Şuşada həyat qaynayır

 

Mədəniyyət paytaxtımız daimi yaşamaq üçün daha 21 ailəni qəbul etdi

 

 

Qarabağ Şərqi Zəngəzura Böyük qayıdış davam edir. Dünən daha bir köç karvanı mədəniyyət paytaxtımız Şuşaya yetişdi.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, bu mərhələdə daha 21 ailə - 79 nəfər yurduna qovuşub. Şəhərdə artıq 147 ailənin (570 nəfər) daimi məskunlaşması təmin edilib.

Şuşalılar uzun illərdir həsrətini çəkdikləri dədə-baba torpaqlarına sevinc qürur hissi ilə qayıdırlar. Füsunkar təbiəti, təmiz havası ilə hər kəsi özünə heyran qoyan Şuşada sakinlərin rahat firavan həyat şəraiti üçün lazım olan infrastruktur yaradılıb bu proses davam edir. Müasir şəhərsalma qaydalarına uyğun plan əsasında bərpa edilən şəhərin yeni yaşayış binaları ənənəvi memarlıq üslubunda inşa olunur.

Şəhərin baş planına uyğun hazırlanmış layihəyə əsasən, Şuşada 24 kilometr magistral su kəməri, 44 kilometr içməli, 42 kilometr tullantı 41 kilometr yağış su şəbəkələri inşa olunacaq. Şəhərdə formalaşan tullantı sularının tam təmizlənib zərərsizləşdirilməsi məqsədilə məhsuldarlığı sutkada 8 min kubmetr olan qurğu inşa ediləcək. Qurğuda emal edilərək təmizlənən su ekoloji duruma zərər vurmadan Qarqarçay çayına axıdılacaq. Şuşa şəhərində yaradılan yeni infrastruktur "Ağıllı su" sistemi əsasında idarə olunacaq.

İsa bulağı da Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən tam bərpa edilib. Mərmərdən hazırlanmış bulağın üzərində milli ornamentlə "İsa bulağı" sözləri yazılıb, su təminatı da tam bərpa olunub. Bulağın ətrafındakı istirahət mərkəzi restoran milli üslubda təmir edilib, ərazidə abadlıq işləri aparılıb. Təbiətimizin nadir incilərindən sayılan İsa bulağı Şuşa şəhərindən dörd kilometr aralıda, dəniz səviyyəsindən təqribən 1300 metr hündürlükdə meşəlik ərazidə yerləşir.

Azərbaycan xalqının qədim mədəniyyətinin təşəkkül tapdığı Qarabağ Şərqi Zəngəzur əraziləri öz tarixi, maddi-mədəniyyət dini abidələri ilə hər zaman zəngin olub. Təəssüf ki, 30 ilə yaxın davam edən işğal dövründə əzəli Azərbaycan torpaqlarında olan bütün dini abidələrə qarşı ermənilər vəhşiliklər törədiblər. Düşmən şəhər rayonlarımızı, oradakı yaşayış inzibati binaları, bütün infrastrukturu dağıdıb, təbii sərvətləri talan edib, bu ərazilərdəki dini, tarix mədəniyyət abidələrini vandalizm aktlarına məruz qoyub.

Şuşanın yenidənqurulması istiqamətində çoxsaylı layihələr həyata keçirilib, işğal dövründə vandalizmə məruz qalan tarixi-mədəni abidələr, tikililər bərpa edilib. Molla Pənah Vaqifin məqbərəsi yenidən qurularaq əzəli görkəminə qaytarılıb, Üzeyir bəy Hacıbəylinin heykəli qoyulub, Bülbülün ev-muzeyi, habelə Rəsm Qalereyası Xalçaçılıq Qalereyası,  "Yuxarı Gövhər ağa", "Aşağı Gövhər ağa", "Saatlı", "Mamayı" Mehmandarov məscidləri Mehmandarovun evi bərpa edilib. Şuşada Heydər Əliyev Fondu tərəfindən ən geniş bərpa işlərindən biri dağıntıların miqyasına uyğun olaraq məhz "Aşağı Gövhər ağa" məscidində aparılıb.

"Böyük qayıdış" proqramının icrası çərçivəsində bu günə qədər 8 minə yaxın keçmiş məcburi köçkün Laçın, Füzuli, Şuşa, Xocalı şəhərlərinə dörd kəndə qayıdıb. Bu ilin sonuna qədər 20 min vətəndaşımız əzəli torpaqlarına qovuşacaq.

Düşmənin viran qoyduğu şəhər kəndlərimiz yenidən qurulduqca uzun illərdir torpaq həsrəti yaşayan keçmiş məcburi köçkünlər mərhələli şəkildə doğma yurdlarına dönürlər. Artıq 2018 ailə - 7841 nəfər əzəli məskənlərinə qayıdıb. İndiyədək 175 ailə (871 nəfər) Zəngilan rayonunun Ağalı kəndində, 20 ailə (90 nəfər) Tərtər rayonunun Talış kəndində, 534 ailə (1971 nəfər) Laçın şəhərində, 822 ailə (3132 nəfər) Füzuli şəhərində, 217 ailə (823 nəfər) Laçın rayonunun Zabux kəndində, 59 ailə (215 nəfər) Laçın rayonunun Sus kəndində, 147 ailə (570 nəfər) Şuşa şəhərində, 44 ailə (169 nəfər) Xocalı şəhərində məskunlaşıb.

Bu son deyil. Hələ neçə-neçə şəhər kəndlərimiz sakinlərinə qovuşacaq.  2026-cı ilin sonunda Böyük qayıdışın birinci mərhələsi bitəcək. O zamana qədər Qarabağ Şərqi Zəngəzurda 34 min 500 ailənin təhlükəsiz məskunlaşması təmin ediləcək. Uzun illər işğal altında qalan torpaqlarımızda düşmənin qoyduğu izləri silmək asan olmasa da, qüdrətli dövlətimiz qarşısına qoyduğu bütün məqsədlərə nail olduğu kimi, bunun da öhdəsindən layiqincə gələcək.

 

Ülkər XASPOLADOVA,

Azərbaycan.-2024.- 31 iyul (№ 160).- S.12.