Stefan
Dujarrik: BMT Baş katibi Azərbaycandan iqlim dəyişikliyi ilə mübarizəmizdə
irəliləyiş gözləyir
"Şübhə
etmirik ki, Azərbaycanın BMT-nin İqlim Dəyişmələri
üzrə Çərçivə Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi
dövründə hazırlıqlar yaxşı gedir və bu
maksimum diqqət mərkəzindədir".
Bunu BMT
Baş katibinin sözçüsü Stefan Dujarrik
"Report"un ABŞ bürosunun sualını cavablayarkən
deyib.
Sözçü
bildirib ki, BMT Baş katibi Antoniu Quterreş COP29-a ev sahibliyi edən
Azərbaycandan gözləntiləri beynəlxalq təşkilatın
iqlim dəyişikliyi ilə mübarizəsində real və
konkret irəliləyiş görməkdir.
S.Dujarrik əlavə
edib ki, BMT Baş katibi qlobal istiləşəmə və
iqlim dəyişkənliyi ilə bağlı
narahatlığı davam edir və bunun
qarşısının alınması üçün bir
çox cəbhədə irəliləyiş görmək
istəyir: "Baş katibin ötən cümə iqlim dəyişkənliyi
ilə bağlı mesajları çox aydın, sadə və
çox dramatik idi və bu, təkcə üzv dövlətlərin
hərəkətə keçməsi məsələsi deyil.
Söhbət qalıq yanacaq sənayesi məsələsidir,
bu iqlim dəyişikliyi vəziyyətini, içində
olduğumuz dəhşətli vəziyyəti yaratmaqda məsuliyyətlərini
nəzərə almasıdır. Buna görə də biz
bunun qarşısının alınması üçün
başqa məsələlərlə yanaşı bir çox
cəbhədə, o cümlədən itki və zərər
baxımından irəliləyiş görmək istəyirik".
Azərbaycan.-2024.-
31 iyul (№ 160).- S.8.