“Azərbaycan
Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və
Mühafizəsinə Dövlət
Nəzarəti Xidməti
haqqında Əsasnamə”nin
təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin
təmin edilməsi ilə bağlı bir sıra tədbirlər
haqqında” Azərbaycan
Respublikası Prezidentinin
2023-cü il 17 noyabr tarixli 2356 nömrəli Fərmanının icrası
ilə əlaqədar
qərara alıram:
1. “Azərbaycan
Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların
İstifadəsinə və Mühafizəsinə Dövlət
Nəzarəti Xidməti haqqında Əsasnamə” təsdiq
edilsin (əlavə olunur).
2. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn
məsələləri həll etsin.
İlham
Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 29 iyul 2024-cü il
Azərbaycan.-2024.-
30 iyul (№ 159).- S.2.