Bakı
Təşəbbüs Qrupu
Olimpiya Oyunları prinsiplərinin “Paris-2024”də
pozulmasına dair bəyanat yayıb
Bakı Təşəbbüs
Qrupu Olimpiya Oyunları prinsiplərinin “Paris-2024”də
pozulmasına dair bəyanat yayıb.
AZƏRTAC bəyanatı təqdim edir:
“Olimpiya
Xartiyasında qeyd edilir ki, "Olimpiya hərəkatının
məqsədi insan ləyaqətinin qorunmasına xidmət edən
dinc bir cəmiyyəti təşviq etmək üçün
idmanı bəşəriyyətin harmonik inkişafına
yönəltməkdir".
Fransa Respublikasının
Prezidenti Emmanuel Makron və onun Hökuməti hazırda Fransada keçirilən “Paris-2024” Olimpiya
Oyunlarını "sülh
və ümid anı" kimi təqdim etsə də, Fransanın kolonial və neokolonial siyasəti bunun əksini deyir.
Polineziya, Korsika,
Melaneziya, Karib və Antil adalar
qrupundan olan müstəqillik uğrunda
mübarizə aparan siyasi partiya və hərəkat nümayəndələrindən əldə edilmiş məlumatlara əsasən,
məşğulluq sektorunda
və mənzillərin
əldə edilməsinə
çıxışda ayrı-seçkilik,
eləcə də təbii sərvətlərin
istismarı və ya məsələn, Fransa Hökumətinin himayəsi altında təşkil edilən kütləvi immiqrasiya halları qeydə alınıb.
Olimpiadanın ruhuna
tamamilə zidd olan bir sıra
halları diqqətinizə
təqdim edirik:
- Müvafiq ərazilərdə
fransız monopolistlərinin
xeyrinə olan zəif iqtisadi inkişaf strategiyası həyata keçirilir: əhalinin həddindən
artıq ərzaq asılılığı (qida
məhsullarının 80 faizindən
çoxu Fransadan gəlir), həyat səviyyəsinin yüksək
qiyməti, yoxsulluq (Fransız Qvianasında əhalinin 50 faizi yoxsulluq həddindən aşağı səviyyədə
yaşayır) və hər cür iğtişaşlara (zorakılıq,
silah və narkotik ticarəti) səbəb olan kütləvi işsizlik bu ərazilərin gələcəyini ciddi şəkildə təhlükə
altına alır;
- 1989-cu il Yerli
Xalqlara dair Konvensiyasının (No. 169) ratifikasiya
edilməməsi (Fransız
Qvianası);
- Artan təhlükə
altında olan yerli dilləri arxa plana keçirən
və yerli uşaqlara nə yerli tarixləri, nə coğrafiyası, nə mədəniyyətləri,
nə də gələcəkləri ilə
bağlı istəklərinə
uyğun olmayan fransız tədris proqramlarını tətbiq
edən fransız mədəniyyətinin hegemonluğunun
qurulması və assimilyasiya siyasəti;
- Torpaqların zəbt
edilməsi, - (Fransız
Qvianası torpaqlarının
90 faizi Fransa dövlətinə məxsusdur),
milyonlarla kvadratkilometr
müstəsna iqtisadi
zonaya (MİZ) nəzarət
(Fransa sahəsi 11 milyon kvadratkilometr olan MİZ ilə dünyanın ikinci ən böyük dəniz gücüdür),
on illər ərzində Fransadakı
yerli xalqların gənclərinin deportasiya
siyasəti Qvadelupa və Martinikdə görünməmiş demoqrafik
böhrana səbəb
oldu və təbii sərvətlərin
talan edilməsinə böyük töhfə verdi, - təbii resurslarının talan edilməsi;
- Bütün müqaviməti
cinayət hesab edən və korrupsionerləri qoruyan ikisəviyyəli müstəmləkə
ədalətinin qurulması
(Martinik və Qvadelupada xlordekon zəhərlənməsinə və
torpaq oğurluğuna
qarşı mübarizə
aparan gənclərin həbsi, bu statusu və qeyri-bərabər rəftarı
tanımadan siyasi məhbusları mühakimə
edən korsikalılar
üçün müstəsna
yurisdiksiyaların tətbiqi
və onların saxlanma şəraiti, Kollektiv Jistiss Matinik Assosiasiyasının
prezidenti Cənab Herve Pintonun həbsi);
- Polineziyanın yenidən
dekolonizasiya olunacaq ölkələr siyahısına
daxil edildikdən sonra boş kreslo siyasəti;
- Yerli əhalinin
Olimpiya Oyunlarında həm də öz ölkələrinin
bayrağı altında
çıxış etmələrindən
imtina olunması;
- Müstəmləkəçi Qərb dövlətlərinin,
xüsusən Hind-Sakit
Okean zonasında (Polineziya, Yeni Kaledoniya), həm də Karib dənizi-Amerika
zonasında və Korsikada (Solenzara bazası) müharibə hazırlığına geostrateji
hərbi bazalar kimi yerli xalqların
iradəsinə zidd olaraq ərazilərdən
istifadə edilməsi
(Qviana, Martinika, Qvadelupa);
- Numea sazişinin
öhdəliyi olan dekolonizasiya prosesinə əməl edilməməsi
və beləliklə,
qeyri-qanuni referendumun keçirilməsi və seçicilərin genişləndirilməsi
nəticəsində kanakların
öz torpaqlarında azlıq halına gətirilməsi, eləcə
də ölkələrindən
və ailələrindən
uzaqda olan CCAT (Ərazilərin Koordinasiyası
Şəbəkəsi) fəallarının
çoxsaylı həbsləri
və deportasiyası;
Yuxarıdakıları nəzərə alaraq, ritorik və sadə suallar veririk:
XXI əsrdə “sülh
və ümid anı” olan Olimpiya Oyunları xalqları özünə
tabe edən bir ölkədə keçirilə bilərmi?
Olimpiya Oyunlarına
ev sahibliyi edən ölkə Kanakidə azadlığa qoyulan məhdudiyyətləri
aradan qaldıra, həmçinin siyasi məhbusları azad edə bilməzdimi? Onların da öz evlərində azyaşlı uşaqları
ilə birlikdə bu “sülh anı”nı yaşamaq
hüququ var”.
Azərbaycan.-2024.-
28 iyul (¹ 158).- S.6.