Xəzərin sahilində
“Dream Fest – 2024” festivalı davam edir
Bakıda, “Sea Breeze” istirahət
mərkəzində “Dream Fest – 2024” Beynəlxalq Musiqi Festivalı davam edir.
AZƏRTAC xəbər verir ki, iyulun 28-də yekunlaşacaq
festivalda əksəriyyəti
postsovet məkanından,
eləcə də Türkiyə, Böyük
Britaniya, Kanada və digər ölkələrdən
100-dən çox musiqiçinin
çıxışı maraqla
izlənilir.
Onların arasında
Rusiyada fəaliyyət
göstərən azərbaycanlı
müğənni Jony (Cahid Hüseynli), həmçinin Xalq artistləri Aygün Kazımova,
Emin, isveçli müğənni
Bosson, rusiyalı sənətçi
Ani Lorak, Azərbaycan əsilli Qazaxıstan müğənnisi Jah Khalib (Bəxtiyar
Hüseynov), Mot (Matvey Melnikov) və başqaları var. MDB ölkələri
arasında “Ən yaxşı remiks” nominasiyası üzrə
“Qremmi” mükafatını
alan ilk musiqiçi qazax İmanbek Zeikenov (DJ İmanbek) da festivalın iştirakçısıdır.
Artıq neçə
gündür ki, “Sea Breeze” istirahət
mərkəzində bir
neçə nəsil
musiqiçilər populyar
mahnılarla mavi Xəzəri salamlayır.
Festival tamaşaçılarının rahat gediş-gəlişini
təmin etmək məqsədilə Azərbaycan
Yerüstü Nəqliyyat
Agentliyi (AYNA) tərəfindən
avtobuslar da ayrılıb.
Festival məkanına avtobuslar
hər gün saat 16:00-dan 20:00-a qədər
“Koroğlu” metro stansiyasının
cənub çıxışındakı
nəqliyyat mübadilə
məntəqəsindən yola
düşür.
Azərbaycan.-2024.- 28 iyul
(¹ 158).- S.10.