Şuşada keçirilən beynəlxalq
uşaq yaradıcılıq festivalı əməkdaşlığa
müsbət töhvə verəcək
İyunun 1-də
Şuşa şəhərində Elm və Təhsil
Nazirliyinin təşkilatçılığı ilə
“Şuşa türk dövlətləri birliyinin mədəniyyət
incisidir” adlı beynəlxalq uşaq yaradıcılıq
festivalı keçirilib.
AZƏRTAC xəbər
verir ki, türkdilli xalqların birliyini əks etdirən
festivalda Azərbaycan, Türkiyə, Qazaxıstan,
Qırğızıstan, Özbəkistan və
Macarıstandan 250-yə yaxın məktəbli ölkələrinin
musiqi və rəqs mədəniyyətini təqdim edib.
Tanınmış
mədəniyyət və incəsənət xadimləri,
150-yə yaxın məktəbli, şəhid övladları
festivalın tamaşaçıları arasında olub.
Beynəlxalq
yaradıcılıq festivalının təşkilində məqsəd
türkdilli dövlətlərdən olan uşaqlar arasında
dostluq, qardaşlıq, əməkdaşlıq münasibətlərini
daha da möhkəmləndirmək, uşaqlara öz ölkələrinin
tarix və mədəniyyətini layiqincə təmsil etmək
üçün şərait yaratmaq, eləcə də
Şuşa şəhərinin füsunkar gözəlliyini
tanıtmaqdır.
Azərbaycan.-2024.-
2 iyun, № 115.- S.4.