Bakı
Təşəbbüs Qrupu
heç bir ölkənin daxili işlərinə qarışmır
və fəaliyyətini
beynəlxalq normalar çərçivəsində qurur
Təəssüf ki,
Fransa bir sıra media orqanları kimi, TF1 telekanalı da Azərbaycana, habelə Bakı Təşəbbüs
Qrupuna (BTQ) qarşı
qərəzli və qeyri-obyektiv reportaj və məqalələr yayaraq izləyiciləri aldatmaqla məşğuldur.
Bu, həm də Fransanın kolonializm siyasətinə haqq qazandırmaq, eləcə də bu ölkədən müstəmləkəçilik siyasətindən əl çəkməyi tələb
edən Bakı Təşəbbüs Qrupunun
və digər vətəndaş cəmiyyəti
təşkilatlarının fəaliyyətini qaralamağa
hesablanıb. Sözügedən
videoreportaj xarici müdaxilə bəhanəsi
ilə Fransanın müstəmləkə altında
saxladığı ərazilərdəki
beynəlxalq hüququn
və fundamental insan hüquqlarının
kobud pozuntularını
ört-basdır etmək
cəhdidir.
AZƏRTAC xəbər verir ki, bu
fikirlər Bakı Təşəbbüs Qrupunun
İcraçı direktoru
Abbas Abbasovun Fransanın TF1 kanalında
efirə getmiş
"Xarici müdaxilələr:
Azərbaycan Fransada sabitliyi necə pozmağa çalışır"
adlı reportaja dair şərhində yer alıb.
A.Abbasov, həmçinin
bildirib: "TF1 kanalının
redaksiya heyətinə
yaxşı bəllidir
ki, beynəlxalq qeyri-hökumət təşkilatı
olan Bakı Təşəbbüs Qrupu
(BTQ) Qoşulmama Hərəkatının
2023-cü ildə Azərbaycanda
keçirilmiş nazirlər
toplantısı çərçivəsində
Fransanın kolonializm siyasətindən əziyyət
çəkən xalqların
nümayəndələri tərəfindən
yaradılıb və
təşkilatın İdarə
Heyətində məhz
Fransa müstəmləkəsindən
azad olmağa çalışan xalqların
seçdiyi rəsmi şəxslər yer alır.
Əsas missiyası
kolonializm və neokolonializm siyasətinin fəsadlarını dünya
ictimaiyyətinə çatdırmaq,
müstəmləkəçilikdən əziyyət çəkən
xalqlara apardıqları
ədalətli mübarizədə
beynəlxalq hüquq çərçivəsində dəstək göstərilməsindən
ibarət olan BTQ-nin bu ay
birilliyi qeyd edilir. Bir il
müddətin keçməsinə
rəğmən, BTQ tərəfindən
BMT-nin qərargahlarında
(Nyu-York (2 dəfə),
Cenevrə və Vyana), habelə dünyanın müxtəlif
ölkələrində 10-dan çox beynəlxalq konfrans təşkil edilib, tədbirlərin yekununda iştirakçılar
tərəfindən Fransanın
dövlət başçısına,
beynəlxalq təşkilatların
rəhbər şəxslərinə
rəsmi Paris tərəfindən
törədilən kolonial
və neokolonial cinayətlər haqqında
məlumatlar təqdim
olunub, müvafiq petisiyalara start verilib.
Bu xüsusda, cari ilin mayında
Yeni Kaledoniyada baş vermiş iğtişaşlarda BTQ-nin
rolunun vurğulanmasının
əvəzinə, Fransa
hökumətinin yerli
kanak xalqının
2021-ci il referendumunun nəticələrinin ləğvi
və səsvermə hüququna malik olan şəxslərin sayının qeyri-qanuni, məqsədli şəkildə
çoxaldılmasının dayandırılması ilə
bağlı yerli xalqın tələblərinə
məhəl qoyulmamasına
diqqətin cəlb edilməsi yaxşı olardı.
Bizim mübarizəmiz
konkret bir ölkəyə və ya hökumətə qarşı deyil, insanları öz müqəddəratını təyinetmə
hüququndan və azadlığından məhrum
edən müstəmləkə
sisteminə qarşıdır.
Biz istismar, təzyiq olmadan qarşılıqlı hörmətə
və əməkdaşlığa
əsaslanan beynəlxalq
münasibətlərin mümkünlüyünə
inanırıq.
BTQ-ni 14 min kilometr uzaqda iş aparmaqda ittiham edən Fransa mediası öz hökumətinə
sual verə bilər ki, Fransadan 17 min kilometr uzaqda yerləşən bu ərazilərin bu ölkəyə nə aidiyyəti var?
TF1 telekanalının BTQ-nin fəaliyyətinə qarşı qərəzli
mövqeyinin kökündə
TF1 Qrupun Ara Aprikiyan kimi erməniəsilli şəxslər
tərəfindən idarə
olunması faktı durur. Qeyd edək
ki, jurnalistika etikasını kobud şəkildə pozmağa
vərdiş edən fransız mediası bu dəfə də reportaj hazırlayarkən BTQ ilə
əlaqə saxlamayıb,
mövqeyimizi sorğu
etməyib.
BTQ heç bir
ölkənin daxili işlərinə qarışmır
və fəaliyyətini
beynəlxalq normalar çərçivəsində qurur. Təşkilatımız
müstəmləkəçilik siyasətindən zərər
çəkən xalqların
öz azadlıqlarından
və hüquqlarından
tam istifadə edə biləcəkləri
bir dünya naminə mübarizəni bundan sonra da
davam etdirəcəkdir".
Azərbaycan.-2024.-
30 iyul (№ 159).- S.8.