Peru Respublikasının
Prezidenti Zati-aliləri
xanım Dina Ersilia Boluarte
Zeqarraya
Hörmətli xanım
Prezident,
Peru Respublikasının milli bayramı
– Müstəqillik Günü
münasibətilə Sizi
və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən
təbrik edirəm.
İnanıram ki, Azərbaycan-Peru
münasibətlərinin xalqlarımızın
mənafelərinə uyğun
olaraq dostluq məcrasında inkişafı,
həm ikitərəfli
qaydada, həm də çoxtərəfli
təsisatlar çərçivəsində
əməkdaşlığımızın
bundan sonra da davam etdirilməsi yolunda birgə səylər göstərəcəyik.
Belə bir əlamətdar gündə
Sizə möhkəm cansağlığı, xoşbəxtlik,
işlərinizdə uğurlar,
dost Peru xalqına daim
əmin-amanlıq və
firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
25 iyul 2024-cü il
Azərbaycan.-2024.- 30 iyul
(№ 159).- S.3.