Əhsən sənə, Hidayət!
Cüdoçumuz Hidayət Heydərov
Vətəndən uzaqdakı
qələbəsi ilə
doğma Azərbaycana
Azərbaycan boyda sevinc bəxş etdi!
Biz hamımız Avropa və Dünya çempionumuzun Olimpiya çempionu da olacağına qəlbən
inanırdıq!
Amma Azərbaycanla soyuq müharibə aparan Fransanın idmançısını
Fransanın paytaxtı
Parisdə məğlub
etməsi bir özgə qələbə,
bir özgə ləzzətdir!
Bəli, idman siyasəti sevmir, ondan kənardır.
İdman
güclərin sınandığı
meydandır!
Bu meydanda müxtəlif
dövlətlərin təmsilçiləri
qarşı-qarşıya gələrək
hamının gözü
qarşısında, müəyyən
edilmiş qaydalar çərçivəsində mübarizə aparırlar.
Azərbaycan belə mübarizəni
– açıq-aşkar, mövcud
qaydalar gözlənilməklə,
güclünün qələbəsi
ilə bitən mübarizəni sevir!
Çünki bu xüsusiyyət
xalqımızın xarakterindən
irəli gəlir:
* riyakarlıqdan;
* xəbislikdən;
* çoxüzlülükdən;
* arxadan kürəyə
bıçaq saplamaq kimi murdar əməllərdən
uzaq olan, mərdcəsinə aparılan
mübarizəni sevir!
İlham
Əliyevin MOK-un prezidenti
və dövlət başçısı kimi
yetişdirdiyi Azərbaycan
gəncləri işğalçı
Ermənistana da əvvəlcə idman meydanlarında, təmiz və aşkar qarşılaşmada qalib
gəldilər!
Sonra ləyaqətli müharibə
apararaq hərb meydanında düşməni
darmadağın etdilər!
* Bizə edilənlərin qisasını hərb meydanında aldılar!
* Otuzillik işğala hərb meydanında son qoydular!
İndi
isə Azərbaycan idmançısı bizə
düşmən münasibəti
bəsləyən ölkənin
paytaxtında, təkbətək
çarpışmada, dünyanın
gözü qarşısında
fransalı idmançının
kürəyini yerə
çırparaq təmiz
qələbə qazandı!
* Fransanın göbəyi sayılan Parisdə üçrəngli dövlət
bayrağımızı ucaltdı!
* Əzəmətli himnimizi
səsləndirdi!
* Qələbəmizin sonsuz
sevincini dünyaya yaydı!
Açılış mərasimində
ölkəmizə qarşı
atılan qərəzli,
riyakar və şərəfsiz addımların
cavabını şərəflə,
mərdliklə, kişi kimi verdi!
Bəli,
biz beləyik!
Dostlarla səmimi dostluq edirik.
Düşmənlərin cavabını isə hərtərəfli,
açıq-aşkar şəkildə
veririk!
İdman
arenası mərdlərin
açıq döyüş
meydanıdır!
Burada hər şey açıq və görünən olur!
Hətta
idmançılar bir-birilərinə
badalağı da açıq şəkildə,
qaydalar çərçivəsində
vururlar!
***
* Üzdə bir söz deyib, arxada başqa əməl törətmək!
* “Sülh fondu”ndan müharibə üçün
vəsait ayırmaq!
* Sülh danışıqlarını
dalana çəkmək!
* Qisasçılığı körükləmək
və revanşizmə
təhrik etmək!
* Öz xeyrinə görə günahsız
insanlara faciələr,
bədbəxtliklər yaşatmaq!
Bütün bunlar “siyasət”dir,
idman deyil!
Amma siyasətin də, siyasətçilərin də
mərdi və namərdi olur!
Açılış mərasimində bostanımıza
daş atmışdılar.
O daşı götürüb
tatamidə mədəni
qaydada özlərinə
qaytardıq!
Bunu İlham Əliyevin yetişdirdiyi milyonlarla gənclərdən biri olan Hidayət Heydərov etdi!
Əhsən sənə, Hidayət!
***
Fransa evsahibliyi
etdiyi XXXIII Yay Olimpiya Oyunlarını elə ilk günlərdən
siyasət meydanına,
siyasi ambisiyalarının
nümayişi meydanına
çevirdi.
Açılış mərasimində
“France-2” telekanalı “kiçik
bacıları” hesab etdikləri hayların müdafiəsinə qalxdılar…
Həm də hamının bildiyi həqiqətləri
utanmadan təhrif etməklə:
“Ötən il Ermənistan üçün
matəm ili olub”…
“Qarabağ Azərbaycan Ordusunun əlinə keçib”…
“Ermənistanla ərazi münaqişəsində olan
Qafqaz respublikası” kimi sərsəmləmələr
etməklə!
Təbii, Azərbaycan öz etirazını rəsmi şəkildə bildirdi!
Lakin təkbətək mübarizədə də Fransanı başa salıb yerini göstərməli idi!
Fransa xristian dini müqəddəslərini parodiya edərək lağa qoya bilər!
* Demokratiyadır!
* Öz işidir!
Sonra həmin süjeti saytından da silər!
Azərbaycanla isə hörmətlə davranmalıdır!
Çünki Azərbaycan arxasında törədilən hər bir təxribata belə açıq meydanda layiqli cavab verməyi gözəl bacarır!
Necə
ki tatamidə sübuta yetirdi!
Bəli,
Azərbaycan Fransaya elə Fransada qalib gəldi!
Bəxtiyar SADIQOV
Azərbaycan .- 2024.- 31 iyul (¹ 160).-
S.4.