Fransalı jurnalist: "Olimpiadadakı təxribat Fransa hökuməti ilə erməni millətçilər arasındakı sıx koalisiyanın tərənnümüdür"

 

 

"Olimpiya Oyunlarının açılış mərasimində azərbaycanlı erməni idmançıların keçidi zamanı jurnalistin təxribatçı ifadələri Fransa hökuməti ilə erməni millətçiləri arasındakı sıx koalisiyanın tərənnümüdür".

Bunu ölkənin "Musulmansenfrance" portalının təsisçisi, jurnalist-rejissor Jan Mişel Brən (Jean-Michel Brun) Fransanın "Fr2" telekanalında azərbaycanlı erməni idmançıların keçidi zamanı işlətdiyi təxribatçı ifadələrə münasibətini bildirərkən deyib.

O bildirib ki, "Fr2" telekanalının jurnalisti Loran Delaus Laurent Delahousse ona öyrədilən dərsi təkrarlayır.

"Belə ki, Fransa hökuməti ilə erməni millətçiləri arasında sıx bir koalisiya var. Fransa hökuməti ilə Ara Toranyan Murad Papazyanın təmsil etdiyi " Daşnaksütyun" partiyası arasında olan bu həmrəylik ölkənin siyasi dairələrinin mühüm bir hissəsində ermənipərəst ab-hava yaradıb. Halbuki ermənilərin özləri, hətta demək olar ki, əksəriyyəti bu ifratçı erməni partiyasının ideyalarını dəstəkləmirlər", - J.Brən bildirib.

 

Azərbaycan.-2024.- 31 iyul (№ 160).- S.4.