COP29 könüllülər
üçün mühüm
platformadır
BMT-nin İqlim
Dəyişmələri üzrə
Çərçivə Konvensiyasının
Tərəflər Konfransının
29-cu sessiyası (COP29) dünyada
olduqca əhəmiyyətli
bir tədbir hesab olunur. Təbiətin,
ətraf mühitin qorunması, yaşıllıqların
salınması, biomüxtəliflik,
"yaşıl enerji"
və sair prioritet sahələr
COP29-un əsas mövzularıdır.
Bu beynəlxalq tədbirin ölkəmizdə
keçirilməsi bütün
avantajları ilə bərabər gənclər
üçün də
geniş imkanlar yaradır. Həmçinin
gənclər arasında
beynəlxalq miqyasda birgə təşəbbüs
və əməkdaşlığın
vacibliyindən xəbər
verir.
Bu gün
iqlim dəyişikliyi ilə mübarizədə təkcə
hökumətlər və böyük şirkətlər
deyil, həm də gənclər fəallıq nümayiş
etdirirlər. Odur ki,
COP29 konfransının Azərbaycanda
keçirilməsi gənc
fəallar və liderlər üçün
qlobal iqlim siyasətinə töhfə
vermək üçün
mühüm platformadır.
Gənclərin belə
qlobal tədbirdə fəal iştirak etməsinin böyük önəmi var. Onlar iqlim dəyişikliyi ilə mübarizədə müasir
texnologiya və innovasiyaları təqdim etmək potensialına malikdirlər.
Gənclər COP-a yaradıcı
yanaşmaqla ənənəvi
metodlardan kənara çıxaraq, daha effektiv strategiyaların hazırlanmasına kömək
edə bilərlər.
Beləliklə də,
səslərinin eşidilməsi
və qlobal iqlim siyasətlərinə
inteqrasiya etmək üçün mükəmməl
fürsət qazanmış
olarlar. Bunlar COP29-un keçiriləcəyi
günlərdə baş
verəcək işlərin
anonsudur. Bu gün isə qlobal tədbirə hazırlıqlar vüsət
alıb. Hazırlıqlar
çərçivəsində gənclərin,
xüsusilə də könüllülərin fəallığı
qabarıq hiss olunur. Onlar tapşırılan
işləri, həll
edə biləcəkləri
məsələləri sevə-sevə
yerinə yetirirlər.
Qeyd edək ki, hələ may ayında könüllülərin
iştirakını təmin
etmək üçün
qeydiyyat prosesinə start verilmişdi. Konfransın təşkilati
işləri ilə bağlı zəruri əməliyyatların icrası
məqsədilə COP29 Azərbaycan
Əməliyyat Şirkətinin
fəaliyyəti çərçivəsində
həm yerli, həm də xarici vətəndaşların,
ümumilikdə isə minlərlə
könüllünün prosesə
cəlb olunması gözlənilirdi. Beləliklə,
COP29-a öz töhfəsini
vermək, eləcə
də təcrübə,
işgüzar vərdiş
və fərdi inkişafa yiyələnmək
niyyətində olan könüllü gənclər layihəyə
rahat və koordinasiyalı şəkildə
qoşulmağa başladılar.
Bir ay ərzində
platformaya müraciət
edən 16 min gəncin arasından yaşı ən azı 16 olan, habelə bilik və bacarıqlara, motivasiyaya, xarici dil bilgilərinə
və bu kimi müxtəlif meyarlara sahib 3000 könüllü
seçilib təlimlərə
cəlb edildi. Onu da bildirək
ki, daha öncə ölkəmizdə
keçirilən müxtəlif
irimiqyaslı tədbirlərdə
könüllülük proqramının
iştirakçısı olmuş
gənclər hazırda
COP29-un peşəkar komandasının
üzvləridir. Onların ötən
illər ərzində
ölkəmizin evsahibliyi
etdiyi irimiqyaslı tədbirlərin icrasında
olduğu kimi, qlobal-əhəmiyyətli COP29-un təşkilində də
mühüm rol oynayacağına heç
bir şübhə yoxdur.
Bəs gənclər
nə üçün
könüllü olurlar?
Onlar başqalarına
kömək etmək və cəmiyyətə fayda vermək, öz bacarıqlarını
yeni ortamda göstərmək, yeni dostlar taparaq əlaqələr qurmaq və özünə dəyər hissini inkişaf etdirmək üçün bu addımı atırlar. Deməli, əslində, dildə sadə səslənən "könüllü"
sözü özündə
bir sıra dərin mənaları ehtiva edir. Azərbaycanda
könüllülük fəaliyyətinin inkişaf
mərhələsində təkanverici
rolu 2009-cu ildə Milli Məclisin qəbul etdiyi "Könüllü fəaliyyət
haqqında" qanun təşkil edib. 10 maddədən ibarət bu geniş və əsaslı qanunla Azərbaycanda könüllülük
fəaliyyəti davamlı
inkişaf yoluna qədəm qoydu.
2013-cü ildə Azərbaycan
Respublikasının Prezidenti
yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) yanında aktiv və konstant könüllü təşkilat
olan ASAN Könüllüləri
Təşkilatı (AKT) yaradıldı.
Təsadüfi deyil ki, gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı
inkişafı üçün
səmərəli istifadə
etmək məqsədilə
2020-ci il Azərbaycanda
"Könüllülər ili" elan edilmişdi.
Tarixə nəzər
salanda könüllülük
prinsipinin ölkəmiz
üçün heç
də yeni bir termin, yeni
bir yanaşma olmadığını görürük.
İstər 1918-ci ildə
Azərbaycan Xalq Cümhuriyyətinin qurulması
ərəfəsində, istərsə
də ondan sonrakı SSRİ dövründə
azərbaycanlılar könüllülük
prinsipini yaymağa başlayıblar. SSRİ dövründə
minlərlə Azərbaycan
oğlu könüllü
olaraq müharibəyə
gedib, döyüşlərdə iştirak
edib, şücaət
göstərib və qəhrəmancasına həlak
olub. Ön və arxa cəbhələrdə
formalaşan briqadalarda
könüllü iştirak
edən, bu işə həvəslə,
eyni zamanda var gücü ilə yanaşanların sayəsində insanlar faşizm üzərində
qələbə sevincini
yaşayıblar. Müasir
Azərbaycanda isə
könüllülük sahəsində
real inkişaf Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından
sonra başlayıb. Elə buna görə
də könüllülük
hərəkatının nəzərəçarpacaq
yüksəlişi məhz
Ümummilli Liderimizin adı ilə bağlıdır. Belə
ki, dahi Öndərin idarəçiliyinin
ilk illərindən başlayaraq, hərtərəfli
və davamlı inkişaf məqsədilə
dövlət və özəl sektorlar, vətəndaş cəmiyyəti
arasında əməkdaşlıq
diqqət mərkəzində
saxlanıldı. Bu prosesə insanları könüllü şəkildə
cəlb etməyə,
onların sahə təcrübəsindən yararlanmağa
mühüm önəm
verildi.
Könüllülər
bu gün ölkəmizin
güclü dövlətə
çevrilməsində, insanların
rifahının getdikcə
yaxşılaşmasında mühüm rol oynayırlar.
2012-ci ildə 1 saylı
"ASAN kommunal" mərkəzinin
açılışında Prezident İlham Əliyev könüllülərin "ASAN xidmət"dəki rolunu
yüksək qiymətləndirmişdi:
"Əlbəttə ki, biz "ASAN xidmət"i
könüllülər hərəkatından
ayıra bilmərik. Bu da bir
yenilikdir. "ASAN" yaranana
qədər Azərbaycanda
könüllülər hərəkatı
olmamışdır. Biz
könüllülər haqqında
eşitmişdik. Ancaq:
"könüllülər hərəkatı nədir?"
- onu bilmirdik. Bu gün artıq
bu hərəkat Azərbaycanda yaşayır.
Mənə verilən
məlumata görə,
10 min gənc artıq könüllü
kimi "ASAN xidmət"
mərkəzlərində işləyib
və bu insanların bir çoxu bu gün müxtəlif
vəzifələrdə, müxtəlif
işlərdə ölkəmizin
gələcək inkişafı
üçün çalışırlar.
Hazırda bütün
bu mərkəzlərdə
700-dən çox könüllü
fəaliyyət göstərir".
Bir sözlə, könüllülük bir
çox fəaliyyət
sahələrinə nüfuz
edib və ümummilli hərəkat kimi özünü doğruldub. Gizli deyil ki, hazırda
könüllülük gənclərimizin
həyat tərzinə
çevrilib. Azərbaycanda
könüllülər hərəkatının
geniş intişar tapmasında və cəmiyyətdə daha çox oturuşmasında
könüllülərin "ASAN" xidmət sahəsinə nüfuz etməsi, burada fəaliyyət göstərməsi, vətəndaşlarımıza
dəstək, dayaq olması olub.
Ölkəmizin evsahibliyi
etdiyi "Eurovision-2012" mahnı müsabiqəsi,
2015-ci il I Avropa Oyunları, 2017-ci il IV İslam Həmrəyliyi Oyunları, "Formula -1" və
digər mötəbər,
irimiqyaslı tədbirlərə
on minlərlə könüllü cəlb olundu. Bu tədbirlərin
keçirilməsi nəticəsində
Azərbaycanın beynəlxalq
miqyasa çıxarılacaq
böyük potensiala malik, eyni zamanda
təcrübəli könüllü
bazası formalaşdı.
Müzəffər Ali
Baş Komandan İlham Əliyevin rəhbərliyi altında
şanlı ordumuzun
44 günlük Vətən
müharibəsində qazandığı
tarixi Zəfərdə
isə konüllülərin fəaliyyəti
insanı duyğulandırır. 44 gündə könüllülər, ümumilikdə gənclər
ön cəbhədə
döyüşməklə yanaşı, informasiya savaşında düşmən
yalanlarının ifşa
edilməsində və
arxa cəbhədə
müharibədən zərər
çəkənlərə qayğı göstərilməsində
fəal iştirak etdilər.
Gələk COP29-un könüllülük
prinsipinin əsaslarına.
Proqramın əsas məqsədləri dayanıqlılıq
səfirləri kimi çıxış edəcək
könüllülərin unikal
bacarıqlarının real
həllərin dəstəklənməsinə
yönəldilməsi, əməkdaşlıq
mədəniyyətinin təşviqi
üçün hər
səsin eşidildiyi,
hər töhfənin
qiymətləndirildiyi inklüziv
mühit təmin edilməsidir. Bu məqsədlə seçim
və təlimlər prosesi zamanı yüksək motivasiyalı
və müştərək
öhdəliklə bir
araya gələn gənclərdən ibarət
komanda formalaşdırılır
ki, bu da
tədbirin fəaliyyət
göstərdiyi günlərdə
olduqca gərəkli olacaq. Təlimlər könüllülərin İqlim
konfransına hazırlıq
mərhələsində hərtərəfli
məlumatlandırılmaları və səriştələrinin
artırılmasına xidmət
edir. Bu baxımdan COP29 Könüllülük
proqramı ölkənin
gələcək kadr
potensialının formalaşmasında
əhəmiyyətli rol
oynayır. Könüllülərin
müasir tələblərə
cavab verən fərqli sahələrdə
işləmək bacarıqlarının
inkişaf etdirilməsində
COP29 Könüllülük proqramı xüsusi əhəmiyyət kəsb
edir. Proqram çərçivəsində komanda ruhunun təşviqi, kollektivdə
işləmək və
ünsiyyət bacarıqlarının
təkmilləşdirilməsi məqsədilə müxtəlif
tədbirlərin təşkili
də nəzərdə
tutulmuşdur.
Azərbaycan könüllüləri
ölkəmizdə keçirilən
bütün beynəlxalq
tədbirlərdə, ölkə
xaricində və daxilində həyata keçirilən sosial, mədəni, ictimai-siyasi layihələrdə yaxından
iştirak edir. Könüllülərimizin dünyanın
digər ölkələrində
fəaliyyət göstərən
könüllülərindən heç də geridə qalmaması, əksinə, bir qədər də irəli getməsi göz önündədir.
Züleyxa ƏLİYEVA,
Azərbaycan.-2024.-
30 iyul (¹ 159).- S.11.