"Diri Baba" türbəsi abadlaşdırılır

 

 

Dövlət mühafizəsinə götürülmüş ölkə əhəmiyyətli memarlıq abidələrindən biri olan "Diri Baba" türbəsi Qobustan şəhərində, Bakı-Şamaxı magistral yolunun üstündə Azərbaycanın ən əsas turizm dəhlizlərindən biri olan şimal-qərb turizm marşrutunda yerləşir.

Şirvanşah hökmdarı I İbrahimin əmri ilə türbə 1402-ci ildə inşa olunub. Sufi şeyxlərindən birinin şərəfinə tikilən türbənin bir hissəsi qaya içərisində yerləşdiyindən Qafqazın ən nadir abidələrindən sayılır. İkimərtəbəli türbə, yaxınlığında yerləşən süni şəkildə yaradılmış bir neçə mağara kaha, eləcə   üzbəüz Orta əsrlərə aid qəbiristanlıq qədim türbə qalıqları birlikdə vahid bir kompleksdir.

Unikal abidələrdən hesab olunan "Diri Baba" türbəsi ətrafında turizm infrastrukturunun yaradılması üçün hələ iki il qabaq xeyli işlər həyata keçirilib. Türbəyə gedən yol ətraf abadlaşdırılıb, qurbangah inzibati bina inşa olunub. Dövlət Turizm Agentliyindən verilən məlumata görə, hazırda abidənin özünün bərpası ilə bağlı işlərə başlanılması planlaşdırılır. Bildirilib ki, bununla yanaşı, həm yaxınlıqdakı qəbiristanlıqda abadlaşdırmanın arxeoloji qazıntıların aparılması, həm abidənin ətrafında bir sıra abadlaşdırma işlərinin görülməsi planlaşdırılır: "İlkin mərhələdə "Diri Baba" türbəsinə turistlərin rahat gedib-gəlməsi, orada xoş istirahət keçirməsi üçün turizm infrastrukturunun qurulmasını təmin etmişdik, indi isə abidənin özünün bərpası üçün layihələndirmə işlərinə başlanılır".

Dövlət Turizm Agentliyinin məlumatında qeyd olunub ki, görüləcək işlər çərçivəsində ərazidə arxeoloji qazıntılar aparılacaq, abidəyə qalxan pilləkan, qəbiristanlıq ətrafındakı məhəccər, abidə qarşısında beton sahə, piyada yolu, abidənin üst hissəsində metal hasar, giriş hissədəki şlaqbaum təmir ediləcək.

Xatırladaq ki, Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyeva 2022-ci il avqustun 12-də Qobustan rayonunda "Diri Baba" türbəsində turizm infrastrukturunun yaradılması ilə bağlı aparılan yenidənqurma işləri ilə tanış olmuşdu. Yenidənqurma işləri çərçivəsində ərazidə bulaq, qurbangah söhbətgah tikilib, meydan döşəməsi yenilənib, türbəyə qalxan pilləkənlər üzlənib, ərazi abadlaşdırılaraq oturacaqlar quraşdırılmışdı. Həmçinin türbədə gecə işıqlandırılması təmin edilib, kommunikasiya xətləri qurulub yenilənib.

XV əsrə aid abidənin ayrılmaz tərkib hissəsi olan tarixi qəbiristanlığın ərazisində 40 qəbir tədqiq edilib annotasiyası hazırlanır. Qəbiristanlığın ərazisi abadlaşdırılıb, burada şeyxlərdən birinin türbəsi aşkar edilərək arxeoloji işlər aparılıb. Abidənin ətrafındakı 8 mağara tədqiq olunub, onlardan bir neçəsi turistlərin ziyarət edə bilməsi üçün təmizlənərək hazır vəziyyətə gətirilmişdi. Bu abidənin daş kitabəsi tədqiq edilərək rəqəmsal surəti çıxarılmışdı.

 

Zöhrə FƏRƏCOVA,

Azərbaycan.-2024.- 30 iyul (№ 159).- S.15.