IDEA “Sevincini bölüşkampaniyası çərçivəsində uşaqlar üçün növbəti aksiya keçirib

 

 

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilənSevincini bölüşkampaniyası çərçivəsində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün növbəti aksiya keçirilib.

APA xəbər verir ki, IDEA-nın təşəbbüsü ilə şəhərin müxtəlif yerlərində qoyulmuş oyuncaq ianə qutularından toplanan istifadəyə yararlı oyuncaqlar həssas qruplardan olan uşaqlara mütəmadi olaraq təqdim edilir.

“1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibəti ilə təşkil olunan aksiya çərçivəsində sözügedən qutulara toplanılan oyuncaqlardan ibarət hazırlanan 61 ədəd hədiyyə qutuları “Ümid yeri” uşaq sığınacağının azyaşlı sakinlərinə paylanılıb.

IDEA İctimai Birliyi xüsusi qayğıya ehtiyacı olan uşaqların sevincinə səbəb olan, onlara təbəssüm bəxş edən, bayram ab-havası yaradan bu təşəbbüsə dəstək verən və kampaniyanın uğurla həyata keçməsində fəal olan hər bir iştirakçıya minnətdarlığını bildirir. Məlum olduğu kimi, IDEA İctimai Birliyi tullantıların azaldılması, təkrar istifadəsi təkrar emalına xüsusi önəm verir, bu istiqamətdə geniş miqyaslı təbliğat təşviqat tədbirləri, kağız plastik tullantıların, işlənmiş batareyaların toplanaraq təkrar emala göndərilməsi, eləcə geyim əşyalarının toplanaraq təkrar istifadəyə göndərilməsi üzrə sosial layihələr həyata keçirir.

Digər məhsullar kimi, yüksək tələbata malik olan oyuncaqların da tullanması çürüməsi ətraf mühitə zərərsiz ötüşmür. Bu, həm tullanılan məhsulların çürüməsi zamanı təbiətə buraxılan zəhərli maddə qazlar, həm yeni məhsulların istehsalından irəli gələn zərər ilə bağlıdır.

Bu xüsusda, IDEA İctimai Birliyi şəhərimizin sakinlərini özsevincini bölüşməyə”, evlərində olan istifadəsiz, yararlı saf qalan oyuncaqlarını tullamaq əvəzinə IDEA-nın ianə qutularına yerləşdirməklə ehtiyacı olan uşaqlara öz yardım əlini uzatmağa, eyni zamanda həmin oyuncaqlaraikinci həyatverməklə təbiətə vurulan zərəri azaltmağa çağırır. İanə edilən oyuncaqların qutulara atmaqdan öncə təmizlənməsi, qutulara kənar əşyalar ya tullantılar atılmaması xahiş edilir.

Qeyd edək ki, “Sevincini bölüşoyuncaq ianə qutuları paytaxt ərazisindəkiDəniz” Mall, “Gənclik” Mall, “28 Mall”, “Zefir” Mall ticarət mərkəzlərində yerləşir.

 

Azərbaycan.-2024.- 2 iyun, ¹ 115.- S.5.