Azərbaycanın Dayanıqlı Yaşıl Tikinti Bəyannaməsiimzalanıb

 

 

Azərbaycanın Dayanıqlı Yaşıl Tikinti Bəyannaməsiimzalanıb. İmzalanma COP29-a hazırlıq çərçivəsində keçirilənAzərbaycanda Yaşıl Tikintitədbirində baş tutub.

Bəyannaməni COP29 Təşkilat Komitəsinin bir neçə üzvü Azərbaycanda fəaliyyət göstərən bir neçə tikinti şirkətinin rəhbərləri imzalayıblar.

Bəyannamənin məqsədi tikinti şirkətlərinin emissiyaların azaldılması məsuliyyətini dərk etdiyini göstərməsidir. Bəyannamə bu istiqamətdə atılan addımın ilk mərhələsidir. Daha sonra isə məsuliyyəti dərk etmək mərhələsindən əməli fəaliyyətə keçid olacaq.

Qeyd edək ki, Azərbaycanın Dayanıqlı Yaşıl Tikinti rəhbərlərinin dəyirmi masa müzakirəsi keçirilir. Azərbaycanın Dayanıqlı Yaşıl Tikinti Rəhbərlərinin Dəyirmi Masa Müzakirəsi baş icraçı direktorlar, nazirlər, BƏƏ-nin tikinti şirkətləri, COP29-un prezidenti BMT-nin COP29 üzrə yüksək səviyyəli çempionu daxil olmaqla, Azərbaycanın aparıcı sənaye liderlərinin xüsusi yüksək səviyyəli görüşüdür.

Bu unikal tədbir çağırışları müzakirə etmək, imkanları araşdırmaq əlverişli siyasətləri müəyyən etmək məqsədilə platforma təqdim etməklə Azərbaycanın tikinti sektorunda əməkdaşlıq dayanıqlı İnkişafa təkan verəcək.

Dəyirmi masa qlobal iqlim hədəflərinə nail olmaq istiqamətində yaşıl tikintinin mühüm rolunu vurğulayır COP29-a gedən yolda əhəmiyyətli mərhələyə işarə etməklə Azərbaycan onun hüdudlarından kənarda ciddi nəticələri olan məqsədyönlü biznes əməliyyatları əməkdaşlıq üçün zəmin yaradır.

 

Azərbaycan.-2024.- 31 iyul (№ 160).- S.7.