Mərakeşin
Kralı Əlahəzrət
VI Məhəmmədə
Əlahəzrət,
Əziz Qardaşım,
Mərakeş Krallığının
milli bayramı münasibətilə Sizə
və Sizin simanızda qardaş xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi və xoş arzularımı çatdırmaqdan məmnunluq
duyuram.
Biz xoş ənənələrə əsaslanan
Azərbaycan-Mərakeş dostluq
və əməkdaşlıq
münasibətlərinin inkişaf
etdirilməsinə böyük
əhəmiyyət veririk.
Əminəm ki, xalqlarımızın rifahı
naminə dövlətlərarası
əlaqələrimizin daha
da möhkəmləndirilməsi,
qarşılıqlı maraq
doğuran sahələrdə
əməkdaşlığımızın
genişləndirilməsi yolunda
birgə səylərimizi
bundan sonra da davam etdirəcəyik.
Belə bir əlamətdar gündə
Sizə möhkəm cansağlığı, xoşbəxtlik,
işlərinizdə müvəffəqiyyətlər,
qardaş xalqınıza
daim əmin-amanlıq
və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
27 iyul 2024-cü il
Azərbaycan.-2024.-
31 iyul (№ 160).- S.2.