Türkiyəli
deputat: COP29-u dəstəkləyir
və qürur duyuruq
Türkiyə
olaraq biz də BMT-nin İqlim Dəyişmələri üzrə
Çərçivə Konvensiyasının Tərəflər
Konfransının Azərbaycanda keçiriləcək 29-cu
sessiyasını (COP29) dəstəkləyir və qürur
duyuruq.
Bunu Türkiyənin
hakim Ədalət və İnkişaf Partiyasının (AK
Parti) İstanbul üzrə deputatı, Türkiyə-Azərbaycan
Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil
Ayrım bildirib.
Onun sözlərinə
görə, COP29-un Bakıda keçirilməsinə Türkiyə
hökuməti də xüsusi əhəmiyyət verir.
İqlim dəyişikliyinin
dünyanın hər tərəfində ən aktual mövzu
olduğunu vurğulayan deputat deyib ki, Azərbaycanın beynəlxalq
tədbirlə bağlı təşkilatçılığı
yüksək səviyyədə olur:
"Yüz
mindən çox insanı rəsmi səviyyədə
qarşılamaq, qəbul etmək, yola salmaq, tədbirin
qüsursuz keçirilməsi üçün aparılan təşkilati
işlər çox diqqətlə həyata keçirilir.
Bütün bunlar asan məsələ deyil. Əminəm ki,
bütün beynəlxalq tədbirlər kimi, COP29 da Azərbaycanda
uğurla həyata keçiriləcək".
Ş.Ayrım
əlavə edib ki, beynəlxalq tədbir işğaldan azad
edilmiş bütöv Azərbaycanın dünya miqyasında
tanıdılması üçün də xüsusi əhəmiyyət
kəsb edir.
"Belə
tədbirlər Azərbaycanın tanıdılması
baxımından da çox vacibdir. Azərbaycanın
nüfuzu, dünyada güvəni, etibarı, ölkəyə
turist axını gündən-günə artır. Azərbaycanı daha gözəl gələcək
gözlədiyinə inanıram",
- o vurğulayıb.
Azərbaycan.-2024.-
31 iyul (№ 160).- S.8.