Şirvanda
Milli Məclisə seçkilərdə polisin
xidməti fəaliyyətinə
həsr olunan seminar-müşavirə keçirilib
Bu il sentyabrın 1-nə təyin
edilmiş Milli Məclisə növbədənkənar
seçkilərlə əlaqədar
Mərkəzi Seçki
Komissiyasının Daxili
İşlər Nazirliyi
(DİN) ilə birgə
layihəsi çərçivəsində
Şirvanda seminar-müşavirə
keçirilib.
AZƏRTAC-ın bölgə
müxbiri xəbər
verir ki, Milli Məclisə seçkilərdə polisin
xidməti fəaliyyətinə
həsr olunan seminar-müşavirə Şirvan
Şəhər Gənclər
Mərkəzində keçirilib.
Tədbir Mərkəzi
Seçki Komissiyasının
üzvü Ramiz İbrahimov və Şirvan Şəhər Polis Şöbəsinin rəisi Füzuli Əhmədovun açılış
nitqləri ilə başlayıb.
Seminar-müşavirədə Mərkəzi Seçki Komissiyasının və Daxili İşlər Nazirliyinin nümayəndələri,
region üzrə 25 seçki dairəsi dairə seçki komissiyalarının sədrləri,
polis idarələri və şöbələrinin
nümayəndələri iştirak
ediblər. Tədbirdə
Milli Məclisə seçkilərin hazırlanıb
keçirilməsində, seçkiqabağı
təşviqat dövründə,
habelə səsvermə
günü və ondan sonrakı proseslərdə polis əməkdaşlarının qanunvericiliklə
müəyyənləşdirilmiş rol və vəzifələrindən
danışılıb.
Mərkəzi Seçki
Komissiyası üzvü
Tofiq Həsənov tədbirdə seçki subyektləri, onların hüquq və vəzifələri, seçki
subyektlərinin fəaliyyətinə
qanunsuz müdaxilənin
yolverilməzliyi mövzusunda
çıxış edib.
Daxili İşlər
Nazirliyinin Baş İctimai Təhlükəsizlik
İdarəsində idarə
rəisi Sənan Əliyev seçki kampaniyası dövründə
və seçkilərin
keçirildiyi gün
ictimai qaydanın təmin edilməsi ilə bağlı polis əməkdaşlarının
hüquq və vəzifələri, seçkidən
sonrakı dövrdə
seçki bülletenlərinin,
digər seçki sənədlərinin dairə
və Mərkəzi Seçki Komissiyasına gətirilməsi zamanı
təhlükəsizlik tədbirlərinin
görülməsi barədə
məlumat verib.
Sonda suallar cavablandırılıb.
Azərbaycan.-2024.-
30 iyul (№ 159).- S.6.