Fransa Olimpiya Oyunlarını rəzil siyasətinin alətinə çevirib

 

 

Fransa Prezidenti Emmanuel Makron onun rəhbərlik etdiyi hökumət hazırda ölkəsində keçirilən Paris-2024 Olimpiya Oyunlarını "sülh ümid anı" kimi təqdim etsə , baş verən hadisələr tamamilə bunun əksini deyir. Prezident Emmanuel Makron yarıtmaz siyasəti ilə Fransanı Azərbaycana qarşı düşmən dövlətə çevirib. Təəssüflər olsun ki, bu, özünü Olimpiya Oyunlarının rəsmi açılış mərasimində açıq şəkildə göstərib. Olimpiya Oyunlarının açılışının canlı yayımı zamanı Fransanın "Fr2" telekanalının efirində azərbaycanlı erməni idmançıların keçidi anında  təxribatçı ifadələr səsləndirilıb.

 

 

Açılışdan canlı yayım nümayiş etdirən "France 2" kanalının aparıcısı Ermənistan oyunçuları keçəndə bunları deyib: "Ermənistan, bizim erməni dostlarımız; tarixən fransızların qəlbinə yaxın olan ölkəErməni xalqı üçün Dağlıq Qarabağın Azərbaycan Ordusu tərəfindən süqutu ilə ağır bir il oldu…" Azərbaycanın milli olimpiada komandası keçəndə isə aparıcı Azərbaycanı "ərazi məsələsində Ermənistanla toqquşan Qafqaz respublikası" kimi təqdim edib. Bu, Fransa hakimiyyətinin siyasətinin eybəcər şəkildə Olimpiya kimi humanist, barışcıl hərəkata da köçürməsinin açıq-aydın göstəricisidir.

Dünya praktikasında idmanı siyasətə bulaşdırmaq cəhdləri qətiyyən qəbul edilmir. Ona görə ki, idman dağıdıcı deyil, birləşdiricidir, o, sülhə, əmin-amanlığa xidmət edir. Əsrlər boyu idman millətləri dövlətləri bir-birinə tanıdan,  yaxınlaşdıran  ən yaxşı vasitə hesab olunub. Amma hazırda özünü "demokratiyanın, söz azdlığının beşiyi" hesab edən,  Azərbaycanın beynəlxalaq aləmdə qazandığı uğurları həzm edə bilməyən, Ermənistan vasitəsilə Cənubi Qafqazda möhkəmlənməyə çalışan, bölgəni özünün biabırçı neokolonial təcrübələr meydanına çevirməyə can atan, bu niyyətlə erməni işğalçılarını müasir silahlarla silahlandırmaqda davam edən Makron Fransası bu adi həqiqəti hələ ya dərk etmir, ya da dərk etmək istəmir.

Olimpiya Oyunlarının tarixinə nəzər salanda görürük ki, bu mühüm tədbirin açılışlarında sülhə, müharibə münaqişələrə son qoyulmasına çağırışlar edilir. Yəni, olimpizmin əsas idealları həmişə Yer üzünün bütün sakinlərinin dinc yanaşı yaşaması, xalqlar arasında hörmət qarşılıqlı anlaşma, dinc cəmiyyətin yaradılması, insan ləyaqətinin qorunması, şəxsiyyətin hərtərəfli ahəngdar inkişafı uğrunda mübarizə olub. Paris isə Olimpiadada bu tarixi ənənələrə məhəl qoymadı, ona arxa çevirdi. Doğrudur, Fransa bütün siyasi dairələrdə İrəvanı dəstəkləyir, daim onun təəssübünü çəkir, qayğısına qalır. Bu, Fransanın öz işidir, bunu ona kimsə qadağan etmir. Amma Parisin Olimpiya hərəkatının humanizm prinsiplərinə zidd gedərək onun ümumbəşəri  prinsip dəyərlərinə əks addımlar atmağa heç bir mənəvi haqqı yoxdur.

Parisin ikrah doğuran bu addımı diqqətlərdən kənarda qalmayıb. Amerikalı politoloq beynəlxalq münasibətlər sahəsində ekspert Piter Teys bildirib ki, Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasiminin canlı yayımı zamanı Azərbaycan komandasının ünvanına təxribat xarakterli ifadələr işlətdiyi üçün Fransanın müvafiq orqanları tərəfindən "France 2" telekanalına sanksiya tətbiq edilməlidir. O, həmçinin bildirib ki, Parisdə təxribat xarakterli bəyanatlar müasir Avropa sivilizasiyasında yolverilməz olan dəhşətli presedentdir: "Azərbaycan bütün Avropa ölkələri ilə tərəfdaşlıq edir Parisdəki Olimpiadada Bakıya qarşı bu cür qızışdırıcı bəyanatlar bizi Avropanın orta əsrlər tarixinin ən qaranlıq günlərinə qaytarır". Politoloq onu da vurğulayıb ki, bu cür bəyanatlarla Fransa onsuz da sarsılmış imicini itirir.

Bakı Təşəbbüs Qrupu da Olimpiya Oyunları prinsiplərinin Paris-2024-də pozulmasına dair bəyanat yayıb. Bəyanatda deyilir: "Olimpiya Xartiyasında qeyd edilir ki, Olimpiya hərəkatının məqsədi insan ləyaqətinin qorunmasına xidmət edən dinc bir cəmiyyəti təşviq etmək üçün idmanı bəşəriyyətin harmonik inkişafına yönəltməkdir. Polineziya, Korsika, Melaneziya, Karib Antil adalar qrupundan olan müstəqillik uğrunda mübarizə aparan siyasi partiya hərəkat nümayəndələrindən əldə edilmiş məlumatlara əsasən, məşğulluq sektorunda mənzillərin əldə edilməsinə çıxışda ayrı-seçkilik, eləcə təbii sərvətlərin istismarı ya məsələn, Fransa hökumətinin himayəsi altında təşkil edilən kütləvi immiqrasiya halları qeydə alınmışdır".

Azərbaycan Gənclər İdman Nazirliyi ilə Milli Olimpiya Komitəsi Fransanın "France 2" telekanalında Olimpiya Oyunlarının açılış mərasiminin canlı yayımı zamanı Bakının ünvanına səsləndirilən fikirlərlə bağlı bəyanat yayıb Beynəlxalq Olimpiya Komitəsinə şikayət edib. Bəyanatda deyilir: "Bu, faktiki olaraq Olimpiya Xartiyasının əsas prinsiplərinin pozulmasıdır. Həmin prinsiplər son illərdə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının bir neçə qətnaməsi ilə, o cümlədən açıq şəkildə "Olimpiya Xartiyasının əsas prinsiplərinin etirafı" ilə tanınıb dəstəklənib. Xartiyada açıq şəkildə qeyd edilib ki, "BOK-un missiyası olimpizmi bütün dünyada təbliğ etmək, Olimpiya hərəkatına rəhbərlik etmək, idmana idmançılara qarşı hər hansı siyasi ya kommersiya istismarına qarşı çıxmaqdır".

Qərbi Azərbaycan İcması da Fransanın bu qərəzli hərəkətləri ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir ki, Olimpiadanın açılışı mərasimində milyardlarla insanın heysiyyətinə toxunan rəzalət nümayişlərini nəzərə alsaq, Fransa tərəfinin rasionallığı tamamilə şübhə altındadır: "Qərbi Azərbaycan İcması 2024-cü il Paris Olimpiadasında Azərbaycana qarşı yol verilmiş təxribatı sərt şəkildə qınayır Fransadan bu əməllərinə son verməyi tələb edir".

Ümumiyyətlə, müşahidəçilər qeyd edirlər ki, Paris Olimpiadasının açılış mərasimində millətləri dövlətləri bir-birinə tanıdan,  yaxınlaşdıran məqam olmayıb. Bütün bunlarla da Makron Fransası XXXIII Yay Olimpiya Oyunlarını  məkrli siyasətinə alət edib. İdmanı da siyasətə bulaşdırıb. Bununla da özünü beynəlxalq aləmdə bir daha biabır edib. Buna görə Yay Olimpiya Oyunları bu gün haqlı olaraq dünyanın tənqid hədəfinə çevrilib.

Lakin bütün bu xoşagəlməz hallar idmançılarımızın əzmkarlığına, mübarizələrinə mənfi təsir göstərməyəcək. Azərbaycan idmançıları həmişə olduğu kimi, bu dəfə parlaq çıxışları ilə yadda qalacaqlar. Çünki idmançılarımızın hədəfi Parisi fəth etmək, yarışlarda rəqiblərinə qalib gələrək üçrəngli bayrağımızı dalğalandırıb, himnimizi səsləndirməkdir! İnanırıq ki, Olumpiadada iştirak edən idmançılarımız ölkəmizin  şərəfini layiqincə qoruyacaq, qələbələri ilə Azərbaycan xalqını sevindirəcəklər.

 

 

 

Vahid MƏHƏRRƏMOV,

Azərbaycan.-2024.- 30 iyul (¹ 159).- S.7.