Sumqayıt
Kimya Sənaye Parkının ərazisinin
genişləndirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, “Dəniz suyunun duzsuzlaşdırılması yolu
ilə içməli
su istehsalı sahəsində pilot layihənin həyata keçirilməsi tədbirləri
haqqında” Azərbaycan
Respublikası Prezidentinin
2023-cü il 12 aprel tarixli 3843 nömrəli Sərəncamının icrası
ilə əlaqədar
qərara alıram:
1. Azərbaycan Respublikasının
Nazirlər Kabineti:
1.1. Sumqayıt Kimya
Sənaye Parkının
ərazisinin genişləndirilməsi
məqsədilə Sumqayıt
şəhərinin inzibati
ərazisində yerləşən
və bu Sərəncama əlavə
olunan Azərbaycan Respublikası İqtisadiyyat
Nazirliyinin tərtib etdiyi yerquruluşu planlarında göstərilmiş,
dövlət mülkiyyətinə
aid 29,63 hektar (Azərbaycan Respublikası
Dövlət Neft Şirkətinin “Azərikimya”
İstehsalat Birliyinin istifadəsində olan
26,86 hektar və həmin torpaq sahəsinə bitişik
2,77 hektar) torpaq sahəsinin icarəyə vermək hüququ ilə həmin Nazirliyin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin
istifadəsinə verilməsi
ilə bağlı iki ay müddətində
tədbirlər görüb
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.2. bu Sərəncamdan
irəli gələn digər məsələləri
həll etsin.
2. Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyi,
Azərbaycan Respublikasının
Dövlət Neft Şirkəti və Sumqayıt Şəhər
İcra Hakimiyyəti bu Sərəncamdan irəli gələn məsələlərin həlli
üçün zəruri
tədbirlər görsünlər.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
30 iyul 2024-cü il
Azərbaycan.-2024.-
31 iyul (№ 160).- S.2.