Olimpiya
hərəkatında İlham
Əliyev modeli
1997-ci ilin iyulundan
Azərbaycanın Olimpiya
hərakatında başlanan
islahatlar, yeniliklər
MOK-un davamlı uğurları üçün
real zəmin yaratdı. Məhz bu tarixi
gün ərəfəsində
Fransada keçirilən
Yay Olimpiya Oyunlarında cüdoçumuz
Hidayət Heydərovun
fəxri kürsünün
ən yüksək zirvəsinə qalxması,
Parisdə Dövlət
himnimizi səsləndirməsi
Prezident İlham Əliyevin Azərbaycan idmanına, hər bir idmançıya göstərdiyi xüsusi diqqətin bariz təcəssümü oldu.
İdmanda yüksəliş
mərhələsi
Tarixə nəzər
yetirsək görərik
ki, bu uğurlara
elə də asan nail olunmayıb. Müstəqilliyinin
bərpasından sonra,
ötən əsrin
90-cı illərində Azərbaycanda
mövcud olan böhran bir çox sahələrin, o
cümlədən idmanın
inkişafına da mənfi təsir etmiş, idman dövlət qayğısından
kənarda qalmışdı.
Ulu Öndər
Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə
gəlməsi ilə idman sahəsi də ölkənin inkişaf istiqamətlərindən
birinə çevrildi.
Ümummilli Lider yaxşı bilirdi ki, ölkənin parlaq gələcəyi gənclər və idman siyasətinin düzgün yeridilməsi
ilə bağlıdır.
Odur ki, onun təməli vaxtında qoyulmalıdır. Buna görə də dahi liderin fərmanına
əsasən, 1994-cü ildə
Azərbaycanda Gənclər
və İdman Nazirliyi yaradıldı. Bu, Azərbaycanın müasir idman tarixinin başlanğıcı
oldu. Ardınca isə 1995-ci ildə Prezident yanında İdman Fondu yaradıldı.
Prezidentin imzaladığı
fərmanda qeyd edilirdi ki, bu
fondun yaradılmasında
məqsəd ölkə
əhalisi arasında sağlam həyat tərzinin təbliğ edilməsi və bədən tərbiyəsinin
maddi-texniki bazasının
inkişaf etdirilməsi,
bu sahəyə ümumxalq yardımının
təşkil olunması,
gənclərin idmana marağının artması,
Azərbaycan idmanının
beynəlxalq miqyasa çıxması üçün
real zəmin yaratmaqdır. Bu məqsədlə Prezident
Fondundan müstəsna
hal kimi İdman Fonduna
2 milyard manat məbləğində vəsait
ayrıldı. Bütün
bunlar Ulu Öndərin idmana nə qədər böyük önəm verdiyinin göstəricisi idi.
İlham Əliyevin
Prezident seçilməsindən
sonra isə Azərbaycanda idman sahəsi özünün
intibah dövrünə
qədəm qoydu. Bu gün dünyanın
mötəbər idman
yarışlarında, Olimpiya
Oyunlarında Azərbaycan
bayrağı yüksək
zirvələrdə dalğalanır.
Həmçinin paytaxt
Bakının ən nüfuzlu beynəlxalq yarışların təşkilinə,
yüksəksəviyyəli evsahibliyinə görə
Azərbaycan böyük
nüfuz qazanıb.
I Avropa Oyunlarının,
IV İslam Həmrəyliyi
Oyunlarının, XV Avropa
Gənclər Olimpiya Festivalının, futbol üzrə Avropa çempionatının final
mərhələsinin 4 qarşılaşmasının,
"Formula-1" Qran-prilərinin, müxtəlif idman növləri üzrə təşkil olunan dünya və qitə birinciliklərinin Azərbaycana həvalə
edilməsi son illər ölkəmizdə
bu sahədə görülən işlərə
verilən ən yüksək qiymətdir.
2022-ci ildə Azərbaycanda
Milli Olimpiya Komitəsinin (MOK) yaradılmasının
30 illiyi keçirildi.
Prezident İlham Əliyev MOK-un 30 illiyinin qeyd edilməsi haqqında sərəncam imzaladı.
Sənəddə qeyd
olunur ki, Milli Olimpiya Komitəsi təsis olunduğu vaxtdan ölkədə idmanın
dinamik inkişafı,
Olimpiya ideallarının
bərqərar olması
və təşviqi üçün məqsədyönlü,
ardıcıl fəaliyyət
göstərib. Ötən
müddət ərzində
Azərbaycanın idman
infrastrukturunun yenilənərək
ən müasir standartlara cavab verən səviyyəyə
gətirilməsində, idmanın
kütləviliyinin artırılmasında
və sağlam həyat tərzinin təbliğində Milli Olimpiya Komitəsinin mühüm xidmətləri
olmuşdur.
Xatırladaq ki,
sovet dövründə
idmançılarımız yalnız SSRİ-nin adı və bayrağı altında beynəlxalq idman yarışlarına qatılırdılar.
Ölkəsinin bayrağını
qaldırmaq, himnini səsləndirmək o dövrün
qalib Azərbaycan idmançısına nəsib
olmurdu. Müstəqillik
dövründə isə
vəziyyət tamam başqadır. Doğrudur,
ötən əsrin
90-cı illərinin əvvəllərində,
xaos və anarxiya dövründə idmançılarımız hətta
iştirak hüququ qazandıqları yarışlara
belə vəsait çatışmazlığından qatıla bilmirdilər.
1992-1997-ci illərdə MOK-un fəaliyyəti heç də istənilən səviyyədə
deyildi və qənaətbəxş sayıla
bilməzdi. Çünki
bu sahədə fəaliyyət planı lazımi səviyyədə
qurulmamışdı.
Əslində, həmin
dövrdə MOK qarşıda
duran ümdə vəzifələrin həyata
keçirilməsi üçün
kənarda qalmamalı,
aparıcı rol oynamalı idi. Təəssüf ki, MOK belə bir mövqe
tuta bilmədi, ümumən, qurumun fəaliyyətinin ilk beşilliyi dövründə
Milli Olimpiya Hərəkatında durğunluq
hökm sürdü. Belə bir vəziyyət
isə ölkə rəhbərliyini, idman ictimaiyyətini qane etmirdi. Çünki Olimpiya Oyunlarında yüksək nəticələr
göstərmək lazım
idi.
MOK-un 1997-ci il iyulun 31-də keçirilmiş
növbəti Baş Məclisində bütün
məsələlərin müzakirəsi
zamanı bəlli oldu ki, istedadlı
idmançılarımızın, məşqçi və mütəxəssislərimizin bir
qismi ölkədən
gedib, idmançıların
məşq və yarışlarda iştirakı,
onların sosial vəziyyəti acınacaqlı
haldadır. MOK-un nəinki beynəlxalq idman qurumları ilə, hətta ölkənin idman təşkilatları ilə
belə əlaqəsi
yox idi.
Bu vəziyyətlə
barışmayan Baş
Məclis MOK İcraiyyə
Komitəsinin yeni tərkibini seçdi. Səsvermə nəticəsində
həmin vaxt Azərbaycan Respublikası
Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Milli Məclisin deputatı olan İlham Əliyev MOK-un prezidenti seçildi.
Elə ilk günlər göstərdi
ki, MOK çox düzgün və qətiyyətli addım atıb. Komitə ilk növbədə mövcud durumu düzgün qiymətləndirməklə
idmanımızı dirçəltməyin
yollarını dəqiq
müəyyənləşdirib hərəkətə keçdi.
Olimpiya hərəkatının
real vəziyyəti öyrənildi, mövcud problemlər aşkara çıxarılaraq araşdırıldı.
İlham Əliyevin
rəhbərliyi altında
Milli Olimpiya Komitəsinin görməli
olduğu işlər
həddən artıq
çox idi. Bunların sırasında
beynəlxalq əlaqələrin
qurulması və genişləndirilməsi olduqca
böyük əhəmiyyət
kəsb edirdi. Qarşıya çıxan
bütün problemləri
bacarıqla həll edən İlham Əliyev Olimpiya hərəkatının məqsəd
və vəzifələrini,
fəaliyyət sisteminin
ardıcıl istiqamətlərini
də müəyyənləşdirdi.
Beləliklə, İlham
Əliyevin MOK-un prezidenti seçilməsindən
sonra ölkədə
bədən tərbiyəsi
və idman geniş vüsət aldı, respublikamız beynəlxalq Olimpiya hərəkatına qoşuldu,
bu sahədə sistemli şəkildə işlər görüldü.
Maddi-texniki bazanın
yaxşılaşdırılmasının
əsası qoyuldu
MOK-un fəaliyyətində
canlanma təkcə olimpizmin təbliği, idmançılarımızın olimpiadalarda iştirakını
təmin etməklə
bitmədi, həm də bu sahədə
maddi-texniki bazanın gücləndirilməsi sahəsini
əhatə etdi. Bununla da ölkədə
idmanın sürətli
inkişafını təmin
etmək və onun perspektivlərini genişləndirmək məqsədilə
mövcud maddi-texniki bazanın vəziyyətində
dönüşün əsası
qoyuldu. MOK 1999-cu ildən
öz obyektlərinin tikintisinə başladı
və artıq 2000-ci ilin oktyabrında Bakıda ilk Olimpiya kompleksinin açılış mərasimi
oldu. Bu sahədə paytaxtdan başlayan quruculuq bölgələrə
doğru istiqamətləndi.
Bölgələrdə Olimpiya
idman komplekslərinin tikilib istifadəyə verilməsi idman hərəkatının tərəqqisi
üçün çox
önəmli rol oynadı.
Bütövlükdə 2000-ci ildən indiyədək ölkədə 50-yə yaxın
Olimpiya İdman Kompleksi, həmçinin ixtisaslaşmış idman
qurğuları tikilib
istifadəyə verilib,
mövcud idman obyektləri yenidən qurulub. Paytaxtımızda ən müasir idman infrastrukturu mövcuddur. Əvvəlki
illərdə tikilən
komplekslər əsaslı
təmir olunub, eyni zamanda son
illərdə bir neçə böyük stadion, idman qurğusu inşa edilib. Təxminən 70 min tamaşaçı tutumuna malik olan Olimpiya stadionunu
xüsusi qeyd etmək lazımdır. Bundan əlavə, Milli Gimnastika Arenası, Su İdman Sarayı və Bakı Atıcılıq Mərkəzinin
tikintisi üçün
dövlət büdcəsindən
böyük vəsait
ayrılıb. Bunlarla
yanaşı, Bakıda
idman şəhərciyi
fəaliyyət göstərir.
İndi, demək olar ki, respublikamızın
bütün bölgələrində
Olimpiya kompleksləri fəaliyyət göstərir.
Azərbaycanın ucqar
rayonlarında müxtəlif
idman növləri ilə məşğul olmaq üçün mövcud şərait var.
Ümumilikdə son
illər ərzində
həm bölgələrdə,
həm də Bakıda idmanın inkişafına xüsusi diqqət yetirilməsi öz bəhrəsini verməkdədir.
Olimpiadalarda
medal yağışı
İdmana və
gənclərə göstərilən
qayğı çox keçmədi ki, öz bəhrəsini verdi. Atletlərimiz çıxış
etdikləri son 7 olimpiadada möhtəşəm
tarixi zəfərlərə
imza atdılar. Onları bir daha xatırladırıq.
1996-cı ildə ABŞ-də
keçirilən Atlanta
Olimpiadasında 23 idmançı
ilə təmsil olunan Azərbaycan 1 gümüş medalla
61-ci yeri tutmuşdu. İdmançılarımız arasında yeganə olaraq gümüş medalı 52 kq çəki dərəcəsində
yarışan sərbəst
güləşçimiz Namiq
Abdullayev qazanmışdı.
2000-ci ildə Sidneydə
31 idmançı ilə
təmsil olunan Azərbaycan 2 qızıl
və 1 bürünc medalla dünyada 34-cü yeri, Avropa ölkələri
arasında isə
23-cü yeri tutdu. Komandamıza ilk medalı qadınlar arasında stend atıcılığı yarışlarında
Zemfira Meftahəddinova
qazandırdı. Ölkəmizə
ikinci qızıl medalı Atlanta oyunlarının gümüş
mükafatçısı, güləşçi Namiq
Abdullayev gətirdi. Boksçu Vüqar Ələkbərov bürünc
medala sahib oldu.
21-ci minilliyin ilk
Olimpiya Oyunlarında -
"Afina-2004"də
12 idman növündə
38 idmançı ilə
təmsil olunan Azərbaycan milli komandası bu möhtəşəm yarışdan
vətənə 1 qızıl,
4 bürünc medalla qayıtdı. Yunan-Roma güləşi üzrə
66 kq çəki dərəcəsində 22 yaşlı
Fərid Mansurov fəxri kürsünün
ən yüksək pilləsinə qalxaraq qızıl, atıcılıq
üzrə yarışlarda
kiçikçaplı tapançadan
25 metr məsafəyə
atəş açmada
İradə Aşumova
və stend atıcılığı üzrə
təmsilçimiz, "Sidney-2000" Olimpiadasının qızıl
mükafatçısı Zemfira
Meftahəddinova Azərbaycan
yığmasının hesabına
iki bürünc medal yazdırdılar. Afinada yarımfinala yüksələn ilk Azərbaycan boksçusu Ağası Məmmədovun
çəki problemi onu bürünc medalla kifayətlənməyə
məcbur etdi. Ölkəmizin aktivinə
yazılan 4 bürünc
medaldan biri isə digər boksçumuz Fuad Aslanovun payına düşdü.
2008-ci ildə Pekində
təşkil edilən
Olimpiadada Azərbaycan
12 idman növündə
44 atletlə təmsil
olundu. Komandamız Olimpiya Oyunlarında ilk dəfə olaraq hər üç əyarda medallar qazandı. Ölkəmizə Olimpiya qızılını cüdoçumuz
Elnur Məmmədli
(73 kq) gətirdi. Gümüş medalı yunan-Roma güləşində
Rövşən Bayramov
(55 kq) qazandı. Sərbəst güləşçimiz
Xetaq Qazyumov (96 kq), qadın güləşində Mariya
Stadnik (48 kq), boksda Şahin İmranov (57 kq) və cüdoda Mövlud Mirəliyev (100 kq) bürünc medala layiq görüldülər.
Beləliklə, Pekində
keçirilən XXIX Yay
Olimpiya Oyunlarında Azərbaycan yığması
6 medalla
(1 qızıl, 1 gümüş,
4 bürünc) 204 ölkə
arasında medalların
sayına görə
27-ci, medalların növünə
görə isə
39-cu yeri tutdu.
2012-ci ildə London Olimpiya
Oyunlarında isə Azərbaycan idmançıları
9 medal (2 qızıl,
2 gümüş, 5 bürünc)
qazandılar. Bununla da 204 ölkə arasında 30-cu yerdə qərar tutan ölkəmiz medalların
ümumi sayına görə 25-ci oldu. İki qızıl, iki gümüş və beş bürünc əldə edən idmançılarımız
bu göstərici ilə Avropa ölkələri arasında
15-ci, MDB-də isə
5-ci yeri tutdular. Londonda Toğrul Əsgərov və Şərif Şərifov
qızıl, Rövşən
Bayramov və Mariya Stadnik gümüş medalların
sahibi oldular. Digər üç güləşçimiz Emin
Əhmədov, Yuliya Ratkeviç və Xetaq Qazyumov isə mübarizələrini
bürünc medalla başa vurdular. Digər iki bürünc medalları isə boksçularımız
Teymur Məmmədovla
Məhəmmədrəsul Məcidov
qazandılar.
2016-cı ildə Braziliyanın
Rio-de-Janeyro şəhərində təşkil
edilən XXXI Yay Olimpiya Oyunlarına Azərbaycan 56 idmançı
ilə qatıldı.
İlk dəfə rekord sayda - 18 medal
(1 qızıl, 7 gümüş,
10 bürünc) qazanıldı.
Dünyanın 207 ölkəsindən
11 mindən çox
idmançının iştirak
etdiyi turnirdə Azərbaycan medal sayına görə 87 mükafatçı dövlət
arasında 15-ci yeri tutaraq islam, türk və Qafqaz ölkələri arasında lider oldu.
Pəhləvanlarımız bu dəfə də 9 medal qazandılar. Güləş
yığmamızın aktivinə
3 gümüş medalı
pəhləvanlar (Mariya
Stadnik, Toğrul Əsgərov və Xetaq Qazyumov) əlavə etdilər. Digər 6 güləşçimiz
- Cəbrayıl Həsənov,
Rəsul Çunayev, Nataliya Sinişin, Sabah Şəriəti, Şərif Şərifov
və Hacı Əliyev isə çıxışlarını bürünc medalla başa vurdular. Cüdoçulardan Rüstəm
Orucov və Elmar Qasımov 4 illiyin zirvə yarışını gümüş
medalla başa vurdular.
Tarixində ilk
dəfə Olimpiya oyunlarında mükafat qazanan taekvondo üzrə Azərbaycan millisi "Rio-2016"da ən
yaxşılardan olub.
Braziliyaya 4 idmançı
ilə yollanan yığmamız okeanın
o tayında 3 medal əldə edib. Radik İsayev Azərbaycanın yeganə
qızıl medalının
sahibi olub. Milad Beiqi Harçeqani
və Patimat Abakarova bürünc medal qazandıqlarına sevindilər. Boksçulardan
Sotomayor Lorenzo gümüş, Kamran Şahsuvarlı bürünc
medala sahib oldular. Ölkəmizin hesabına daha bir gümüş medalı avarçəkmə
yarışlarında Valentin
Demyanenko, bürüncü
isə İnna Osipenko-Rodomskaya əlavə
etdi.
Pandemiya səbəbindən
bir il təxirə
salınan "Tokio-2020" Olimpiadasına 44 idmançı
ilə qatılan Azərbaycan komandası turniri 3 gümüş və 4 bürünc medalla başa vurub. Gümüş medalların 2-si karate, 1-i güləş, bürünc
mükafatlardan isə
2-si güləş, 1-i cüdo,
1-i boks yarışlarında
qazanılıb. Karateçilərimizdən
Rafael Ağayev (kumite, 75 kq) və İrina Zaretska (kumite, +61 kq) təkcə finalda uduzaraq gümüş medallara sahib olublar. Digər gümüş medalın sahibi sərbəst güləşçi
Hacı Əliyevdir. Yunan-Roma güləşçilərimizdən
Rafiq Hüseynov (77 kq) və qadın
güləşçimiz Mariya
Stadnik (50 kq) Olimpiadanı bürünc
medallarla başa vurdular. Ölkəmizin aktivinə digər bürünc medalları cüdoçu İrina Kindzerska (+78 kq) və boksçu Alfonso Domingez (81 kq) yazdırdılar.
Beləliklə, Azərbaycan
idmançıları qazandıqları
nəticələri təkrar
etmək, tutduqları
mövqeyi qoruyub saxlamaq və yaxşılaşdırmaq uğrunda
gərgin mübarizə
aparırlar. Müxtəlif
irimiqyaslı yarışlarda
idmançılarımızın qələbələri və
yeni gənc idmançılar nəslinin
aşkar olunan potensial imkanları ölkəmizin qarşıdakı
nüfuzlu yarışlarda
da yüksək nəticələr göstərərək,
əvvəlki mövqelərini
daha da yaxşılaşdıracağına
inam yaradır.
Bu gün Azərbaycan idmanı tarixinin çox şərəfli və tərəqqi dövrünü
yaşamaqdadır. Bütün
bu nailiyyətlər Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən
bu sahəyə göstərilən xüsusi
diqqət və qayğının bəhrəsidir.
Elçin CƏFƏROV,
Azərbaycan.-2024.-
31 iyul (¹ 160).- S.5.