“Times of Oman” portalında
2-ci Şuşa Qlobal
Media Forumu barədə
məqalələr dərc
olunub
“Yalan məlumatların ifşası:
Dezinformasiyaya qarşı
mübarizə” mövzusunda
keçirilmiş 2-ci Şuşa
Qlobal Media Forumu hələ də dünya mediasının diqqət mərkəzindədir.
Forumun iştirakçıları
olan media nümayəndələri
bu mötəbər tədbirdə müzakirə
olunan aktual məsələlər, xüsusən
Prezident İlham Əliyevin
dünyada və bölgədə baş verən proseslər, ölkəmizlə bağlı
həqiqətlər, hazırda
medianın qarşısında
duran əsas çağırışlarla bağlı
fikirlərinə geniş
yer ayırırlar.
AZƏRTAC xəbər
verir ki, Omanın “Times of Oman” nəşri 2-ci Şuşa
Qlobal Media Forumu və dövlətimizin
başçısının tədbirin
açılışında iştirakçıların
suallarını cavablandırarkən səsləndirdiyi fikirlərə
geniş yer ayırıb.
“Times of Oman” nəşrində yayımlanan
məqalədə artıq
ikinci ildir təşkil olunan və geniş beynəlxalq auditoriyanı
əhatə edən Forumun, həmçinin
COP29 Sədrliyinin rəsmiləri
ilə görüşmək,
COP29-a hazırlıq məsələləri,
iqlim dəyişikliyinə
qarşı mübarizənin
dəstəklənməsi və
bir sıra aktual mövzularda ətraflı müzakirələr
aparmaq imkanı yaratdığı vurğulanıb.
Qeyd olunub ki, 50-dən çox ölkədən media nümayəndələrinin qatıldıqları
tədbirin açılış
mərasimində Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyev media mütəxəssislərinin
və ekspertlərin suallarını cavablandırıb,
ötənilki Forumdan
keçən müddətdə
regionda və dünyada baş verən hadisələr barədə fikirlərini
bölüşüb.
Məqalədə Prezident
İlham Əliyevin regionda təhlükəsizlik
məsələləri, işğaldan
azad edilən ərazilərdə həyata
keçirilən bərpa-yenidənqurma
işləri barədə
fikirlərindən sitat
gətirilib: “Yəni,
biz - bu regionun xalqları özümüzü təhlükəsiz
hiss edəcəyik. Buna əminəm, münaqişələr və
qarşıdurmalar keçmişdə
qalıb. Füzuli hava limanından buraya səfər edərkən siz gördünüz ki, biz nəhəng yenidənqurma proqramı həyata keçiririk və sizin gördükləriniz,
bəlkə bu işlərin heç beş faizi deyil. Qarabağ və Şərqi Zəngəzurda aparılan
bərpa işləri
ilə bağlı biz çox nikbinik və Azərbaycan cəmiyyəti
də olduqca nikbindir və bu işlərə çox həvəslə
yanaşır. Bu, hər bir ölkənin
müvəffəqiyyətə nail olması üçün əsas amildir. Burada rahatlıq və təhlükəsizlik vacib
amildir. Eyni zamanda, gözləntilər
vacibdir. Cəmiyyət
görür ki, uzun illər can atdığı məqsədlər artıq
reallığa çevrilibdir”.
Yazıda dövlətimizin
başçısının Azərbaycanın bərpaolunan
enerji sahəsində atılan addımlar, ölkəmizin zəngin yaşıl enerji potensialı barədə fikirlərinə də geniş yer verilib: “Biz ən
böyük Günəş
Elektrik Stansiyasını
- 230 meqavat gücündə
stansiyanı istifadəyə
verdik. İndi isə 240 meqavatlıq külək elektrik enerjisi stansiyası ilə bağlı işlər yekunlaşır
və tezliklə biz 240 meqavatlıq Günəş Elektrik Stansiyasının açılışını
edəcəyik. Birinci
layihə “Masdar” şirkəti, ikinci layihə isə “Acwa Power” şirkəti tərəfindən həyata
keçirilir. Üçüncüsü
isə BP tərəfindən
inşa ediləcək.
Yəni, bunlar dünyanın aparıcı
enerji şirkətləridir.
Bununla yanaşı, ötən ay Bakıda biz üç Günəş
və külək elektrik stansiyasının təməlini qoyduq, ümumi həcm bir qiqavatdır. Biz bu sahədə
çox böyük işlər görürük.
Böyük potensialımız
var, həm texniki, həm də iqtisadi potensialımız. Texniki baxımdan dənizdə külək enerjisi potensialı 157 qiqavatdır.
Beynəlxalq Maliyyə
Korporasiyasının hesablamalarına
görə, iqtisadi baxımdan quruda Günəş və külək stansiyalarının
potensialı, göstərir
ki, biz 27 qiqavat həcm istehsal edə bilərik, yəni, həcm böyükdür”.
Məqalədə Prezident
İlham Əliyevin media sənayesinin gələcəyi, bu sahədə süni intellektin rolu, o cümlədən süni
intellektlə bir sıra manipulyasiyalara, ciddi təhlükələrə
yol aça biləcəyi barədə
fikirlərinin böyük
maraqla qarşılandığı
qeyd olunub. “Zənnimcə, beynəlxalq
səviyyədə belə
bir mexanizm işlənib hazırlana bilər. Bu, heç bir halda söz azadlığının məhdudlaşdırılması
kimi qəbul olunmayacaq. Beynəlxalq səviyyədə, BMT səviyyəsində,
yaxud da “Böyük 20”lik tərəfindən təşəbbüslər
irəli sürülə
bilər ki, buna son qoyulsun.
Bu, çox ciddi bir təhdiddir
və təşəkkür
edirəm ki, siz bu mövzuya
toxunursunuz”, - deyə dövlətimizin başçısının
fikri oxucuların diqqətinə çatdırılıb.
Həmçinin qeyd
olunub ki, Forum çərçivəsində iki gün ərzində
“Təsirin qiymətləndirilməsi:
Dezinformasiyanın əhatə
dairəsini müəyyənləşdirmək”,
“Dezinformasiyaya qarşı
daha davamlı cəmiyyət qurmaq üçün siyasət
və təşəbbüslər”,
“Süni intellektin reallığa, mediaya və dezinformasiyaya təsiri: Media savadlılığının
təşviqi” və
“İqlim hərəkatı
və media” mövzularında müzakirələr
aparılıb.
Bildirilib ki,
50-yə yaxın ölkədən
150-dən çox xarici
qonağın, o cümlədən
30-a yaxın ölkənin
informasiya agentliyi, 3 beynəlxalq təşkilat
və 82 media qurumunun qatıldığı
Forum iştirakçılar üçün birgə müzakirə və hərəkət platforması
rolunu oynayır.
Qeyd edək ki, “Times of Oman”
portalında dərc olunan “COP29 nədir” sərlövhəli məqalədə
isə Azərbaycan bu ilin noyabrında
BMT-nin İqlim Dəyişmələri üzrə
Çərçivə Konvensiyasının
Tərəflər Konfransının
29-cu sessiyasına (COP29) ev
sahibliyi edəcəyi
vurğulanıb. Qeyd edilib ki, beynəlxalq
tədbirlərə ev
sahibliyi etmək sahəsində güclü
təcrübəyə malik
Azərbaycan COP29-un keçiriləcəyi
məkan kimi Bakı Stadionunu seçib. COP29 Sədrliyi
şəffaf, qərəzsiz
və inklüziv bir prosesi həyata
keçirmək məqsədilə
ambisiyaları artırmaq
və fəaliyyətə
imkan vermək üçün bir-birini gücləndirən iki sütuna əsaslanan plan hazırlayıb.
Bildirilib ki,
COP29 Sədrliyi tərəfindən
yaradılan və idarə olunan Yaşıl Zonanın iştirakçılara perspektivə
dair planlarını bildirmək üçün
dinamik forum təqdim edir. Bu, həm cari
yenilikləri, həm də iqlim dəyişikliyi
ilə mübarizə
üçün potensial
həlləri nümayiş
etdirən müzakirələr,
panellər və nümayişlər üçün
mərkəzdir. Burada
maraqlı tərəflər
innovativ həllərini
və iqlim problemlərinin həllinə
töhfələrini təqdim
etmək imkanı əldə edirlər. Onların ixtiraları, həll yolları və sahibkarlıq ruhu Azərbaycanın ev sahibliyi etdiyi
COP29-un uğuru üçün
çox vacibdir.
Azərbaycan.-2024.-
30 iyul (¹ 159).- S.6.