Güc,
nüfuz və düşünülmüş siyasət
İlham Əliyevin strategiyası Azərbaycanı Cənubi
Qafqazın inkişaf mərkəzinə çevirib
Yaşadığımız dövr, zəmanə reallıqlar dünyasıdır.
Beynəlxalq ictimaiyyət
hansısa məsələ
barədə rəy formalaşdırarkən həmin
reallıqlara istinad edir. Həyatımızda baş verənlər, gerçəkliklər isə
göz önündədir.
Prezident
İlham Əliyevin
ötən onilliklərdə
həyata keçirdiyi
siyasət Azərbaycanı
Cənubi Qafqazın əsas inkişaf mərkəzinə çevirdi.
Hazırda ölkəmiz
regionun müasir iqtisadi-siyasi mənzərəsini
müəyyənləşdirən qlobal layihələrin həm təşəbbüskarı,
həm də icraçısıdır. Bu
layihələr bizə
sülh, davamlı inkişaf, vətəndaşlara
rifah gətirir.
Azərbaycan son
üç ayda, ilk addımlarını atdığı yeni strateji dövrün başlanğıcında böyük
uğurlara nail oldu, diqqət əsas hədəflərə
doğru yönəldi.
Reallıq bundan ibarətdir ki, müstəqil dövlətimiz
bu yeni dövrə
tarixin ağır mirasından xilas olmuş, bir zamanlar həlli çətin görünən
problemləri uğurla
yoluna qoymuş şəkildə, daha da güclənmiş halda daxil olmuşdur.
Davamlı inkişaf, ardıcıl nailiyyətlər,
önümüzdəki böyük
hədəflərə çatmaq
üçün hazırda
qarşımızda keçilməsi
qeyri-mümkün olan
maneələr yoxdur.
Hədəf daha
güclü Azərbaycan
yaratmaqdır
Yeni dövrün
əsas tarixi vəzifələrindən biri
şanlı Qələbəmizdən
sonra Qarabağın, Şərqi Zəngəzurun
tam bərpası,
torpaqlarımızın minalardan
təmizlənməsi, keçmiş
məcburi köçkünlərin
öz dədə-baba
torpaqlarına qayıdışıdır.
Bu məsələlər
indi uğurla yerinə yetirilir. Ölkəmizin iqtisadi göstəriciləri də
inkişaf tempinin öz yolunda getdiyini əks etdirir. Əldə olunan nailiyyətlər sosial-iqtisadi
inkişaf proqramlarını
uğurla yerinə yetirməyə imkan yaradır.
Yeni strateji dövrdə əsas məsələlərdən biri
də texnoloji inkişafın təmin edilməsindən ibarətdir.
Dövlətimizin başçısı
çıxışlarında dəfələrlə bildirir
ki, texnoloji inkişaf, rəqəmsallaşma,
kibertəhlükəsizlik, süni intellektin tətbiq edilməsi - bütün bunlar bizim gündəlik həyatımızın mühüm
əlamətlərinə çevrilməlidir.
Dövlət qurumları,
özəl sektor və cəmiyyətin bütün digər seqmentləri buna hazır olmalıdırlar:
"Mən Azərbaycan
üçün hər
hansı bir təhlükə, təhdid
görmürəm. Ancaq
nə üçün
görmürəm, çünki
bilirlər ki, bizim cavabımız amansız olacaq, sarsıdıcı olacaq və heç nəyə baxmadan o cavab veriləcək. Ona görə texnoloji inkişafa nail olmasaq, burada
geniş, yəni bir neçə min yox, on
minlərlə azərbaycanlı
bu işdə olmasa, biz geridə
qala bilərik".
Bu günlərin
ən mühüm tarixi faktlarından biri də Azərbaycan
dövlətinin vaxtilə
Qazaxın ermənilər
tərəfindən işğal
edilmiş kəndlərini
bir güllə belə atılmadan azad etməsi, heç bir xarici vasitəçinin iştirakına gərək
qalmadan Azərbaycan və Ermənistan arasında sərhədlərin
demarkasiya və delimitasiyası prosesinin başlanması oldu. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin regionda sülh və əməkdaşlıq səylərinin,
xarici qüvvələrin
bölgədə vəziyyəti
gərgin durumda saxlamaq üçün ardıcıl cəhdlərinə
qarşı ortaya qoyduğu əzm və iradənin nəticəsidir. Əgər
Ermənistan rəhbərliyi
reallıqları adekvat
dəyərləndirib buna
uyğun davranacaqsa, Azərbaycanın bölgəmizdə
daimi təhlükəsizliyə,
dayanıqlı inkişafa,
rifah və xoşbəxtliyə nail olmaqdan ötrü ortaya qoyduğu əzm və iradə hər kəs üçün fayda verəcək. Ermənistanla sərhəd
məsələsi ilə
müsbətə doğru
baş verən dəyişikliklər bir daha göstərdi ki, əgər rəsmi İrəvan uzun illər ərzində Azərbaycan
dövlətinin sülh
çağırışlarına konstruktiv münasibət göstərib işğalçı
mövqeyindən əl
çəksəydi, münaqişəni
insan itkilərinə yol vermədən həll etmək mümkün idi.
Zəfərdən dirçəlişə
Vətən müharibəsindəki
zəfərimizdən sonra
Azərbaycan möhtəşəm
günlərini yaşayır.
Zəfər tarixi dirçəliş tarixi ilə davam edir. Azad yurdlarımızda
genişmiqyaslı bərpa-quruculuq
tədbirləri həyata
keçirilir. Ordumuzun
işğaldan azad etdiyi yerlərdə iqtisadiyyatımız irəliləyir
və bu torpaqları yenidən inkişafa qovuşdurur. Məcburi köçkünlərimiz
uzun illərin həsrətindən sonra yenidən əzəli yurdlarımıza dönür,
dövlətimizin inşa
etdiyi yaşayış
komplekslərində yeni
həyatına başlayır.
Qarabağda, Şərqi
Zəngəzurda ən
müasir səviyyədə
yaşayış binalarının,
sosial obyektlərin tikintisi, müasir infrastruktur quruculuğu davam etdirilir. Ermənilərin işğal
dövründə vandalcasına
dağıtdıqları tarixi
abidələrimiz bərpa
olunub həyata qaytarılır. Artıq Ağdamdakı Cümə
məscidinin, Şuşadakı
Mamayı məscidinin,
Şirin su hamamının, Zəngilan
məscidinin bərpa-quruculuq
işlərindən sonra
açılışı olub. Tarixi abidələrin
bərpası prosesində
Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da çox böyük əməyi var. Bu abidələrin bərpasını Mehriban
xanım Əliyevanın
rəhbərlik etdiyi Heydər Əliyev Fondu həyata keçirir.
Bu gün Qarabağda, Şərqi Zəngəzurda aparılan
genişmiqyaslı işlərin
hər sahəsi Azərbaycan Prezidentinin birbaşa diqqətindədir.
Bərpa-quruculuq tədbirlərinin
icrası ilə yerində tanışlıq
üçün cənab
İlham Əliyev mütəmadi şəkildə
Qarabağa, Şərqi
Zəngəzura səfərlər
edir, yeni tikililərin, infrastruktur layihələrinin təməlini
qoyur. Tədbirlərin
mühüm bir qismi məhz azad yurdlarımızın
dirçəlişi ilə
bağlıdır. Prezident
İlham Əliyevin Xocalıya gedərək Soyqırımı Memorialının
təməlini qoyması,
rayon ictimaiyyətinin nümayəndələri ilə
görüşməsi, uzun
illərdən sonra ilk dəfə Xankəndi şəhərində
Novruz tonqalını alovlandırması bu tarixin milli yaddaşımıza
həkk olunmuş əbədi səhifələridir.
Mayın 28-də Xocalıda
44 ailənin daimi məskunlaşması təmin
edildi. Ölkə rəhbəri həmişə
olduğu kimi Müstəqillik Günündə
yenə də sadə insanların yanında oldu. Yurda qayıdışın
sevincini yaşayan Xocalı sakinləri ilə bir yerdə
idi. Dövlət başçısı görüşdə
xüsusi vurğuladı:
" Əlbəttə ki,
bu qayıdışın
Müstəqillik Gününə
təsadüf etməsi
təsadüfi deyil. Çünki bildiyiniz kimi, keçən il Müstəqillik Günündə mən Laçın şəhərində
laçınlılara evlərinin
açarlarını təqdim
etmişdim. İki il bundan əvvəl
Müstəqillik Günü
ərəfəsində - mayın
27-də Ağalı sakinləri
ilə görüşmüşdüm.
Onlar da məhz o gündə köçmüşdülər. Bu gün isə
xocalılılar qayıdırlar.
Bu, gözəl tarixi hadisədir. Xocalı da gördüyünüz kimi,
gözəlləşir, yenidən
qurulur". İndiyədək
işğaldan azad olunmuş ərazilərimizə
1955 ailə (7612 nəfər)
qayıtmışdır. Hazırda
Zəngilan rayonunun Ağalı kəndində
175, Tərtər rayonunun
Talış kəndində
20, Laçın
şəhərində 513, Füzuli şəhərində
822, Laçın rayonunun
Zabux kəndində
217, Sus kəndində
59, Şuşa şəhərində
105, Xocalı şəhərində
44 ailə məskunlaşmışdır.
Bu say, demək
olar ki, hər həftə yenilənir və qayıdış karvanlarının
ünvanları da dəyişir, təzələnir.
Dövlətimizin başçısının
Xocalı sakinləri ilə görüşü
zamanı sentyabr ayında Xankəndiyə köçün başlanacağı
xüsusi vurğulanıb.
Bu sürətli dönüş dövlətimizin
iqtisadi qüdrətindən
qaynaqlanan maliyyə imkanlarının göstəricisidir.
Prezident İlham
Əliyevin işğaldan
azad edilmiş bölgələrdə inşa
olunan tikililərin açılış, yaxud
təməlqoyma mərasimlərində
respublikamızda səfərdə
olan dost ölkələrin dövlət
rəhbərləri ilə
birgə iştirakı
xüsusilə böyük
rəğbət doğurur.
Ölkəboyu inkişaf
Prezident seçkisindən
sonra dövlətimizin
başçısı Füzuli
rayonundakı Köndələnçay
su anbarları kompleksinin təmir-bərpadan
sonra açılış
mərasimində oldu.
Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolundakı birinci tunel istifadəyə
verildi. Bu müddətdə Şuşa
şəhər sakinləri
doğma yurda köçərək onlar
üçün inşa
olunmuş birinci yaşayış kompleksində
məskunlaşmış, ardınca
Şuşada üçüncü
yaşayış kompleksinin,
Şuşa rayonunun Turşsu qəsəbəsinin,
Cəbrayıl rayonunun
Böyük Mərcanlı,
Karxulu, Sarıcallı,
Maşanlı kəndlərinin,
Zəngilan rayonunun Mincivan qəsəbəsinin
təməli qoyuldu.
Yaşayış məkanlarının
inşasına paralel şəkildə lazımi
infrastrukturun yaradılması
da uğurla davam etdirilməkdədir. Azərbaycan Prezidenti son üç ayda Laçında kiçik su-elektrik stansiyalarının, "Zəngilan"
və "Şayıflı"
su-elektrik stansiyalarının
açılışlarını etdi. Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin
təməlini qoydu.
Davamlı inkişaf
tədbirləri təkcə
işğaldan azad edilmiş regionlarımızı
əhatə etmir. Azərbaycanın digər
bölgələrində də
abadlıq-quruculuq tədbirləri
yüksək templə
aparılır. Prezident
İlham Əliyev ölkəmizin başqa bölgələrinə də
mütəmadi səfərlər
edir, görülən
işləri diqqətdə
saxlayır. Dövlətimizin
başçısının Hacıqabul rayonunda avtomobil yolunun açılışında iştirakı,
suvarma qurğuları
kompleksi ilə tanış olması, Şirvan suvarma kanalının təməlini
qoyması, Gəncə
şəhərində Ekoloji
Park Kompleksinin tikintisi
ilə tanış olması, Gəncə İdman Sarayının açılışında iştirakı,
Gəncə şəhər
stadionunun təməlini
qoyması, Qəbələ
rayonundakı "Hacıalılı"
elektrik yarımstansiyasının
və Regional Təlim
Mərkəzinin, Qəbələ
Rayon Mərkəzi Xəstəxanasının, Böyük
Pirəli-Kiçik Pirəli-Xırxatala-Cığatelli-Həmzəli
avtomobil yolunun, Qəbələ rayonundakı
Bum qəsəbə tam orta məktəbinin
yeni binasının açılışında iştirakı
respublikada regional inkişaf proseslərinin paralel və nizamlı şəkildə,
ölkə rəhbərinin
birbaşa nəzarəti
ilə həyata keçirildiyini göstərir.
Son aylarda Azərbaycan bir sıra beynəlxalq tədbirlərə uğurla
evsahibliyi etdi. Azərbaycan Prezidentinin iştirakı ilə VI Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu, ADA Universitetində "COP29 və
Azərbaycan üçün
Yaşıl Baxış"
mövzusunda beynəlxalq
forum, "Parçalanmış
dünyanın bərpası"
mövzusunda XI Qlobal Bakı Forumu, "Cənub Qaz Dəhlizi" Məşvərət
Şurası çərçivəsində
nazirlərin 10-cu və
Yaşıl Enerji Məşvərət Şurası
çərçivəsində nazirlərin 2-ci iclasları
keçirildi. Şuşada
VII "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalının və
"Şuşa - İslam
dünyasının mədəniyyət
paytaxtı 2024" ilinin
də möhtəşəm
açılış mərasimləri
oldu. Bu tədbirlərdən dünyaya
bir sıra əhəmiyyətli mesajlar
ünvanlandı, müxtəlif
aktual qlobal məsələlərlə bağlı
Azərbaycanın mövqeyi
çatdırıldı.
İnsan təhlükəsizliyini
təhdid edən kəskin problemlərdən
biri
Bu günlərdə
Zəngilanda keçirilən
"Minaların ətraf
mühitə təsirinin
azaldılması - Təhlükəsiz
və yaşıl gələcək üçün
resursların səfərbər
olunması" mövzusunda
beynəlxalq konfrans insan təhlükəsizliyini
təhdid edən kəskin problemlərdən
birinə həsr olunmuşdur. Azərbaycan Prezidentinin konfrans iştirakçılarına ünvanladığı
məktubunda deyilir:
" Bu gün mina və partlamamış
hərbi sursatlar hələ də dünyanın bir çox ölkəsində
insan təhlükəsizliyini
təhdid edən kəskin problemlərdən
biridir. Müharibə
bitdikdən on illər sonra belə insanların həyatını təhlükəyə
atmaqla yanaşı, minalar sosial-iqtisadi inkişafa, ətraf mühitə, mədəni
irsə, münaqişədən
sonrakı bərpa və inkişaf təşəbbüslərinə və nəticə etibarilə Dayanıqlı
İnkişaf Məqsədlərinə
nail olmaq səylərinə ciddi şəkildə mane olur".
Azərbaycan hazırda
bütün dünyada
minalarla bağlı ən çox əziyyət çəkmiş
ölkələr sırasındadır.
Ərazilərimizin təxminən
12 faizi ilkin qiymətləndirmələrə görə, 1,5 milyon mina və naməlum
sayda partlamamış
hərbi sursatlarla çirkləndirilib. Müharibənin
2020-ci ildə başa
çatmasından bu günə qədər əksəriyyəti mülki
olan 361 vətəndaşımız
mina qurbanı olmuş, onlardan 68-i həyatlarını itirmiş,
293-ü isə ağır
yaralanmışdır. Minaların
təmizlənməsində üzləşdiyimiz çətinliklər,
eyni zamanda yenidənqurma və bərpa işlərinə
əngəl yaradır,
800 min keçmiş məcburi köçkünün
öz evlərinə qayıtmasına ciddi maneələr törədir.
Məktubda xüsusi
vurğulanır ki, ölkəmiz humanitar minatəmizləmə fəaliyyətini,
demək olar ki, tam şəkildə
öz resursları hesabına həyata keçirir. Minaların humanitar fəsadlarının
aradan qaldırılması,
torpaqların təmizlənməsi
üçün beynəlxalq
ictimaiyyətin siyasi və praktiki dəstəyi mühüm
əhəmiyyət kəsb
edir. Azərbaycan öz mina probleminə
paralel olaraq, beynəlxalq ictimaiyyətin
diqqətini bu məsələyə cəlb
etmək üçün
çoxsaylı təşəbbüslərlə
çıxış edib.
Ötən il ölkəmiz humanitar minatəmizləməni 18-ci Milli
Dayanıqlı İnkişaf
Məqsədi olaraq rəsmən elan etmiş və bu məsələnin BMT-nin qlobal 18-ci Dayanıqlı İnkişaf
Məqsədi kimi qəbul edilməsi istiqamətində davamlı
iş aparır. "Eyni zamanda Azərbaycan
Qoşulmama Hərəkatı
çərçivəsində humanitar minatəmizləmə
üzrə xüsusi əlaqə qrupunun yaradılması təşəbbüsü
ilə çıxış
edib. Qrup ötən ilin sentyabr ayında fəaliyyətə başlayıb". Bu fikirlər dövlətimizin
başçısının konfrans iştirakçılarına
ünvanlanan məktubunda
qeyd edilir. Azərbaycanın təşəbbüsü
ilə bu konfrans 3-cü dəfədir
keçirilir. Ölkəmiz
qlobal səviyyədə
minalanmaya qarşı
mərkəz statusunu qazanıb. Bu gün işğaldan azad olunmuş əraziləri öz hesabına əsaslı bərpa edən və yenidən quran Azərbaycan mina probleminin həllinə də böyük vəsaitlər
sərf etmək məcburiyyətindədir. Bütün
bunlara görə, Ermənistan böyük məsuliyyət daşıyır.
Hazırda Qazaxın işğaldan azad edilmiş dörd kəndində torpaqların
minalardan təmizlənməsi
işləri aparılır.
Beynəlxalq konfransda
Azərbaycanda son zamanlarda əldə olunmuş nailiyyətlərə
xüsusi diqqət yetirildi. COP29-un ölkəmizdə
keçirilməsi qərarının
yeni reallıqlar dövründə nə qədər böyük tarixi mahiyyət daşıdığı vurğulandı.
Bütün bu
qeyd etdiklərimiz Prezident İlham Əliyevin rəhbərliyi
ilə ən qüdrətli çağlarına
gəlib çatmış
Azərbaycan dövlətinin
tarixinin şərəf
səhifəsidir. Bu tarixin formalaşdırdığı
möhkəm təməllər
üzərində ölkəmiz
özünün və
ümumilikdə regionun
parlaq, xoşbəxt gələcəyini qurub inşa edir.
İradə ƏLİYEVA,
Azərbaycan.-2024.-
2 iyun, ¹ 115.- S.3.