Bakı
Zooloji Parkında
"Gələcək uşaqlara
məxsusdur" adlı
şənlik Uşaqların
Beynəlxalq Müdafiəsi
Gününə həsr
edilmişdi
Heydər Əliyev
Fondunun vitse-prezidenti,
IDEA İctimai Birliyinin
təsisçisi və
rəhbəri Leyla Əliyevanın təşəbbüsü
ilə Bakı Zooloji Parkında 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi
Günü ilə bağlı tədbir keçirilib. Zooloji Park və Bakı Abadlıq Xidmətinin əməkdaşlığı ilə təşkil olunan "Gələcək
uşaqlara məxsusdur"
adlı şənlikdə
2 nömrəli ümumi
təyinatlı, 4 nömrəli
xüsusi, 8 nömrəli
sanatoriya tipli və 12 saylı sağlamlıq imkanları
məhdud uşaqlar üçün xüsusi
internat məktəblərindən
ümumilikdə 350-dən çox
uşaq iştirak edib.
Bu barədə AZƏRTAC-a Zooloji
Parkdan məlumat verilib.
Bildirilib ki, musiqi
sədaları ilə
müşayiət olunan
və günboyu davam edən tədbir qonaqlarda xoş əhvali-ruhiyyə
yaradaraq unudulmaz günlərdən birinə
çevrilib. Zooloji Parkın müxtəlif məntəqələrində ziyarətçilər
oyunlara və yarışlara qatılaraq
hədiyyələr qazanıblar.
Sehrbaz və cizgi film personajlarının
iştirakı şənliyi
daha da rəngləndirib,
qonaqların diqqətini
müxtəlif viktorina
və maraqlı oyunlara cəlb edib. Ziyarətçilər
öz maraq dairələrinə uyğun
seçim edərək,
təbii parçalardan
oyuncaqların hazırlanması,
ekoçantaların zoomorf
ornamentləri ilə bəzədilməsi, rəsm
çəkmək, gips
lövhələrinin rənglənməsi
kimi müxtəlif
ustad dərslərinə qatılıb,
üz boyamada iştirak ediblər. Eyni zamanda uşaqların
maariflənməsi üçün
onlara Zooloji Parkın lektoriyasında heyvanların həyat tərzini özündə
əks etdirən cizgi filmləri, onların biologiyası haqqında təqdimatlar nümayiş edilib. Açıq havada heyvanların xarici quruluşları ilə bağlı geniş məlumat əldə edən kiçik ziyarətçilərə heyvanlarla
yaxından təmasda olmaq, qulluq etmək
və onlara qayğı göstərmək
şansı verilib, həmçinin IDEA Heyvanlara
Qayğı Mərkəzinin
təşkilatçılığı ilə himayə guşəsi təşkil
olunub.
Azərbaycan.-2024.-
2 iyun, № 115.- S.5.