Makronun
Olimpiya rüsvayçılığı
Fransanın dövlət televiziyasının
təxribat planının
mətni Yelisey sarayında yazılıb
"Hər kəsə
məlumdur ki, Olimpiya Oyunları təkcə idman yarışı deyil, həm də xalqlar arasında münasibətlərin yaxşılaşdırılması
üçün bir fürsətdir. Oyunlar müxtəlif millətlərin
və mədəniyyətlərin
nümayəndələrini bir araya gətirir,
sülh, dostluq və həmrəylik ideallarını təbliğ
edir, diplomatiya və beynəlxalq əməkdaşlıq üçün
mühüm platformaya
çevrilir".
Bu sözləri
"Azərbaycan" qəzetinə
açıqlamasında Milli
Məclisin deputatı
Kamran Bayramov deyib. Deputat bildirib ki, Olimpiya
Oyunları, həmçinin
ayrı-seçkiliyin bütün
formalarına qarşı
mübarizə ideyalarını
təbliğ edir. Bu oyunlarda irqi,
milli, dini və ya cinsi
ayrı-seçkiliyin hər
hansı forması qadağandır. Beləliklə,
bu yarış təkcə idman tədbiri kimi deyil, həm də sülh və tolerantlığın
təbliği platforması
kimi çıxış
edir. Parisdəki Olimpiya Oyunlarının məqsədi də sülh və dostluq simvolunu təmsil etmək, siyasi və mədəni maneələri
aşmaq, dünyanı
idman və insan ruhunun bayramında
birləşdirməkdir: "Lakin Paris Olimpiya Oyunlarının açılış
mərasimi göstərdi
ki, tədbirin keçirildiyi ölkə
bu sülh, dostluq, həmrəylik və ayrı-seçkiliyin
bütün formalarına
qarşı mübarizə
prinsiplərindən uzaqdır.
Belə ki, Fransanın "France 2" telekanalının
canlı yayımında
şərhçilər Azərbaycanla
bağlı təxribat
xarakterli açıqlamalar
verdilər. "Ötən
il Ermənistan üçün matəm ili olub və
Qarabağın Azərbaycan
Ordusunun əlinə keçməsi ilə nəticələnib", - deyə
kanal şərhçiləri
deyiblər. Azərbaycanın
"Ermənistanla ərazi
münaqişəsində olan
Qafqaz respublikası"
kimi təqdim edilməsi fonunda şərhçi bildirib ki, Ermənistan tarixən fransızların
qəlbinə yaxın
ölkədir".
Müsahibimiz bildirib
ki, Fransa ermənilərə öz
sevgisini ənənəvi
və ya qeyri-ənənəvi formada
sübut etmək hüququna malikdir, amma Olimpiya Oyunlarının
açılış mərasiminin
canlı yayımında
Azərbaycana qarşı
təxribatçı və
yalanlarla dolu bəyanatlarla deyil. Bu təxribatçı bəyanatlardan məlum oldu ki, fransız
televiziya jurnalistləri
üçün mətnlər
məhz Yelisey sarayında yazılıb.
Fransa prezidenti Emmanuel Makronun Azərbaycanın erməni
separatizmi üzərində
qazandığı tarixi
qələbələrə acığı Fransa televiziya kanallarının
efirində səsləndirilir.
Maraqlıdır, Makron
öz şəxsi rüsvayçılığının həddini aşmaq üçün daha hansı alçaqlığa
əl ata bilər?!
K.Bayramov xatırladıb
ki, bu, Azərbaycan
ictimaiyyətinin haqlı
narazılığına səbəb
olub. Bir çox təşkilatlar,
o cümlədən də
Gənclər və İdman Nazirliyi ilə Milli Olimpiya Komitəsi Paris Olimpiadasında Azərbaycana
qarşı təxribatla
bağlı bəyanat
yayıb və Beynəlxalq Olimpiya Komitəsinə rəsmi etiraz məktubu göndərib. Məktubda
qeyd olunub ki, dövlət telekanalının Azərbaycana
qarşı bu cür hörmətsiz münasibəti Olimpiya Xartiyasının açıq-aşkar
pozulmasıdır. Bu cür təbliğat oyunların ruhuna zidd olmaqla yanaşı,
Azərbaycan və Ermənistan arasında sülh səylərini pozmağa xidmət edir. Buna görə
də BOK-dan Paris-2024 Olimpiadası zamanı idmanın siyasiləşdirilməsinə
qarşı qəti mövqe göstərilməsi,
açıq bəyanat
verməklə Fransa hökumətinə, Fransa
Milli Olimpiya və İdman Komitəsinə, eləcə
də adıçəkilən
telekanala etiraz bildirilməsi xahiş edilib. "O da qeyd edilməlidir ki, açılış mərasimi zamanı Olimpiya bayrağının
bayraq dirəyinə tərsinə asılması
rəmzi məna daşıdı. Təşkilatçılar
ilk günlərdən
karton çarpayılar,
paralon döşəklər,
yararsız mebellər,
qeyri-kafi qidalanma, şəxsi əşyaların
oğurlanması ilə
idmançılara hörmətsizlik
nümayiş etdirərək
Olimpiya prinsipləri ilə bağlı bütün təsəvvürləri
alt-üst etdilər.
Olimpiadanın
açılış mərasimində tamaşaçılar
tərəfindən Emmanuel Makronun fitə basılması isə
idmançıların, qonaqların və
tamaşaçıların ona münasibətinin zirvə
nöqtəsi oldu", - deyə o əlavə edib.
Hələ Olimpiada
başlamazdan əvvəl
ekspertlərin Fransa hakimiyyətinin bu irimiqyaslı tədbirə
hazırlığına şübhə
ilə yanaşdıqlarını
xatırladan deputat vurğulayıb ki, ümumiyyətlə, Paris Olimpiya
Oyunlarına evsahibliyi
etməyə hazır
deyildi və tədbirin açılış
mərasimi bunu açıq şəkildə
göstərdi. Makronun
Olimpiya rüsvayçılığı
bütün çılpaqlığı
ilə özünü
büruzə verdi. Çətin ki, onun Ermənistana olan sevgisi Parisi
bu rüsvayçılıqdan
xilas edə bilsin.
Əsmər
QARDAŞXANOVA,
Azərbaycan.-2024.-
30 iyul (№ 159).- S.7.