Azərbaycan
Respublikası Prezidentinin
"Sahibkarların mövcud
və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi
haqqında" 2017-ci il
4 aprel tarixli 1313 nömrəli və "Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin kommunal xidmətlərə qoşulma
proseslərinin daha da sadələşdirilməsi
haqqında" 2018-ci il
25 dekabr tarixli 434 nömrəli fərmanlarında
dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. "Sahibkarların mövcud və ya inşa ediləcək
tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi
haqqında" Azərbaycan
Respublikası Prezidentinin
2017-ci il 4 aprel tarixli 1313 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2017, № 4, maddə
527 (Cild I); Azərbaycan
Respublikası Prezidentinin
2024-cü il 24 aprel tarixli 41 nömrəli Fərmanı) 1-3-cü və 8-ci hissələri
ləğv edilsin.
2. "Mikro, kiçik
və orta sahibkarlıq subyektlərinin
kommunal xidmətlərə
qoşulma proseslərinin
daha da sadələşdirilməsi
haqqında" Azərbaycan
Respublikası Prezidentinin
2018-ci il 25 dekabr tarixli 434 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2018,
№ 12, maddə 2591 (Cild
I) 1.1.5-ci yarımbəndinin sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi
ilə əvəz olunsun və 1.2-ci bəndi ləğv edilsin.
3. Bu Fərman
2024-cü il iyunun 3-dən
qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
1 iyun 2024-cü il
Azərbaycan.-2024.-
2 iyun, № 115.- S.2.