Mərakeş
Azərbaycanın etibarlı
tərəfdaşıdır
Hər dəfə
ərəb şərqindən
söhbət düşəndə
gözlərimiz önündə
canlanan ilk ölkələrdən biri
füsunkar gözəlliklərə
malik Mərakeş olur. Qədim zəngin mədəniyyətə
və tarixə malik olan bu
diyar özünün
iqtisadi, tranzit ticarəti, geostrateji əhəmiyyətinə görə
mühüm regionda yerləşir. Bu ölkə tarix və memarlıq, etnoqrafik turizm həvəskarları və
rəngarəng suvenir
kolleksiyaçıları üçün
böyük maraq doğurur.
Hər il özünün Milli bayramı olan - Taxt-Tac Gününü qeyd edən Mərakeş xalqı yeni-yeni uğurlara imza atır. Son illər bu ölkə qitənin ən inkişaf etmiş dövlətlərindən birinə
çevrilib. Qlobal iqtisadiyyatın XXI əsrdə
inkişaf etməsi üçün bəşəriyyətə
firavan Afrika lazımdır. Qitə ölkələri arasında
Mərakeş yaxşı
inkişaf etmiş sənayesi olan bir kənd təsərrüfatı
ölkəsidir. Ölkənin
əsas mineral ehtiyatları fosforitlərdir.
Onun istehsalına görə bu ölkə dünyada
3-cü və ixracatına
görə 1-ci yerdədir.
Xarici ticarət inkişafına görə
yaxşı nəticələr
göstərir. Ötən
il ixracat məhsullarının həcmi
17 milyard dollara yaxın olub. Əsas ixrac olunan məhsullar sırasında toxuculuq malları, balıq məhsulları və fosfat süxurları var.
İdxala gəlincə,
Mərakeş əsasən
xaricdən neft, telekommunikasiya avadanlıqları,
buğda, təbii qaz və elektrik
enerjisi alır. Əsas tərəfdaşları
Çin, İtaliya, İspaniya, Almaniya, ABŞ
və Səudiyyə Ərəbistanıdır.
Ölkənin beynəlxalq
valyuta ehtiyatları ötən ilin ortalarında 35 milyard dollardan çox olmuşdur. Ümumdaxili məhsulun böyük hissəsi xidmət sektorunun payına düşür ki, bu da büdcəyə
təxminən 52 faiz gəlir gətirir. Gəlirlərin təxminən
33 faizi sənayenin, 15
faizi isə kənd təsərrüfatının
payına düşür.
Yerli əhalinin
təxminən 44 faizi
kənd təsərrüfatı
sahələrində çalışır.
Burada hər il dənli, paxlalı bitkilər, şəkər çuğunduru
becərilir. Ümumilikdə
ildə 6 milyon tonadək kartof, pomidor və buğda yetişdirilir ki, bu da
əhalinin məişət
ehtiyaclarını ödəyir.
Müasir Mərakeş
sənayesinin əsas sahəsi dağ-mədən
strukturudur. Mərakeş
bütün ərəb
ölkələri arasında
dördüncü ən
yaxşı iqtisadiyyata
malikdir. Mərakeşdə
ölkəyə investisiya
cəlb etmək üçün yaxşı
şərait yaradılıb.
Krallıq dünyanın
bir çox aparıcı şirkətlərini
regionda biznes açmağa cəlb edən iqtisadi siyasət yürüdür.
Onun coğrafi mövqeyi Qərb və Afrika, eləcə də Yaxın Şərq və ABŞ arasında körpü rolunu oynayır.
Eyni zamanda Mərakeş dünyanın
aparıcı turizm diyarlarından biridir. Ölkədə iqtisadi fəaliyyətin 7 faizini turizm təşkil edir. Bu sahədə
yarım milyondan çox insan çalışır. Təsadüfi
deyil ki, Mərakeş Afrikanın ən inkişaf etmiş turizm bazalarından biridir.
Azərbaycan və
Mərakeş xalqları
arasında əlaqələr
orta əsrlərə
gedib çıxır.
Lakin bu iki xalq arasında
keyfiyyətcə yeni mərhələ Azərbaycanın
dövlət müstəqilliyi
qazanmasından sonra baş verdi. Mərakeş Krallığı
Azərbaycanın dövlət
müstəqilliyini 1991-ci il
dekabrın 30-da tanıyıb,
ölkələrimiz arasında
diplomatik əlaqələr
isə 1992-ci il avqustun 25-də qurulub və iki ölkə
arasında münasibətlərin
əsası qoyulub. Azərbaycan tarixi dostluq əlaqələri olan Mərakeşlə münasibətlərin inkişaf
etdirilməsinə böyük
önəm verir. Hər iki ölkəni
bir-birilə yaxınlaşdıran
bir sıra amillər var. Belə ki, Azərbaycan
tarixən Şərq
ilə Qərb arasında körpü rolu oynayıb. Mərakeş də iki qitənin qovşağında, okean və dəniz sahilində geostrateji bir məkanda yerləşməklə mühüm
əhəmiyyət kəsb
edir.
İlk dəfə
2006-cı ilin sentyabrında
Mərakeşdə Azərbaycan
səfirliyi açılıb.
Bunun ardınca 2008-ci ilin noyabrında Bakıda Mərakeş səfirliyi fəaliyyətə
başlayıb. İki
ölkə arasında
siyasi, iqtisadi, mədəni və sosial münasibətləri
tənzimləyən 100-dən çox sənəd imzalanıb. Xüsusi vurğulamaq lazımdır
ki, ikitərəfli əlaqələrin hazırkı
səviyyəsi Azərbaycan
Prezidenti
İlham Əliyev
və Mərakeş Kralı VI Məhəmməd
arasında mövcud olan dostluq və
qardaşlıq münasibətlərinin
təzahürüdür.
Azərbaycan və
Mərakeş öz regionlarının mühüm
aktorlarıdır. Rəsmi
Rabatın fikrincə,
Mərakeş Azərbaycanı
regionda mühüm tərəfdaş kimi görür. BMT, İƏT və
Qoşulmama Hərəkatı
kimi çoxtərəfli
platformalarda həyata keçirilən təmaslar
və bu platformalarda dövlətlərin
bir-birinin mövqelərini
dəstəkləməsi ikitərəfli
münasibətlərdə mühüm rol oynayır.
İki ölkə
arasında mühüm
məsələlərdə qarşılıqlı dəstəyin
mövcud olmasını
hər iki ölkə rəhbərliyi
razılıqla qarşılayır.
Azərbaycan və Mərakeş ərazi bütövlüyü və
suverenlik məsələlərində
bir-birini həmişə
dəstəkləmişdir.
Həmçinin iki
ölkə parlamentləri
arasında münasibətlər
getdikcə inkişaf edir. Milli Məclisin
sədri Sahibə Qafarova 2023-cü il dekabrın 15-də Mərakeş
Krallığına ilk
rəsmi səfəri
çərçivəsində Mərakeş Krallığının
Baş naziri Aziz Axanuş ilə görüşüb.
Hər iki ölkənin parlamentində
qarşı tərəflə
dostluq qrupları fəaliyyət göstərir.
2023-cü il oktyabrın
2-də Mərakeş parlamentinin
Mərakeş-Azərbaycan dostluq
qrupunun rəhbəri Bakıda səfərdə
olub. O, Milli Məclisdə Azərbaycanlı
həmkarları ilə
səmərəli müzakirələr
aparıb.
İki ölkə
arasında bir çox istiqamətlərdə,
o cümlədən ailə
və sosial məsələlər sahəsində
əlaqələrin möhkəmləndirilməsi
və şaxələndirilməsi
üçün səylər
artırılır. Ötən
il Qoşulmama Hərəkatına üzv
dövlətlərin sosial
sahəyə məsul
nazirlərinin Bakıda
keçirilən konfransında
Azərbaycanın təşəbbüsü
ilə hərəkatın
"Qadın qolu"nun
yaradılması barədə
bəyannamə qəbul
olundu. Bu il iyunun 25-də isə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri B.Muradova Mərakeş Krallığının paytaxtı
Rabat şəhərində
keçirilən "Qayğı
iqtisadiyyatı və sosial müdafiə: Qadınların səlahiyyətləndirilməsi,
iş imkanları və rifahının təmin edilməsinin əsasları" mövzusunda
I Beynəlxalq Konfransda
iştirak etdi.
Son illər iki ölkə arasında iqtisadi əlaqələr dinamik inkişaf etməkdədir.
Keçən il noyabrın 14-də Rabatda keçirilən I Azərbaycan-Mərakeş
Biznes Forumu çərçivəsində Azərbaycanın İqtisadiyyat
Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı
Agentliyi (KOBİA), eləcə
də İxracın və İnvestisiyaların
Təşviqi Agentliyi
(AZPROMO) ilə Mərakeşin
müvafiq qurumları
arasında anlaşma memorandumları imzalandı.
Hər iki tərəfin qənaətinə
görə, biznes-forum
qarşılıqlı faydalı
imkanların araşdırılmasında
mühüm mərhələ
olacaqdır.
İki ölkə
hökumətləri arasında
gəlirlərə görə
vergilərə münasibətdə
ikiqat vergitutmanın aradan qaldırılması
və vergidən yayınmanın qarşısının
alınması haqqında"
konvensiya fəaliyyət
göstərir. Bu razılaşmaya görə
iqtisadi əməkdaşlığın
daha da gücləndirilməsi
nəzərdə tutulur.
Tərəflər belə
bir yekdil fikrə gəliblər ki, qarşılıqlı
iqtisadi əməkdaşlığın
inkişafı üçün
imkanlar genişdir.
Siyasi və iqtisadi münasibətlərin
normal məcrada inkişafı hər iki ölkənin mədəni cəhətdən
yaxınlaşmasına müsbət
təsir göstərir.
Son illər Azərbaycanda Mərakeş
mədəniyyət günlərinin
keçirilməsi müntəzəm
hal almışdır.
Belə ki, Şuşa Şəhəri
Dövlət Qoruğu
İdarəsinin təşkilatçılığı
ilə bu il iyunun 6-7-də Mərakeş Krallığının
Rabat şəhərində
"Şuşa günləri"
keçirilmişdir. İslam
dünyasının 2024-cü il üçün mədəniyyət paytaxtı
seçilmiş tarixi
Şuşa şəhərində
gerçəkləşdirilən layilələr, həyata keçirilən mədəni
tədbir proqramları
haqqında məlumatlar
və sərgilər Rabat sakinlərinin böyük marağına
səbəb olmuşdur.
Mərakeş ictimaiyyətinin
dəstəyi ilə hazırda bu ölkədə Mərakeş-Azərbaycan
Dostluq Cəmiyyəti
fəaliyyət göstərir.
Bu qurum çərçivəsində vaxtaşırı olaraq mədəni-kütləvi tədbirlər
həyata keçirilir.
İki ölkənin mədəniyyət nazirlikləri
arasında da əlaqələr müntəzəm
xarakter alıb.
Azərbaycan və
Mərakeş arasında
məsafə böyük
olmasına baxmayaraq, onların regionda yeritdiyi siyasət və beynəlxalq problemlərə münasibətləri
bir-birinə çox bənzəyir. Hər iki ölkə özünün tolerantlığı
ilə dünya ölkələrinə nümunə
ola bilər. Hər iki qardaş
ölkənin sürətli
inkişafı üçün
daxili potensialı kifayət qədərdir. Yetər ki, Şimal-Qərbi Afrikada və Cənubi Qafqazda sülh olsun, dinc əməkdaşlıq
genişlənsin.
Atamoğlan MƏMMƏDLİ,
BDU-nun dosenti