Şuşada
Türk Dövlətləri
Təşkilatı Təhsil
Nazirlərinin VIII İclası
keçirilib
İyunun 1-də Şuşa
şəhərində Türk
Dövlətləri Təşkilatı
Təhsil Nazirlərinin
VIII İclası keçirilib.
AZƏRTAC xəbər
verir ki, iclasda çıxış edən elm və təhsil
naziri Emin Əmrullayev Türk Dövlətləri Təşkilatının
qısa müddət ərzində əldə etdiyi
uğurların təqdirəlayiq olduğunu diqqətə
çatdırıb.
Elm və Təhsil
Nazirliyinin bu vacib proseslərə töhfə verməkdən
məmnun olduğunu söyləyən Emin Əmrullayev
türkdilli dövlətlər arasında dayanıqlı və
sağlam əməkdaşlığın bünövrəsinin
gənclər olduğunu vurğulayıb. Nazir qeyd edib
ki, bu baxımdan
Türk Dövlətləri
Təşkilatı çərçivəsində
ümumi təhsil müəssisələri şagirdlərinin
mübadiləsi məktəblilərimizin
ortaq tarix, mədəniyyət və
adət-ənənələri tanımasına şərait
yaradır.
Türk Dövlətləri
Təşkilatına üzv
dövlətlərlə həm
təşkilat çərçivəsində,
həm də ikitərəfli əməkdaşlıq
əlaqələrinin bu
gün də uğurla davam etdirildiyini bildirən Emin Əmrullayev işğaldan azad olunmuş ərazilərdə
qardaş ölkələrin
dəstəyi ilə tikilən məktəbləri,
həmçinin görülən
digər işləri
ölkələrimiz arasında
dostluq və qardaşlığın növbəti
rəmzi kimi qiymətləndirib.
Nazir çıxışının
yekununda Türk Dövlətləri Təşkilatına
üzv və müşahidəçi ölkələrlə
ikitərəfli əməkdaşlıqların
inkişaf etdirilməsi
istiqamətində qarşıda
duran hədəflərə
toxunub.
Daha sonra digər qonaqlar çıxış edərək
elm və təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi məsələsindən
söz açıblar.
Çıxışlardan sonra iclasın gündəliyində olan məsələlər müzakirə
edilib.
Azərbaycan.-2024.-
2 iyun, № 115.- S.4.