Gənclər
və İdman Nazirliyi ilə Milli Olimpiya Komitəsi Paris Olimpiadasında
Azərbaycana qarşı
təxribatla bağlı
bəyanat yayıb
İyulun 26-da Fransanın
paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının açılış mərasimində
Fransanın dövlətə
məxsus milli televiziyası olan France2 telekanalının müxbiri
Azərbaycan və Ermənistan idmançılarının
paraddan keçidi zamanı ayrı-seçkilik
nümayiş etdirərək
Azərbaycanı Ermənistanla
toqquşmalarda ittiham edib. Eyni zamanda
Ermənistanı Fransanın
dostu adlandırıb və qeyd edib
ki, bu il
erməni xalqı üçün “Dağlıq
Qarabağ”ın Azərbaycan ordusu tərəfindən süqutu
kimi yadda qalıb.
AZƏRTAC xəbər verir ki, bu
barədə Gənclər
və İdman Nazirliyi ilə Milli Olimpiya Komitəsinin Paris Olimpiadasında
Azərbaycana qarşı
təxribatla bağlı
bəyanatında bildirilib.
Bəyanatda, həmçinin
deyilir: “Bu, faktiki olaraq Olimpiya Xartiyasının Əsas Prinsiplərinin pozulmasıdır. Həmin
prinsiplər son illərdə Birləşmiş
Millətlər Təşkilatının
(BMT) Baş Assambleyasının
bir neçə qətnaməsi ilə, o cümlədən açıq
şəkildə “Olimpiya
Xartiyasının əsas
prinsiplərinin etirafı”
(A/RES/78/10) ilə tanınıb
və dəstəklənib.
Xartiyada açıq şəkildə qeyd edilib ki, “BOK-un missiyası olimpizmi bütün dünyada təbliğ etmək, Olimpiya Hərəkatına rəhbərlik
etmək, idmana və idmançılara qarşı hər hansı siyasi və ya kommersiya
istismarına qarşı
çıxmaqdır”.
Baş vermiş
halla bağlı Azərbaycan Respublikasının
Gənclər və İdman Nazirliyi və Milli Olimpiya
Komitəsi tərəfindən
Beynəlxalq Olimpiya Komitəsinə rəsmi olaraq etiraz məktubu
göndərilib. Məktubda
qeyd olunub ki, dövlət telekanalının Azərbaycana
qarşı bu cür hörmətsiz münasibəti Olimpiya Xartiyasının açıq-aşkar
pozulmasıdır. Bu cür təbliğat oyunların ruhuna zidd olmaqla yanaşı,
Azərbaycan və Ermənistan arasında sülh səylərini pozmağa xidmət edir. Buna görə
də BOK-dan Paris-2024 Olimpiadası zamanı idmanın siyasiləşdirilməsinə
qarşı qəti mövqe göstərilməsi,
açıq bəyanat
verməklə Fransa hökumətinə, Fransa
Milli Olimpiya və İdman Komitəsinə, eləcə
də adıçəkilən
telekanala etiraz bildirilməsi xahiş edilib”.
Azərbaycan.-2024.-
30 iyul (¹ 159).- S.7.