Baş nazir Əli Əsədov Tehranda İranın yeni təyin olunmuş Birinci vitse-prezidenti ilə görüşüb

 

 

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 30-da Tehranda İran İslam Respublikasının yeni təyin olunmuş Birinci vitse-prezidenti Məhəmməd Reza Areflə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən "Azərbaycan" qəzetinə bildiriblər ki, Əli Əsədov Məhəmməd Reza Arefi İranın Birinci vitse-prezidenti vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.

Görüşdə iki dövlət arasında tarixi köklərə əsaslanan münasibətlərin hazırkı dönəmdə ticarət-iqtisadi, nəqliyyat, enerji, humanitar bir çox digər sahələrdə inkişafından məmnunluq ifadə olunub.

Azərbaycan-İran əməkdaşlığının müxtəlif istiqamətlərdə genişləndirilməsi, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.

 

Azərbaycan.-2024.- 31 iyul (№ 160).- S.3.