
İşləri üzrə
Dövlət Komitəsi
müxtəlif yaradıcı
peşə sahiblərindən
ibarət qrupların iştirakı ilə Qarabağa və Şərqi Zəngəzura
infoturlar təşkil
edir.
Azərbaycan.-2024.-
28 iyul (№ 158).- S.5.