Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə Mühafizəsinə Dövlət Nəzarəti Xidməti haqqında ƏSASNAMƏ

 

Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 29 iyul tarixli Fərmanı ilə təsdiq edilmişdir

 

 

 

1. Ümumi müddəalar

 

1.1. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə Mühafizəsinə Dövlət Nəzarəti Xidməti (bundan sonraXidmət) Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (bundan sonraAgentlik) fəaliyyət istiqamətlərinə uyğun olaraq, su obyektlərindən istifadə onların mühafizəsi qaydalarına, sudan istifadə limitlərinə, su obyektlərindən istifadə onların mühafizəsi sahəsində sanitariya-gigiyena, ekoloji, hidrogeoloji, hidroloji, texnoloji tələbləri nəzərdə tutan normativ hüquqi aktlara, su mühafizə zonalarının ərazisindən istifadə rejiminə Azərbaycan Respublikası su qanunvericiliyinin digər tələblərinə riayət edilməsinə (bundan sonramüvafiq sahə) dövlət nəzarətini, su su təsərrüfatı obyektlərinin monitorinqini həyata keçirən, Agentliyin strukturuna daxil olan qurumdur.

 

1.2. Xidmət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnaməni, bu Əsasnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar sərəncamlarını, habelə Agentliyin hüquqi aktlarını rəhbər tutur.

 

1.3. Xidmət öz vəzifələrini yerinə yetirərkən hüquqlarını həyata keçirərkən Azərbaycan Respublikasının dövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanları, beynəlxalq qeyri-hökumət təşkilatları ilə, habelə digər hüquqi fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

 

1.4. Xidmətin müstəqil balansı, istifadəsində olan dövlət əmlakı, xəzinə bank hesabları, üzərində Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri, Agentliyin adı öz adı həkk olunmuş möhürü, müvafiq ştampları blankları vardır.

 

1.5. Xidmətin saxlanılma xərcləri fəaliyyəti, habelə maddi-texniki təminatı Azərbaycan Respublikasının dövlət büdcəsi, büdcədənkənar vəsait qanunda nəzərdə tutulmuş digər mənbələr hesabına maliyyələşdirilir.

 

1.6. Xidmət Bakı şəhərində yerləşir.

 

 

 

2. Xidmətin fəaliyyət istiqamətləri

 

2.1. Xidmətin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:

 

2.1.1. müvafiq sahədə dövlət siyasətinin formalaşdırılması ilə bağlı Agentliyə təkliflər vermək, həmin siyasətin həyata keçirilməsini təmin etmək;

 

2.1.2. müvafiq sahəni tənzimləyən normativ hüquqi aktların layihələrinin hazırlanmasında iştirak etmək, onlara dair rəy təkliflər vermək;

 

2.1.3. müvafiq sahədə dövlət nəzarətini həyata keçirmək;

 

2.1.4. Azərbaycan Respublikasının ərazisində yerüstü yeraltı su ehtiyatlarının, su su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, su təchizatı sistemlərinin monitorinqini aparmaq monitorinqin nəticələrinə əsasən tədbirlər görmək;

 

2.1.5. müvafiq sahənin inkişafı üçün tədbirlər görmək.

 

 

 

3. Xidmətin vəzifələri

 

3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Xidmətin vəzifələri aşağıdakılardır:

 

3.1.1. müvafiq sahəni tənzimləyən normativ hüquqi aktların hazırlanmasında iştirak etmək, onlara dair rəy vermək;

 

3.1.2. su obyektlərindən istifadə onların mühafizəsi qaydalarına, sudan istifadə limitlərinə, su obyektlərindən istifadə onların mühafizəsi sahəsində sanitariya-gigiyena, ekoloji, hidrogeoloji, hidroloji, texnoloji tələbləri nəzərdə tutan normativ hüquqi aktlara, su mühafizə zonalarının ərazisindən istifadə rejiminə Azərbaycan Respublikası su qanunvericiliyinin digər tələblərinə riayət edilməsinə dövlət nəzarətini həyata keçirmək;

 

3.1.3. Azərbaycan Respublikasının ərazisində yerləşən su su təsərrüfatı obyektlərində, hidrotexniki qurğularda, su təchizatı sistemlərində monitorinqlər, dövlət su kadastrını, yerüstü yeraltı suların dövlət uçotunu aparmaq;

 

3.1.4. suların vəziyyətinə zərərli təsir edən texniki qurğuların, avadanlığın, müəssisələrin ( ya onların bir hissəsinin) digər obyektlərin istismara buraxılmasının qadağan edilməsi barədə, habelə onların istismarının məhdudlaşdırılması, dayandırılması fəaliyyətinin qadağan edilməsi ilə bağlı Agentliyə təkliflər vermək;

 

3.1.5. su obyektlərinin, o cümlədən içməli su təchizatı mənbələrinin sanitariya mühafizə zonaları dairələrinin rejiminin təyin edilməsində iştirak etmək;

 

3.1.6. su mühafizə zonalarının, sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin onlardan istifadə qaydasının müəyyən edilməsində iştirak etmək;

 

3.1.7. yeraltı yerüstü suların zərərli təsirinin qarşısının alınması nəticələrinin aradan qaldırılması üçün tədbirlər planının hazırlanmasında həyata keçirilməsində iştirak etmək;

 

3.1.8. təbii fəlakət texnogen qəzalar nəticəsində zədələnmiş ya sıradan çıxmış su təsərrüfatı obyektlərinin bərpasına dair təkliflərin hazırlanmasında iştirak etmək;

 

3.1.9. su ehtiyatlarından kompleks istifadə həmin obyektlərin mühafizəsi baş sxeminin, hövzə ərazi sxemlərinin hazırlanmasında iştirak etmək;

 

3.1.10. sudan qənaətlə istifadə olunması, o cümlədən itkilərin qarşısının alınması ilə bağlı tədbirlər görmək;

 

3.1.11. qanunla müəyyən edilmiş qaydada istifadəyə verilmiş su mühafizə zonalarının torpaqlarında fəaliyyətə nəzarəti həyata keçirmək;

 

3.1.12. hidrotexniki qurğuların təhlükəsizliyinə təsir edən tikinti fəaliyyətini konservasiya işlərini dayandırmaq barədə Agentliyə təkliflər vermək;

 

3.1.13. su obyektlərinin, hidrotexniki qurğuların su təchizatı sistemlərinin təhlükəsizliyini təmin etmək məqsədilə həmin obyektlərdən (onların bir hissəsindən) istifadənin məhdudlaşdırılması, dayandırılması qadağan olunması üçün Agentliyə təkliflər vermək;

 

3.1.14. dövlət uçotuna alınacaq su istifadəçilərinin siyahısının tərtib edilməsində iştirak etmək;

 

3.1.15. su obyektlərinin istifadəçiləri su istehlakçıları tərəfindən su obyektlərindən götürülən onlara axıdılan suların uçotunun aparılmasına nəzarətin həyata keçirilməsini, bu məqsədlə istifadə olunan avadanlıq cihazların vəziyyətinə dair aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə monitorinq aparılmasını təmin etmək;

 

3.1.16. su obyektlərindən təyinatına görə istifadə edilməsi ilə bağlı monitorinq aparmaq qanunvericiliyə uyğun tədbirlər görmək;

 

3.1.17. su ehtiyatlarından istifadə sahəsində proqnoz layihələrin hazırlanmasında iştirak etmək;

 

3.1.18. suların axım rejiminə, keyfiyyətinə istifadəsinə dair məlumat toplanılmasını həyata keçirmək;

 

3.1.19. təbii fəlakət texnogen qəzalar nəticəsində su obyektlərində baş vermiş qəzaların səbəblərinin müəyyənləşdirilməsində bu qəzalar nəticəsində dəymiş zərərin qiymətləndirilməsində iştirak etmək;

 

3.1.20. ərazi planlaşdırılması sənədlərinə dair Agentliyə təkliflər vermək;

 

3.1.21. qanunla nəzərdə tutulmuş qaydada su obyektlərindən balıqçılıq üçün istifadəyə razılıq verilməsi, sututarlar ya onların müəyyən hissəsinin idman həvəskar balıq digər su bioresurslarının ovu üçün ayrılması barədə Agentliyə rəy vermək;

 

3.1.22. ölkə, su hövzələri inzibati ərazi vahidləri üzrə su təsərrüfatı balanslarının hazırlanmasında iştirak etmək;

 

3.1.23. daşqın subasma zonalarının müəyyənləşdirilməsində iştirak etmək;

 

3.1.24. sulardan istifadə onların mühafizəsi sahəsində qanunla müəyyən edilmiş tələbləri pozan şəxslərə qarşı qanunla müəyyən edilmiş tədbirlər görmək;

 

3.1.25. su su təsərrüfatı obyektlərindən götürülən suların bölüşdürülməsini sudan istifadəyə nəzarətin həyata keçirilməsini təmin etmək;

 

3.1.26. tərkibində çirkləndirici maddələrin miqdarı normadan artıq olan tullantı sularının su obyektlərinə axıdılmasının məhdudlaşdırılmasını, dayandırılmasını ya qadağan olunmasını təmin etmək;

 

3.1.27. sanitariya, hidrotexniki meliorasiya tədbirlərinin görülməsi halları istisna olmaqla, çaylarda, çay qollarında, meliorasiya irriqasiya sistemlərində qalaqların yaradılmasının, su axımının qarşısının özbaşına kəsilməsinin, göllərdən limanlardan su buraxılmasının qarşısının alınması üçün tədbirlər görülməsini təmin etmək;

 

3.1.28. hidrotexniki qurğuların təyinatı üzrə təhlükəsizlik bəyannamələrinin təsdiqini hidrotexniki qurğuların dövlət reyestrinin aparılmasını təmin etmək;

 

3.1.29. Agentlik tərəfindən verilmiş su ehtiyatlarından istifadəyə icazələrin şərtlərinə riayət olunmasına nəzarət etmək;

 

3.1.30. müvafiq sahədə dövlət proqramlarının, inkişaf konsepsiyalarının layihələrinin hazırlanmasında həyata keçirilməsində iştirak etmək;

 

3.1.31. qanunda nəzərdə tutulmuş hallardaSahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi sahibkarların maraqlarının müdafiəsi haqqındaAzərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama aparmaq;

 

3.1.32. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsini fəaliyyət istiqamətləri üzrə təmin etmək;

 

3.1.33. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu siyahısı qanunla müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini bu informasiyanın daim yenilənməsini təmin etmək;

 

3.1.34. fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə Azərbaycan RespublikasınınVətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqındaİnformasiya əldə etmək haqqındaqanunlarına uyğun olaraq baxmaq qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;

 

3.1.35. dövlət sirrinin məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun olaraq təhlükəsizlik tədbirləri görmək;

 

3.1.36. Xidmətin strukturunun fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində Agentliyə təkliflər vermək;

 

3.1.37. fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə kadr hazırlığını təmin etmək, mütəxəssislərin hazırlanması əlavə təhsili üçün tədbirlər görmək;

 

3.1.38. müvafiq sahəyə ayrılan büdcə vəsaitindən, kreditlərdən, qrantlardan digər maliyyə vəsaitindən təyinatı üzrə istifadə olunmasını təmin etmək;

 

3.1.39. Xidmətdə kargüzarlıq arxiv işinin aparılmasını təşkil etmək;

 

3.1.40. müvafiq sahədəCoğrafi İnformasiya Sistemi”nin (GİS) formalaşdırılması, aparılması təkmilləşdirilməsi üçün Agentliyə təkliflər vermək;

 

3.1.41. meliorasiya irriqasiya sistemlərinin kadastrını aparmaq;

 

3.1.42. fəaliyyətinin nəticələri barədə Agentliyə hesabat təqdim etmək;

 

3.1.43. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

 

 

 

4. Xidmətin hüquqları

 

4.1. Öz vəzifələrini yerinə yetirmək üçün Xidmətin aşağıdakı hüquqları vardır:

 

4.1.1. müvafiq sahədə Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə tərəfdar çıxması barədə Agentliyə təkliflər vermək;

 

4.1.2. müvafiq sahədə normativ hüquqi aktın layihəsinin qəbul olunması, aktda dəyişiklik edilməsi, aktın şərh edilməsi, qüvvəsinin dayandırılması ya ləğv edilməsi haqqında Agentliyə təkliflər vermək;

 

4.1.3. müvafiq sahə üzrə beynəlxalq təcrübəni öyrənmək, fəaliyyət istiqamətlərinə vəzifələrinə uyğun analitik materiallar hazırlamaq, təhlillər, monitorinqlər tədqiqatlar aparmaq, rəy təkliflərini Agentliyə təqdim etmək;

 

4.1.4. Agentliklə razılaşdırmaqla beynəlxalq tədbirlərdə iştirak etmək müvafiq sahə ilə bağlı konfranslar, seminarlar digər tədbirlər keçirmək;

 

4.1.5. Agentliklə razılaşdırmaqla beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti qurumları ilə əməkdaşlıq etmək, onların müvafiq sahə ilə bağlı təcrübəsini öyrənmək;

 

4.1.6. müvafiq sahə üzrə dövlət yerli özünüidarəetmə orqanlarına, fiziki hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək, onlardan belə məlumatları (sənədləri) almaq;

 

4.1.7. müstəqil ekspertləri mütəxəssisləri, məsləhətçi şirkətləri elmi təşkilatları müqavilə əsasında, bu məqsəd üçün nəzərdə tutulmuş vəsait çərçivəsində öz fəaliyyətinə cəlb etmək, işçi qruplar komissiyalar yaratmaq;

 

4.1.8. Xidmətin fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı məhkəmədə öz adından çıxış etmək;

 

4.1.9. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

 

 

 

5. Xidmətin fəaliyyətinin təşkili

 

5.1. Xidmətin strukturu, ştat cədvəli, gəlir xərclər smetası Agentliyin sədri tərəfindən təsdiq edilir.

 

5.2. Xidmətə Agentliyin sədri tərəfindən vəzifəyə təyin edilən vəzifədən azad edilən Xidmətin rəisi rəhbərlik edir.

 

5.3. Xidmətin rəisi Xidmətə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə funksiyalarının həyata keçirilməsinə görə şəxsən məsuliyyət daşıyır.

 

5.4. Xidmət rəisinin Agentliyin sədri tərəfindən vəzifəyə təyin edilən vəzifədən azad edilən iki müavini vardır. Xidmət rəisinin müavinləri vəzifə bölgüsünə uyğun olaraq fəaliyyət göstərirlər onlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə görə şəxsən məsuliyyət daşıyırlar.

 

5.5. Xidmətin rəisi:

 

5.5.1. Xidmətin fəaliyyətini təşkil edir ona rəhbərlik edir;

 

5.5.2. dövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanları ilə, hüquqi fiziki şəxslərlə münasibətlərdə Xidməti təmsil edir;

 

5.5.3. Xidmət rəisinin müavinləri arasında vəzifə bölgüsü aparır, habelə Xidmətin digər vəzifəli şəxslərinin qarşılıqlı fəaliyyətini təmin edir;

 

5.5.4. müəyyən edilmiş struktur, əməyin ödənişi fondu işçilərin say həddi daxilində Xidmətin strukturunu, ştat cədvəlini, gəlir xərclər smetasını təsdiq olunmaq üçün Agentliyə təqdim edir;

 

5.5.5. Agentliyin sədri tərəfindən təyin edilən Xidmət işçiləri istisna olmaqla, Xidmətin digər işçilərini Agentliyin sədri ilə razılaşdırmaqla vəzifəyə təyin vəzifədən azad edir, işçilərlə əmək müqavilələri bağlayır, onların fəaliyyətinə rəhbərlik edir, qanunda nəzərdə tutulmuş qaydada həvəsləndirmə intizam tənbehi tədbirləri görür;

 

5.5.6. Agentliyin sədri tərəfindən təyin edilən Xidmət işçiləri istisna olmaqla, Xidmətin digər dövlət qulluqçularına qanunla müəyyən edilmiş qaydada dövlət qulluğunun ixtisas dərəcələrini verir;

 

5.5.7. Xidmətin fəaliyyətinə dair əmr sərəncamlar verir onların, habelə Agentlik tərəfindən qəbul edilmiş normativ hüquqi aktların icrasını təşkil edir buna nəzarəti həyata keçirir;

 

5.5.8. Xidmətin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;

 

5.5.9. Xidmətin strukturunun fəaliyyətinin təkmilləşdirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi barədə Agentliyə təkliflər verir;

 

5.5.10. işçilərin peşə hazırlığı əlavə təhsili üçün zəruri tədbirlər görür;

 

5.5.11. vətəndaşların qəbulunu müraciətlərinə baxılmanı təmin edir;

 

5.5.12. Xidmətin fəaliyyəti barədə Agentliyə hesabat verir;

 

5.5.13. dövlət büdcəsindən ayrılan vəsaitin təyinatı üzrə xərclənməsini təmin edir, ayrılmış vəsaitin həddi nəzərə alınmaqla, Xidmət işçilərinin vəzifə maaşlarına əlavələrin, maddi yardım mükafatların verilməsini təmin edir.

 

Azərbaycan.-2024.- 30 iyul (¹ 159).- S.2.